Sizin reklam burada

“Neftçi”yə bir qol bəs etdi

Baxış Sayı:357


26. Keşlə - Neftçi (Bakı) 0:1 (0:0)
1. Stanislav Namaşko – 5,0
19. Azər Salahlı - 4,5
4. Şəhriyar Əliyev – 5,0
3. Tərlan Quliyev (k) – 5,0
23. Artur Batista - 4,5
99. Rafael Məhərrəmli - 4,5
25. Con Kamara – 5,0
(16. Alvaro Tavares, 75) - 4,0
48. Dmitri Klots - 5,5
7. Rəhman Hacıyev – 5,0
(10. Sezar Meza Kolli, 62) - 4,5
17. Vüsal İsgəndərli - 5,0
11. Silvio Rodriges – 5,0
(14. Turan Vəlizadə, 81) - qiymətsiz
Ehtiyat oyunçular
85. Kamal Bayramov
18. Ruslan Əmircanov
2. İlkin Qırtımov
6. Rəşad Sadiqov
8. Tural Axundov
20. Rail Məlikov
13. Pərviz Azadov
Baş məşqçi: Yunis Hüseynov
Komandanın ən yaxşısı: Dmitri Klots
30. Aqil Məmmədov - 6,0
91. Tallison Dias - 5,5
6. Voislav Stankoviç - 5,5
20. Mərt Çəlik - 6,0
26. Ömər Buludov - 5,5
17. Bruno Teluşi - 5,5
24. Yusuf Laval - 5,5
8. Emin Mahmudov (k) - 6,0
29. Sabir Buqrin - 5,5
(10. Saman Nərimancahan, 67) - 5,0
7. Namiq Ələsgərov - 6,5
(3. Mamadu Mboc, 90+2) - qiymətsiz
22. Mirabdulla Abbasov - 5,0
(19. Fəhmin Muradbəyli, 86) - qiymətsiz
Ehtiyat oyunçular
12. Kamran İbrahimov
4. Rener Alves
80. İsmayıl Zülfüqarlı
40. Vüqar Həsənov
45. Əli Mürsəlov
37. Vüsal Əsgərov
Baş məşqçi: Füzuli Məmmədov
Komandanın ən yaxşısı: Namiq Ələsgərov
Qol: N.Ələsgərov, 68 (E.Mahmudov).
Vərəqələr: Ö.Buludov, 20 (qeyri-idman hərəkəti). D.Klots, 33 (hakimin qərarına etiraz). M.Abbasov, 67 (qeyri-idman hərəkəti). B.Teluşi, 78 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevir), Eyyub İbrahimov, Cavanşir Yusifov, Rövşən Rəcəbov (hamısı Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Elgiz Abbasov (Masallı).
24 oktyabr. Bakı. ASK Arena. Tamaşaçısız.
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Turun əsas qarşılaşmalarından birinə tərəflər ehtiyatlı çıxmışdılar. Hər iki tərəf üçün vacib bir amil var idi: qələbə qazanıb, turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmaq. Tərəflərin hücumçu problemi olduğundan bu matçın taleyini 1 qolun həll edəcəyi hiss olunurdu. Oyuna daha istəkli başlayan qəsəbə klubu təhlükəli hücumlar qursa da, son nöqtəni qoyan tapılmırdı. Vüsal - Rəhman - Silvo “üçlüy”ü hesabı açmağa çalışsa da, “Neftçi”nin müdafiəsi və Aqil Məmmədov diqqətli idi. “Ağ-qaralar”da isə hər mövqe üzrə bir futbolçu diqqəti çəkirdi. Müdafiənin mərkəzində Çəlikin inamlı oyunu alqışalayiq idi. Yeni transfer Teluşi Kanenin yoxluğunu hiss etdirmirdi. Albaniyalı yarımmüdafiəçi belə davam etsə, seneqallını əsas heyətdən sıxışdıraracaq. Sağ cinahda isə Namiq Ələsgərov şou göstərirdi desək, yanılmarıq. Mirabdulla Abbasovun hücumda oyununun alınmadığını görən yarımmüdafiəçi bir çox epizodlarda fərdi keçidlər edərək qapıya zərbələr endirirdi. Matçın 68-ci dəqiqəsində onun istəyi baş tutdu. Ölkə çempionatında 100-cü oyununa çıxan Vüsal İsgəndərlinin ötürməsi zamanı topu ələ keçirən Emin Mahmudov Namiqə uzun ötürmə etdi. Cinah yarımmüdafəçisi Azər Salahlını keçərək qapıya dəqiq zərbə endirdi. Qoldan sonra “Keşlə” hücumların sayını artıraraq hesabı bərbərləşdirməyə cəhd göstərdi. Füzuli Məmmədov bunun qarşılığında taktiki dəyişikliklərə əl ataraq hesabı qorumağa xidmət edən əvəzetmələr həyata keçirdi. Fəhmini Mirabdullanın, Mamadunu isə Namiqin yerinə meydana buraxan mütəxəssis Lavalı son dəqiqələrdə hücumçu kimi oynatdı. Bu addım “Keşlə”ni son dəqiqələrdə əks-hücumda tutmaq üçün atılsa da, baş tutmadı. Oyunda başqa qol vurulmadı və “Neftçi” səfərdə 3 xal qazandı.
İLKİN SULTANLI

Gözdən qaçmadı
* Oyuna azarkeşlərin buraxılması qadağan olunsa da, tribunalarda matçı 50-ə yaxın şəxs izləyirdi.
* Bəzi anonslar zamanı stadionun diktorunun səsi çıxmırdı. “ASK Arena”nın səsləndirmə sistemində problemlər yaşanırdı.
* Namiq Ələsgərovun qolundan sonra Füzuli Məmmədovun uşaq kimi atdanıb-düşərək sevinməsi oyunun ən maraqlı hadisələrindən biri idi.
* “Neftçi”nin idman direktoru Ceyhun Sultanov matçın son dəqiqələrini ehtiyat oyunçularla birgə izləyirdi.

Reaksiyalar
Füzuli Məmmədov: “Çətin olacağını bilirdik. "Keşlə"nin gücünə bələdik. Futbolçular "Keşlə"yə qarşı qurduğumuz planları və tapşırıqları istədiyim kimi yerinə yetirdilər. Göstərdikləri əzmkarlığa görə futbolçularıma təşəkkür edirəm. Qələbəni əsgərlərimizə, şəhidlərimizə həsr edirik. Fəxr edirik ki, belə ölkəmiz və vətəndaşlarımız var. Amma daha yaxşı oynaya bilərik. Meydan amilini də nəzərə almaq lazımdı. Mənim istədiklərimi bu gün meydanda tətbiq etdilər. Mən, azarkeşlər və hər kəs daha yaxşı "Neftçi" istəyir. Çempionatın bütün matçları çətin olur. Yavaş-yavaş istədiyimiz nəticəyə çatacağıq. Hər qələbə futbolçuya özünəinam qazandırır. Futbolçuların fikri, bilirsiz, hardadı? Bu həftə oyunçularımı məşqə, oyuna kökləmək üçün çox çətinlik çəkmişəm. Hamısının diqqəti cəbhədə baş verən hadisələrdədi".
Yunis Hüseynov: "İlk növbədə döyüş zonasında olan əsgərlərə uğurlar arzulayıram, həmişə onların yanındayıq. Bu gün qələbə qazanmaq üçün meydana çıxmışdıq. Bu gün qol vuran komanda qalib gəlməliydi, təəssüf ki, bu "Neftçi" oldu. Qapımız qarşısında təhlükəli vəziyyətlərin yaranmasına imkan vermədik. Özümüz bəzi qol epizodları yaratdıq və istifadə edə bilmədik. Rəqibə uğurlar arzulayıram, düşünürəm ki, biz uduzmamalıydıq. "Neftçi" də elə çox təhlükəli vəziyyət yaratmadı. Futbolçular pis təsir bağışlamır, getdikcə daha yaxşı olacaq. "Neftçi"nin imkanları bizdən çox olsaydı, deyərdim ki, məğlubiyyətə layiq idik. Yaxşı oynayıb uduzmaq pisdi. Əlbəttə, əsas nəticə yadda qalır. Amma mən də istəyərəm ki, pis oynasaq da, 3 xalı qazanaq. Sezar Meza Kolli 5-6 gündü komanda ilə məşq edir. Oyunun axarını dəyişmək üçün Sezarı meydana buraxdıq. Tam hazır deyil, 30 dəqiqə oynamaq üçün gücü var idi. Sezar formada deyil, o həmişə bu komandanın aparıcı futbolçularından biri olub. Ümumiyyətlə, komandamdan narazı deyiləm, hər kəsin futbola baxışı fərqlidi. İmkanlardan istifadə edə bilsəydik, biz qələbə qazanardıq. Mən bu komandaya gəlmişəmsə, deməli, bu mənim komandamdı. Gələcəkdə yaxşı yerlərdən birini tutacağıq. Buna əminəm. Bizim komandamızın çempion olmaq üçün potensialı var. Hər bir baş məşqçi komandanı çempionluğa kökləməlidi. Nə qədər alınacağı oyunlarda görünəcək. Bu gün alınmadı. İmkanlarımız oldu, ötən tur "Səbail"lə görüşdə iki xal itirdik. Bu gün də qol imkanlarımız "Neftçi"dən daha çox idi".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR