Sizin reklam burada

Səlahət İstanbulda əməliyyat olundu

Baxış Sayı:115


“Neftçi”nin qapıçısı Səlahət Ağayev dirsək oynağından əməliyyat olunub. İstanbuldakı özəl klinikalardan birində aparılan əməliyyat uğurlu alınıb. Həkimlərin rəyinə görə, gələn həftədən bərpa məşqlərinə başlayacaq futbolçunun üç həftə sonra topla hazırlığa start verəcəyi planlaşdırılır. Səlahət əməliyyatla bağlı klubun rəsmi saytına danışıb: "Əməliyyat 3 saat çəkdi və çox yaxşı keçdi. Dünənlə müqayisədə bu gün özümü daha yaxşı hiss edirəm. Sabah növbəti həkim müayinəsindən sonra Bakıya qayıdıb, bərpa məşqlərinə başlayacam”.
Qeyd edək ki, 2017/18 mövsümündən etibarən "Neftçi”nin heyətində 67 oyunda meydana çıxan Səlahət bu mövsüm heç bir oyunda forma geyməyib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR