Sizin reklam burada

Əsgərov “çərçivə”yə zərbə vura bilməyən komandadan razıdı

Baxış Sayı:123

Əsgərov “çərçivə”yə zərbə vura bilməyən komandadan razıdı

Qadınlardan ibarət yığmamızın Avropa çempionatının seçmə qrup mərhələsində Polşaya 0:3 hesabı ilə uduzduğunu bilirsiz. Matçın statistikasına nəzər yetirsək, Siyasət Əsgərovun komandasının bu nəticəyə şükr etməli olduğunu görərik. Çünki polşalılar Varşavadakı qarşılaşma ərzində 35 dəfə qapıya zərbə vurublar ki, bunun 20-də top “çərçivə”yə ünvanlanıb. Millimizin isə yalnız bir belə cəhdi olub. Onda da müdafiəçilər topun qapıya çatmasına imkan verməyiblər.
Siyasət Əsgərovun oyunla bağlı fikirləri belə olub: “Öncə rəqib komandanı təbrik edirəm və gələcək oyunlarda uğurlar arzulayıram. Uzun müddət pandemiya ilə bağlı məşq etmədik. Bir çox ölkələrdə çempionat dayandırıldığından legioner futbolçularımızın oyun təcrübəsinin olmaması oyuna təsir göstərdi. Buna baxmayaraq, komandanın oyunundan razıyam. Bu qədər çatışmazlığa rəğmən, komanda həqiqətən xarakter nümayiş etdirdi”.
Polşa yığmasının baş məşqçisi Miloş Stepinskinin qələbə şərhini də dinləyək: “Sevindirici haldı ki, pandemiya olmasına baxmayaraq, bu oyun baş tutdu. Azərbaycan Polşaya gələ bildi və biz bu matçı oynadıq. Nəticədən tam razı qaldım, amma ikinci hissədədəki oynumuz məni qane etmədi. Çünki yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Bu amil məni çox narahat edir. Komanda olaraq bu çatışmazlığı aradan qaldırmalıyıq”.
Qeyd edək ki, yığmamız yer aldığı D qrupunda keçirdiyi 5 oyunda xala həsrət qalıb. Komanda sabah səfərdə 6 matçda 10 xal toplamaqla qrup üçüncüsü olan Çexiya ilə qarşılaşacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR