Tural Bayramlı evlərinin darvazasından bayraq asacaq

“Atamla əmim həmişə rayonumuz, kəndimiz haqda maraqlı söhbətlər edirdi”
Srağagün Azərbaycan ordusunun işğaldan azad etdiyi şəhərlər sırasına Qubadlı da qoşuldu. Prezidentin “tvitter” hesabında açıqladığı xəbərdən sonra ölkə əhalisi sevincə qərq oldu. Ən çox sevinənlərdən biri də “Zirə”nin oyunçusu Tural Bayramlı idi. Əslən Qubadlıdan olan 22 yaşlı yarımmüdafiəçi Sumqayıtda doğulub. Onunla doğma torpaqlarının işğaldan azad olunması haqda söhbətləşdik.
- Tural, səni təbrik edirəm. Qubadlı şəhəri və bir sıra kəndləri düşmən işğalından azad olundu.
- Təşəkkür edirəm. Çox sağ olun. Allah bütün əsgərlərimizi qorusun ki, bizə bu sevinci yaşatdılar.
- Doğma yurdunun düşmən işğalından qurtulması ilə bağlı təəssüratını bilmək maraqlı olardı...
- Xəbəri eşidəndə həqiqətən də çox sevindim. Ən böyük arzularımdan biri Qubadlıya getməkdi. Allah arzuma çatdırsın. İnşallah, tək Qubadlının yox, Qarabağın bütövlüklə işğaldan azad olunmasını qeyd edək. Onda əsl toy-bayram edərik.
- Qubadlının harasındansan və doğma yurdun haqda nələri bilirsən?
- Mahmudlu kəndindənəm. Sumqayıtda doğulmuşam. Heyf, oraları görməmişəm. Bu səbəbdən də çox şey deyə bilmərəm. Amma bilirəm ki, dünyanın ən gözəl yerlərindən biridi Qubadlı. Ora getməyi həqiqətən çox arzulayıram. Bu istəyimi sözlə ifadə edə bilmərəm.
- Validenlərin sənə Qubadlı haqda hansısa xatirələrini danışıblar?
- Atamla əmim həmişə rayonumuz, kəndimiz haqda maraqlı söhbətlər edirdi. Bəzən Qubadlını xəyal edirdim. Elə bilirdim ki, cənnətdi. Mütləq gedəcəm öz kəndimizə. Qubadlıya qayıdanda evimizin darvazasından üçrəngli bayrağımızı asacam.
- Bizə xoş anlar yaşadan əsgərlərimiz haqda nə deyə bilərsən?
- Allah onlardan razı olsun. Çoxusu mənimlə yaşıd qardaşlardı. Onlar qəhrəmandan da üstündüdülər. Qorxmadan, çəkinmədən torpaqlarımız uğrunda canlarından keçirlər. Mən onlarla fəxr edirəm. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm.
İLKİN SULTANLI

Son xəbərlər

"Qəbələ" Türkiyəyə yollandı

Qurban Qurbanovun Çempionlar Liqası üçün xüsusi planı - TƏHLİL

Madriddən Pireyə yollandı

Millimizin oyunlarının vaxtı bəlli oldu

Millimiz Superfinalda!

“IronWind 70.3” yarışının qalibləri müəyyənləşib

İtaliya futbolu tarixində ilk

Mirabdulla ilə Fəhminin taleləri necə olacaq ? - AÇIQLAMA

Ağır xəstəliyə məğlub oldu…

İspaniya klubu 40 yaşlı futbolçu ilə müqavilə imzaladı

O da “İnter”dən “Montsa”ya keçdi

"Zirə" Sərtanla davam edir

Superkubok matçı harda keçiriləcək?

Ronaldo ÇL-də oynamaq istədiyi üçün...

Türkiyə klubu "Qarabağ"ın əsas üzvünü transfer etmək istəyib

Həsrət Məmmədyarov: "Komandamla fəxr edirəm".

Sampaolinin xələfinin kimliyi bilindi

Ruan Renato buna söz verdi

Cavid Hüseynov serb məşqçini yanında istəyir - ÖZƏL

Cenk 3-cü dəfə ''Beşiktaş''a gəldi

Tayson məhbəs günlərindən danışdı

"Qarabağ" rəsmisi səhmlərin 300 minə satılmasına etiraz etdi

"Fənərbaxça"nın Avstriya toplanışına kimlər aparılmadı?

"Araz-Naxçıvan" "Sabah"ın hansı futbolçularını transfer edir? - AÇIQLAMA

Yokiç MBA tarixinə düşdü

“Qalatasaray” yeni anlaşma ilə rekord qıracaq

Bu şəxs "Sumqayıt"ın yeni idman direktoru olacaq

TFF-nin Kuntsa qarşı yeni şərtləri var!

"Formula-1"in sabiq rəhbərinin Putin sevgisi

Moldova millisinin üzvü Azərbaycan klubunda - ÖZƏL

“Trabzonspor” Nvakaemenin boşluğunu onunla dolduracaq

“Kəpəz” 3 legionerlə güclənir: 2 gürcü, 1 iranlı - ÖZƏL

Jurnalistlər arasında komanda şəklində şahmat çempionatı keçiriləcək

Pyaniç ümidləri doğrulda bilməməsini nə ilə izah etdi?

Nurlan İbrahimovun vəkili bu quruma məktub göndərəcək

Hemiltonun Britaniya “Qran-pri”sində iştirakına qadağa qoyula bilərmiş

Qurban Qurbanov: "Hazırlığımızdan tam razı qala bilmərəm" - VİDEO

Amerikalı jurnalistdən rusiyalı idmançı ilə bağlı şok təklif

Millimiz Maltaya uduzdu

Güləşçimiz Avropa çempionatının finalında

Karpin ilə müqavilə yeniləndi

Ozan Tufan rəsmən ''Hall Siti''nin oyunçusu oldu

Cüdoçularımızdan Avropa turnirin ilk günündə 5 medal

Tanınmış türkiyəli forvard 4-cü divizionda oynayacaq

Ayxan Abbasov komandanı Tovuza aparır

Bütün xəbərlər