“Ümit Karanın məni tanımamasını normal qəbul etmək lazımdı”
Elvin Yunuszadənən karyerasını ölkə xaricində davam etdirməsindən xəbəriniz var. Bir daha xatırladaq ki, müdafiəçi hazırda Şimaliya Makedoniya təmsilçisi “Şkupi”nin şərəfini qoruyur. Yayda adı çəkilən klubla anlaşan Elvin ilk vaxtlar əsas heyətdə yer almasa da, son turlarda məşqçilər korpusu ona etimad göstərirdi ki, o da etibarlı oyunu ilə ümidləri doğruldurdu.
Təəssüf ki, yersiz zədə Yunuszadəni növbəti dəfə bir müddət yaşıl meydanlardan kənarda qoyacaq. Müdafiəçi məşqdə zədələndiyindən üç həftə topa toxuna bilməyəcək. Hazırda Bakıda olan futbolçu qəzetimizə açıqlamasında həkim nəzarəti altında olduğunu bildirdi: “Son tur ərəfəsində komanda ilə məşqə çıxmışdım. Bilirsiz ki, “Şkupi”də baş məşqçi dəyişikliyi oldu və “sükan arxasına” tükiyəli mütəxəssis Ümit Karan dəvət olundu. Onun rəhbərliyi altında 3-cü məşqə çıxmışdım. Özü də bizimlə “kvadrat” oynayanda ayağım burxuldu. Həkimlər ilkin müayinə zamanı 10 gün məşq edə bilməyəcəyimi dedilər. Zədənin ağırlığını nəzərə alıb qərar verdim ki, Bakıya qayıdım və tanış həkimlərin nəzarəti altında müalicəmi davam etdirim. Bağlarda problem var. İnşallah, 10-12 günə yenidən Şimali Makedoniyaya qayıtmağı planlaşdırmışam. Həkimlərin dediklərinə əsasən 3 həftədən sonra kollektivlə birgə məşqlərdə iştirak edə bilərəm. Bilmirəm, şanssızlıqdı, yoxsa bəxt məndən üz döndərib? Optimal formaya düşdüyüm anda yenə 20 gün futboldan kənarda qalmaq məcburiyyətindəyəm. Ayağım burxulmamışdan öncə oyunda başım yarılmışdı. Həkimlər elə matç gedə-gedə başıma tikiş qoydular və 90 dəqiqəni başa vurdum. Ümid edirəm ki, hər şey yaxşı olacaq və yenidən əsas heyətdə oynayacam”.
Elvinlə söhbətdə Ümit Karanın onunla bağlı mətbuata söylədiyi fikirləri xatırlatdıq. Türk mütəxəssis açıqlamasında Yunuszadəni tanımadığını və zədədən sonra geriyə dönüb-dönməyəcəyindən xəbərsiz olduğunu bildirib. Elvin “Şkupi”nin yeni çalışdırıcısının fikirlərinə belə münasibət bildirdi: “Karan yeni təyin olunub və hələ komandanı bir dəfə də olsun, rəsmi matçda meydana çıxarmayıb. Yuxarıda qeyd etdiyim kimi, cəmi iki məşqində iştirak etdim, üçüncüdə zədələndim. Onun məni tanımamasını normal qəbul etmək lazımdı. Komandada belə bir futbolçunun olduğundan xəbərdardı, ancaq məni iş başında görməyib. O ki qaldı geri dönməyimə, bəli, qeyd etdiyim kimi, 10-12 günə ora yollanacam. Fikrim var ən azı dekabra kimi “Şkupi”nin şərəfini qoruyum. Onsuz da bu il pandemiya səbəbindən uzun müddət futboldan uzaq düşmüşəm. Mövsümün ilk yarısında Şimali Makedoniya təmsilçisində oynayıb formamı qorumaq istəyirəm. Ordan isə daha güclü çempionatlardan birinə yollanmağı planlaşdırmışam. “Şkupi” bu yöndə mənə tramplin ola bilər. Şimali Makedoniya çempionatı daim skautların maraq dairəsindədi. Hər oyunda onları görmək mümkündü”.
RƏŞAD

Son xəbərlər

“Çelsi” “Lester”in oyunçusu ilə razılığa gəldi

“Komandamın ifasında aqressiv futbol görmək istəyirəm” - Laurentsiu Regekampf

“Qollardan sonra toparlanmaq çətin idi” - Yaşar Vahabzadə

Solmaz Adilova: “Valideynlərin dəstəyi qadın güləşçilərimiz üçün vacibdi” - LAYİHƏ

“Neftçi” - “Kəpəz” matçında qol yağışı - YENİLƏNİB

“İnter” oyunçusunu icarəyə verdi

İngiltərədən İtaliyaya yollandı

“Qarşıdakı turlarda daha yaxşı komanda görəcəyik” - Elmar Baxşıyev

“Barselona” oyunçusunu “Valensiya”ya yolladı

“Bizə vaxt lazımdı” - Vüqar Əsgərli

“Neftçi”də ciddi itki

Millimiz məğlub oldu - KONYA-2021

Şöhrətin zirvəsindən dəmir barmaqlıqlar arasına!

De Byazi bu gün Bakıda olacaq

“Füzuli”nin prezidenti “Neftçi”nin futbolçusunu təhqir etdi

Bernardo Silva “Mançester Siti”dən ayrılacaqmı? - MÜSAHİBƏ

"Liverpul"da yeni müqavilə

Kostiç "Yuventus"da

"Sampdoriya"dan yeni transferlər

"Latsio" 2 futbolçusunu icarəyə göndərdi

“O mənim paltar dolabımda olan alt paltardan və köynəkdən daha artıq tutul qazanıb” - Yulian Nagelsmann

Provedelin yeni klubu müəyyənləşdi

Ançelotti DÇ-2022-dəki favoritlərini açıqladı

Voleybolçularımız yarımfinalda dayandı - KONYA-2021

Yaradıcılıq uğursuzluğu, ancaq iflas yox - YAZI

Qurban Qurbanovdan kömək istəyin - YAZI

Almanlar Qətəri pisləməkdə davam edir

Ulduz futbolçu ölüm təhdidi aldığı üçün komandadan ayrıldı

''Girəsunspor'' ''Qalatasaray''a dejavü yaşatdı

Ronaldo ten Haqın əlini sıxmadı

PFL-in yeni mətbuat katibi kim olacaq? - AÇIQLAMA

"Bu gün üçün “Misli” ilə aramızda belə razılaşma yoxdu" – Aslan Şahgəldiyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

DÇ-2022-nin açılış tarixi dəyişdi

"Kifayət qədər keyfiyyətli oyunçularımız var" - "Viktoriya"nın futbolçusu

“Traktor”la problem yaşadı, yenidən “Sumqayıt”a döndü - ÖZƏL

"Barselona"nı tərk etmək istəmir

Menecerlər “Viktoriya”nı çətin, amma keçiləsi rəqib sayır - AÇIQLAMALAR

DÇ həyəcanı: 1-dən 22-yə qədər

"Barselona"da növbəti ayrılıq

Messinin PSJ-dəki taleyinə aydınlıq gəldi

"Yuventus"dan "Mançester Yunayted"ə

"Viktoriya" "Qarabağ"la oyun öncəsi qələbə qazandı

"Turan Tovuz" ilk qələbəsini belə qazandı - VİDEO

Renat Dadaşov qol vurdu, komandası lider oldu - VİDEO

Bütün xəbərlər