Şahmat yığmamızın lideri Şəhriyar Məmmədyarov "feysbuk" hesabında paylaşım edib. Zəngilanda anadan olan qrossmeyster sevincini bölüşüb: “Nəhayət, Zəngilan şəhərində yenidən Azərbaycan bayrağı dalğalandı. Sevincimin həddi-hüdudu yoxdu. Təşəkkür edirik Ali Baş Komandanımıza, təşəkkür edirik Azərbaycan əsgərinə! Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycandı və həmişə Qarabağ Azərbaycanın olacaq!”
Şəhriyarın sevincinə bacısı Türkan Məmmədyarova bu sözlərlə şərik olub: “Zəngilan işğaldan azad olundu, sevincimizin həddi-hüdudu yoxdu. Mən Zəngilanı çox az xatırladığım halda (işğal olunanda 4 yaşım var idi) sevinc göz yaşlarım sel kimi axdısa, orda həyatları keçənlərin sevincini təsəvvür edə bilmirəm. Çox heyiflər olsun ki, Zəngilan qaçqını olaraq dünyasını dəyişən nənəm və elə bu il vəfat edən əmim bu günü görmədi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.