Sizin reklam burada

“Qarabağ” “Azərsun Arena”da rekord təkrarladı

Baxış Sayı:258


21. Qarabağ (Ağdam) - Qəbələ 3:0 (1:0)
1. Şahruddin Məhəmmədəliyev - 5,5
77. Vild-Donald Gerye - 5,5
81. Kevin Medina - 5,5
55. Bədavi Hüseynov (k) - 6,0
30. Abbas Hüseynov - 6,0
10. Abdulla Zubir - 5,5
(27. Toral Bayramov, 90+1) - qiymətsiz
8. Uroş Matiç - 5,5
(2. Qara Qarayev, 65) - 5,0
19. Filip Ozobiç - 5,5
9. Xayme Romero - 6,0
18. İsmayıl İbrahimli - 5,5
22. Musa Qurbanlı - 5,5
(6. Patrik Andrade, 66) - 6,5
Ehtiyat oyunçular
12. Emil Balayev
94. Ayhan Arazlı
4. Rahil Məmmədov
44. Elvin Cəfərquliyev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Patrik Andrade
1. Anar Nəzirov (k) - 4,5
20. Faiq Hacıyev - 4,0
13. Yurgen Qoxa - 4,5
2. Vinko Medimoreç - 4,5
28. Murad Musayev - 4,5
77. Merab Qiqauri - 4,0
11. Asif Məmmədov - 4,5
(14. Cavid Hüseynov, 60) - 4,5
32. Nikolas Raysel - 4,5
(74. Yusif Nəbiyev, 73) - 4,0
23. Rafael Utriq - 5,0
55. İdris İnqilablı - 4,5
99. Ceyms Adeniyi - 5,5
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
5. Rasim Ramaldanov
70. Ülvi İsgəndərov
4. Sadiq Quliyev
7. Roman Hüseynov
9. Ehtiram Şahverdiyev
6. Kamal Mirzəyev
22. Rodriqo Qattas
17. Yaovi Akakpo
71. Rüfət Əhmədov
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Ceyms Adeniyi
Qollar: V-D.Gerye, 43 (1:0, X.Romero). P.Andrade, 89-p. (2:0). T.Bayramov, 90+1 (3:0, P.Andrade).
Vərəqələr: K.Medina, 21 (qeyri-idman hərəkəti). C.Adeniyi, 21 (qeyri-idman hərəkəti). İ.İnqilablı, 70 (qeyri-idman hərəkəti). M.Qiqauri, 87 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevir), Pərvin Talıbov, Cavanşir Yusifov, Elçin Məsiyev (hamısı Bakı).
Hakim-inspektor: Ömər Paşayev (Bakı).
AFFA nümayəndəsi: Ramiz Mustafayev (Bakı).
17 oktyabr. Suraxanı. Azərsun Arena. Tamaşaçısız.
Birinci hissəyə 1, ikinciyə 2 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Ağdamlıların heyətində zədəlilərin olması oyunun axarına təsir edə biləcək amillərdən idi ki, start “11-liy”ində bu əksini tapmışdı. Müdafiənin sağında Abbas Hüseynov Maksim Medvedi əvəzləmişdi. Hücumun sivri ucunda isə Mahir Emrelinin yerinə Musa Qurbanlı çıxış edirdi. “Qəbələ”də Qismət Alıyevin “Zirə”yə transfer olunması əsas heyətdə Faiq Hacıyevin çıxış etməsinə səbəb olmuşdu.
Oyuna ağdamlılar daha istəkli başladı. Qurban Qurbanovun yetirmələri ardıcıl hücumlar təşkil etməklə hesabı erkən açmaq istəyirdilər. “Qəbələ” isə rəqibi əks-hücumlarda yaxalamağı düşünsə də, xətlər arasındakı problem bunun qarşısını alırdı. “Qarabağ”da cinahlarda yer alan Xayme və Zubirin, mərkəzdə Ozobiçlə İsmayılın fəallığı sözünü deyirdi. İlk hissəni bütövlüklə hücumda keçirən Ağdam təmsilçisi məqsədinə 43-cü dəqiqədə çatdı. Romeronun qapı istiqamətinə uzun ötürməsini Gerye dəqiq zərbə ilə tamamladı. Hesab açıldıqdan sonra müdafiədə boşluq verən “köhlən atlar”ı Adeniyi cəzalandıra bilərdi. Lakin qapıçı ilə üzbəüz qalan futbolçu hədəfdən yayındı.
Fasilədən sonra da meydanda diqtə edən tərəf Qurban Qurbanovun komandası idi. Çempionun heyətində fəallığı ilə diqqəti çəkən Romero “Qəbələ”nin müdafiəçilərinə çətin anlar yaşadırdı. Sol cinanda Zubirin fərdi keçidləri də bölgə təmsilçisi üçün təhlükəyə səbəb olurdu. Hücumun sivri ucunda təkbaşına mübarizə aparan Musanın “dişsizliyini” görən Qurban Qurbanov onu Patrik Andrade ilə əvəzlədi. Bundan sonra Xayme hücumçu mövqeyinə keçdi. Matiçin yerinə isə Qara Qarayev meydana çıxdı. Bu əvəzetmələr “Qarabağ”ın hücum gücünü bir az da artırdı ki, 87-ci dəqiqədə Ozobiçin qarşısını kobudluqla alan Qiqauri penaltiyə səbəb oldu. Topun arxasına keçən Andrade dəqiq oynayaraq hesab arasındakı fərqi artırdı. Bundan sonra Qurban Qurbanov daha bir dəyişiklik edərək Zubiri Toral Bayramovla əvəzlədi. Yarımmüdafiəçi meydana çıxar-çıxmaz baş məşqçisinin ümidini doğrultdu. Andradenin ideal ötürməsini qəbul edən Toralun topa ilk toxunuşu qolla nəticələndi. Qarşılaşmada bundan sonra maraqlı hadisə yaşanmadı. Oyun 3:0 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatdı. Bu nəticə ilə Ağdam təmsilçisi cari mövsümdə ilk böyükhesablı qələbəsini qazandı. Maraq üçün qeyd edək ki, "köhlən atlar" ölkə çempionatlarında 108-ci dəfə üç və ya daha artıq top fərqiylə qalib gəlib. “Qarabağ” qatıldığı 29 mövsümdən 27-də hesabına böyükhesablı qələbə yazdırmağı bacarıb. Bölgə təmsilçisi yalnız 1993 və 2005/06 mövsümlərində belə nəticə əldə etməyib. Ağdam klubu bununla da “Neftçi”nin rekordunu təkrarlayıb. Paytaxt təmsilçisi 27 müxtəlif mövsümdə böyük hesabla qalib gəlməyi bacarıb.
İLKİN SULTANLI

Gözdən qaçmadı
* Oyundan öncə Prezident İlham Əliyev şəxsi “tvitter” hesabından Füzuli şəhərinin və bir sıra kəndlərinin düşmən işğalından azad edildiyini açıqlamışdı. Ağdam təmsilçisi bununla bağlı stadionda pankartlar asmışdı. Klubun Füzulinin işğal tarixinin üstündən xətt çəkib, işğaldan azad olunma tarixi yazılan banneri diqqətimizi çəkdi.
* 21-ci dəqiqədə Ceyms Adeniyi Kevin Medinaya qarşısı kobud oynadı. Bundan qəzəblənən kolumbiyalı hücumçunun üzərinə şığıdı. Futbolçuları sakitləşdirən baş hakim Rəşad Əhmədov hər ikisini sarı vərəqə ilə cəzalandırdı. Bundan sonra Qurban Qurbanov yan xətt hakiminə “Medina nə etdi”, - deyə narazılığını bildirdi.
* “Qəbələ”nin yeni futbolçularından Faiq Hacıyev “Qarabağ”ın ehtiyat oyunçular skamyasından su istədi. Ağdam təmsilçisinin nümayəndəsi su qabının qapağını açıb, futbolçuya uzatdı.
* 81-ci dəqiqədə rəqibinə qarşı kobud oynayan Abbas Hüseynova Qurban Qurbanov irad bildirdi: “Abbas, çox çəkirsən!”
* Penalti zərbəsini Filip Ozobiç vurmaq istəsə də, Qurban Qurbanov kənardan topun Andradeyə verilməsini istədi.

Reaksiyalar
Elmar Baxşıyev: “İlk növbədə Füzulinin azad olunması münasibətilə sizləri təbrik edirəm. Klub olaraq ermənilərin terrorunu lənətləyirik. İnanıram ki, dövlət, xalq olaraq onların cəzasını verəcəyik. Oyuna gəlincə, komandalar arasında fərq hiss olunurdu. "Qarabağ" təşkilatlanmış komandadı, biz isə yeni. İnanıram ki, yaxşı performans göstərərək, yuxarı pillələrə qalxacağıq. Ümumilikdə bizim də fərqlənmək imkanlarımız oldu. "Qarabağ" elə bir komandadı ki, sənə təzyiq edir və bundan həmişə çıxa bilmirsən. Hesab edirəm ki, rəqib layiqli qələbə qazandı. Ola bilər ki, Adeniyinin qaçırdığı epizod həlledici oldu. Ancaq "Qarabağ" bizdən güclü idi… Qismət Alıyevin yeri görünəcək. Ancaq məşqçinin işi heyifsilənmək yox, əksinə, daha artığına çalışmaqdı. Hesab edirəm ki, gənc futbolçularımız Qismətin yerini getdikcə dolduracaqlar”.
Qurban Qurbanov: "Əvvəlcə hamını təbrik edirəm, torpaqlarımız qayıtmağa başlayır. Füzulinin alınması çətin uğur oldu. Əsgərlərimiz çox əziyyət çəkdilər. Allah ordumuzu qorusun. Gəncədəki hadisə hamıya məlumdu. Allah ölənlərə rəhmət eləsin. Hamımız üzülürük. Ölkədəki vəziyyətə baxmayaraq, komanda olaraq üzərimizə düşəni etməyə çalışırıq. Azərbaycanı layiqincə təmsil etmək istəyirik. Oktyabrın 22-də Avroliqada keçirəcəyimiz oyuna hazırlaşırıq. Bu gün çətin qələbə qazandıq. Matçdan əvvəl futbolçulara demişdim ki, "Qəbələ" elə-belə komanda deyil. Bu gün yalnız 2-ci məğlubiyyətini aldı. Futbolçularımı təbrik edirəm. Vacib 3 xal əldə etdik… Ali Baş Komandan da bildirdi ki, hərənin öz vəzifəsi var. Bizim işimiz ordumuza motivasiya verməkdi. Cəbhə bölgəsinə getməmişəm. İnşallah, daha yaxşı yerlərə gedəcəyik. Özümüzü, klubu elə idarə etməliyik ki, bizim də köməyimiz dəysin. Pandemiyaya qarşı yaxşı mübarizə aparmalıyıq ki, dövlətin fikrini yayındırmayaq. Hərənin üzərində bir vəzifə var. Ürəyim cəbhədədi. Sadəcə, arxa deyil, ön cəbhədə olmaq istəyirik… Sevindiricidi ki, qrupa düşdük. Əlimizdəki futbolçular sağlam olsa, problemimiz olmayacaq. Oyunçularıma güvənirəm. İnanıram ki, daha yaxşı nəticələr əldə edəcəyik. Klub AFFA ilə əlaqədədi. Federasiyaya yazılı müraciət olub. Yeganə problem oyunun 21.00-a salınmasıdı. Ən böyük arzumuz burda oynamaqdı. Hələ ki "yox" cavabı yoxdu. Burda tək bizim fikrimiz bəs etməyəcək. UEFA-nın, digər qurumların da razılığı olmaldı… İlk rəqibimiz "Makkabi" topla oynamağı sevən komandadı. Nadir hallarda bu faiz aşağı olur. Ciddi hazırlaşmalıyıq. Üç cəbhədə mübarizə aparmaq asan olmayacaq. Bunu deməklə özümü “sığortalamış” olacam. Məşqçilərin bu məqamda işi çox çətin olur. Avrokuboklarda 5 əvəzetmə olacaq. Bu, bizim üçün üstünlükdü. Yüklənmə çox olduğundan futbolçularımız tez-tez zədələnir. Amma açığı, gənclərimizə çox güvənirəm. Qarşıdakı matçlarda onlardan daha çox istifadə edə bilərik. İlin əvvəlindən gəncləri əsas komandaya cəlb etmək fikrim var idi. Pandemiya hamıya olduğu kimi, bizə də təsir etdi. Düşünürəm ki, yaxşı olacaq. Mən problem olduğu anda onu yoluna qoymağı xoşlayıram".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR