Sizin reklam burada

Müharibə Teluşini qorxutmur

Baxış Sayı:119

Müharibə Teluşini qorxutmur

“Neftçi” ilə danışıqlar gözlədiyimdən də sürətli alındı”
“Neftçi”nin futbolçusu Bruno Teluşi Albaniya mətbuatına müsahibə verib. 30 yaşlı dayaq yarımmüdafiəçisi bir neçə gün öncə baş tutan keçidinə və cəbhədə başverənlərə münasibət bildirib.
- “Partizani”dən “Kukesi”yə keçdikdən az sonra “Neftçi”yə üz tutduz. Bu necə baş verdi?
- Açığı, “Partizani”ni gözləyirdim. Sonra “Kukesi”dən təklif gəldi, israrlı olduqlarını görüb anlaşdım. “Neftçi”nin təklifini isə gözləmirdim. Onlarla danışıqlar gözlədiyimdən də sürətli alındı. Yeni macəraya başlamağa artıq hazıram.
- “Kukesi”ni bu keçidə necə razı saldız? Müqavilədə ayrılmağınızla bağlı maddə var idi?
- “Kukesi” ilə sürətli həll yolu tapdıq. Bəli, müqavilədə belə bir bənd var idi. “Kukesi” mənə heç bir maneə törətmədi, əksinə, vəziyyəti daha da asanlaşdırdı.
- Azərbaycanda müharibə şəraitidi. Bu sizi qorxutmur?
- Düzdü, Dağlıq Qarabağda müharibə şəraiti hökm sürür. Lakin indiki vəziyyət məni qətiyyən narahat etmir, qorxmağa əsas yoxdu.
- Albaniyadan tam fərqli bir mühitə uyğunlaşa biləcəksiz?
- Hər bir futbolçu xaricdə macəra yaşamaq istəyir. Böyük addım atmaq və özünüzü göstərmək üçün bir fürsətdi. Mənim də istəyim budu. Buna görə özümü xoşbəxt hiss edirəm. Karyeramda irəliləmək şansım var. Yaxşı kluba gəldiyim üçün burda hər şey ürəyimcədi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR