Sizin reklam burada

Pərdis Almaniyada əsgər salamı verdi

Baxış Sayı:116


Rüfət Dadaşovun şərəfini qoruduğu “Finiks Rayzinq” ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib. Onun komandası pley-off mərhələsinin 1/4 finalında səfərdə “Reno” ilə qarşılaşıb. Əsas vaxtı 2:2 hesabıyla bitən görüşün qalibi penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Finiks Rayzinq” yarımfinala yüksəlib – 5:4. Start heyətində meydana çıxan Dadaşov 5-ci penaltini dəqiq yerinə yetirib. “Finiks Rayzinq” yarımfinalda “El Paso” ilə qarşılaşacaq.
İspaniya sequndasında 6-cı turun oyunları keçirilib. Eddi İsrafilovun formasını geydiyi “Albasete” doğma meydanda “Sabadell”ə 3:0 hesabıyla qalib gəlib. İsrafilov start heyətində meydana çıxıb və 53-cü dəqiqədə əvəzlənib. Milli üzvü bundan cəmi iki dəqiqə öncə sarı vərəqə ilə cəzalanıb. İlk qələbəsini qazanan “Albasete” 4 xalla 22 komanda arasında 19-cu pillədə qərarlaşıb.
Gürcüstan çempionatının 13-cü turunda Nicat Qurbanovun “Samtredia”sı doğma meydanda “Telavi”nin müqavimətini qıra bilməyib (0:0). Həmyerlimiz bu görüşün iştirakçısı olmayıb. Cari mövsümdə 4 qol vuran Qurbanovun adı iştirak ərizəsinə salınmayıb. Hesabında 13 xal olan “Samtredia” 10 komandanın sıralamasında səkkizncidi.
Moldova çempionatında 14-cü turun oyunları çərçivəsində Amit Quluzadəli “Milsami” səfərdə “Şerif”ə uduzub - 0:1. Millinin sabiq üzvü sonadək ehtiyatda qalıb. 27 xalı olan “Milsami” 10 komanda arasında 4-cü yerdədi.
Gənclərdən ibarət yığmamızın sabiq üzvü Dmitri Nağıyevin formasını geydiyi “Dinamo-Avto” isə səfərdə “Sfintul George” ilə heç-heçəyə razılaşıb (1:1). Nağıyev oyunu əvəzlənmədən keçirib. “Dinamo-Avto” 19 xalla 5-ci pillədə qərarlaşıb.
Yığmanın sabiq üzvü, hazırda Almaniya Regional Liqasında - "Viktoriya Berlin"də çıxış edən Pərdis Fərcad-Azad "Germania Halberşdat"la oyunda komandasının ilk qolunun müəllifi olub. Təcrübəli hücumçu qol sevincini əsgər salamı ilə qeyd edib. Pərdis fotonu şəxsi "instaqram" hesabında "Azərbaycan var olsun" sözləri ilə paylaşıb. "Viktoriya Berlin" rəqibini 2:1 hesabı ilə yenib.
Türkiyə "Boluspor"u baş məşqçi Ahmet Taşyürəki istefaya göndərib. 48 yaşlı mütəxəssislə uğursuz çıxışa görə yollar ayrılıb. "Boluspor" 1-ci liqanın 5-ci turunda dogma meydanda “Tuzlaspor”a 1:2 uduzub. Araz Abdullayev iştirak ərizəsinə salınmayıb. “Boluspor” 1 xalla 18 komandanın sıralamasında 17-ci pillədə qərarlaşıb.
Almaniyanın 2-ci bundesliqasında 4-cü turun oyunları keçirilib. Dmitri Nazarovun şərəfini qoruduğu “Ertsgebirge” doğma meydanda “Haydenhaym”la qarşılaşıb. Aue təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 2:1. Nazarov sonadək ehtiyatda qalıb. 7 xala malik “Ertsgebirge” 18 kollektiv arasında üçüncüdü.
Ukrayna premyer-liqasında 6-cı turun oyunları keçirilib. Pavel Paşayevli “Aleksandriya” doğma meydanda “İnhulets”ə 4:3 hesabıyla qalib gəlib. Paşayev oyunu əvəzlənmədən keçirib. Millinin müdafiəçisi 34-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb. “Aleksandriya” 9 xalla 14 kollektiv arasında səkkizincidi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR