Sizin reklam burada

U-21 üçüncülük şansını da itirdi

Baxış Sayı:94

U-21 üçüncülük şansını da itirdi

Avropa çempionatının seçmə mərhələsi
2-ci qrup
Gürcüstan (U-21) - Azərbaycan (U-21) 1:0 (1:0)

1. Georgi Mamardaşvili
21. Luka Lakvexeliani
5. Davit Kobouri
4. Luka Loçoşvili
(13. İlya Gelaşvili, 68)
3. Şalva Burcanadze
(15. Aleksandr Andronikaşvili, 82)
18. Luka Silaqazde
(19. İrakli Azarov, 75)
11. Georgi Quliaşvili
8. Davit Samirkasovi (k)
14. Georgi Kutsiya
(7. Anzor Mekvabişvili, 46)
6. Beka Dartsmeliya
9. Nuqzar Spanderaşvili
(20. Serco Kuxianidze, 46)
Ehtiyat oyunçular
12. Davit Kereselidze
17. Tornike Cebniauri
22. İrakli Zaridze
Baş məşqçi: Vasil Maysuradze

12. Kamran İbrahimov
5. Nihad Tamazov (k)
6. Rüfət Əhmədov
21. Əmrə Kaplan
13. Hüseyn Seyliğli
8. Səbuhi Abdullazadə
(20. Rüfət Abdullazadə, 90)
7. Süleyman Əhmədov
(17. Toral Bayramov, 58)
16. Turan Vəlizadə
18. Barış Əkinciər
(11. Elvin Cəfərquliyev, 58)
23. Ozan Can Kökcü
(14. İdris İnqilablı, 90)
19. Doğukan Öksüz
(9. Muhammed Mustafa Yıldırım, 77)
Ehtiyat oyunçular
22. Nicat Mehbaliyev
4. Mərt Çəlik
10. Rövlan Muradov
Baş məşqçi: Vladimir Kozul
Qol: G.Quliaşvili, 42.
Vərəqələr: G.Kutsia, 6. D.Samirkasovi, 13. L.Loçoşvili, 30. T.Vəlizadə, 36. R.Əhmədov, 38. B.Dartsmeliya, 84. O.Can Kökcü, 90+1. A.Mekvabişvili, 90+1. S.Kuxianidze, 90+4 – sarı. T.Vəlizadə, 77 – qırmızı (ikinci sarı).
Hakimlər: DMİTRİ DMİTRİYEV, Denis Yemelyançikov, Anton İqnatsyuk, Denis Şerbakov (hamısı Belarus).
13 oktyabr. Qori. “Tengiz Burcanadze” stadionu.
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
20 (8) qapıya (“çərçivə”yə) zərbələr 8 (4)
4 künc zərbələri 2
3 oyundankənar vəziyyət 0
6 (0) vərəqələr 4 (1)
12 qayda pozuntusu 13
Həm region olaraq, həm də turnir cədvəlində qonşu olan komandaların matçı maraq kəsb edirdi. Slovkiya ilə qarşılaşmada qırmızı vərəqə alan Milan Obradoviçin yerinə komandanı meydana köməkçisi Vladimir Kozul çıxarmışdı. Taktiki düzülüşlərdən meydan sahiblərinin müdafiə, qonaqların isə ancaq hücum futbolu oynayacağını demək olardı. Gürcü məşqçi komandasını meydana 5-4-1 taktiki sxemiylə çıxarmışdısa, Kozul 4-3-3 düzülüşünə üstünlük vermişdi.
Matça komandamız istəkli başladı. İlk 10 dəqiqədə üstünlüyü ələ almağa çalışan komandamız rəqib üzərində basqı yaratmaq istəyirdi. Bu səbəbdən gürcülər futbolçularımıza qarşı kobud oynayırdılar. Zaman keçdikcə futbolçularımız hücumların sayını artırmağa çalışsa da, rəqib yaxşı müdafiə olunurdu. İlk hissənin ortalarına doğru mübarizə meydanın mərkəzində gedirdi. Artıq gürcülər də təhlükəli hücumlar qurmağa başlamışdılar. Dartsmeliyanın zərbəsinin qarşısını İbrahimov çətinliklə aldı. Təzyiqi artıran meydan sahibləri hesabı açdılar. Lakvexelianinin ötürməsini Quliaşvili dəqiq zərbə ilə tamamladı.
Fasilədən dərhal sonra Vasil Maysuradze iki dəyişikliyi birdən etdi. Hücum xəttini gücləndirən məşqçinin niyyəti hesabı qorumaq deyildi. Bunun nəticəsi kimi meydan sahibləri təzyiqi daha da artırdılar. İbrahimov ardıcıl iki seyv edərək fərqin artmasına imkan vermədi. 52-ci dəqiqədə Əkinciərin hesabı bərabərləşdirmək şansı olsa da, türk əsilli futbolçu “çərçivə”yə düşə bilmədi. Matçın üçdəiki hissəsinin tamamında Kökcü hesabı bərabərləşdirə bilərdi. Amma Mamardaşvilinin sayıq oynaması bunun qarşısını aldı. Son yarım saatda komandalar qarşılıqlı hücumlar təşkil etsələr də, qapılara qol vurulmadı. Millimiz ardıcıl ikinci oyunda meydanı xalsız tərk etdi. 77-ci dəqiqədə Dartsmeliyaya qarşı kobud oynayan Vəlizadənin ikinci sarı vərəqədən sonra meydandan qovulduğunu da qeyd edək. U-21-in bu nəticə ilə qrup üçüncüsü olmaq arzuları da puça çıxdı. Yığma son turda səfərdə İsveçrə ilə qarşılaşacaq.
Komandamızın yer aldığı 2-ci qrupda daha bir oyun keçirilib. Final mərhələsinə vəsiqə uğrunda mübarizə aparan İsveçrə doğma meydanda Lixtenşteyni 3 cavabsız qolla yenib.
1. İsveçrə 8 8 0 0 23-4 24
2. Fransa 8 7 0 1 24-9 21
3. Gürcüstan 9 4 0 5 15-13 12
4. Slovakiya 8 3 0 4 15-19 9
5. AZƏRBAYCAN 9 2 0 7 5-16 6
6. Lixtenşteyn 8 1 0 7 3-24 3
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR