Sizin reklam burada

“Kəpəz”lilər raket atılan əraziyə baş çəkiblər

Baxış Sayı:67


İlqar Nadiri: “Bazada qalan futbolçularımız xoşbəxtlikdən xəsarət almayıblar”
“Kəpəz”in icraçı direktoru İlqar Nadiri oktyabrın 10-dan 11-nə keçən gecə Gəncəyə erməni hücumu ilə bağlı açıqlama verib. Klubun mətbuat xidmətinə danışan Nadiri məlum faciə haqda danışarkən belə deyib: “Bu hadisənin adı terrordu, erməni terroru. Klubun üzvləri olaraq hadisə yerinə baş çəkmişik, dəhşətli mənzərəni öz gözlərimizlə görmüşük. Bu, insanlıq əleyhinə yönələn ən böyük cinayətlərdən biridi. Cəbhədə Azərbaycan ordusuna gücü çatmayan düşmən dinc əhalini hədəfə almaqla nəyəsə nail olmaq istəyir. Amma məqsədlərinə çata bilməzlər. Azərbaycanlıları belə şeylərlə qorxutmaq olmaz. Əksinə, Gəncədəki partlayış xalqımızın mübarizə əzmini, əsgərlərimizin döyüş ruhunu daha da artırdı. Gəncə məğrur dayanıb!”
Gəncədəki partlayışdan şəhər stadionu da zərər görüb. Arenanın inzibati binasında qapı və pəncərələrin çərçivələri yerindən çıxıb, şüşələr qırılıb: “Bazada qalan futbolçularımız var, xoşbəxtlikdən xəsarət almayıblar. Heç qorxmayıblar da. Ümumiyyətlə, başverənlər komandamızın hazırlıq planına qətiyyən təsir etməyib. Məşqlər davam edir, uşaqlar oyunlara hazırlaşır. Məşqlərimiz açıq havadadı, heç nədən də çəkinmirik, hamı işinin başındadı”.
Klub rəsmisi cəhbədə ordunun zəfər yürüşünün komandaya müsbət təsir etdiyini, futbolçulara ruh yüksəkliyi verdiyini deyib: “Hamının fikri cəbhədədi. Bu gün klubda çalışsaq da, sabah döyüşlərə atılmağa hazırıq. Bu müharibə tezliklə Azərbaycan ordusunun şanlı qələbəsi ilə başa çatacaq. Hamımız buna inanırıq. Cəbhədən gələn şad xəbərlər əhval-ruhiyyəmizi yüksəldib. İdman sahəsi elədi ki, həmişə udub-uduzmaq var, buna görə bəzən azarkeşləri sevindirmək olmur. Amma ordumuz bir qayda olaraq bizi yalnız qələbələrlə sevindirir. Ən böyük qələbəmiz də elə əsgərlərimizin qələbəsi olacaq”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR