Sizin reklam burada

Həmzəyevin xorvatlara iradı yoxdu

Baxış Sayı:90

Həmzəyevin xorvatlara iradı yoxdu

“Onun səviyyəsi qarşılaşmanın “çəki”sindən üstün idi”
Milli komandamızın Cənubi Kiprlə oyunu qolsuz bitdi. 90 dəqiqə ərzində üstünlüyə malik olsaq da, daha çox hücum etsək də, hesabı aça bilmədik. Hakimin təyin etdiyi penaltini belə qaçırdıq. Bəs ümumilikdə xorvatiyalı referi Fran Yoviç oyunu necə idarə etdi? Daimi ekspertlərimizdən olan Əfqan Həmzəyev onun idarəçiliyini yüksək qiymətləndirir: “Əvvəlcədən deyim ki, referi matçı çox yaxşı idarə etdi. Xorvatiyalı duruşu, hərəkətləri, jestləri ilə hiss etdirirdi ki, meydanda hakim var. Epizodlara yaxın idi. Onun əsas üstünlüklərindən biri çox fit çalmaması idi. İmkan verirdi ki, futbolçular əzmkar mübarizə aparsınlar. Bir çox hallarda millmizin xeyrinə cərimə zərbələri təyin etdi. Xeyrinə deyəndə pis anlaşılmasın, olan qayda pozuntularını qeydə alırdı. Çünki kiprlilər ikili mübarizələrdə çox vaxt kobud oynayırdılar. Onlar fərdi epizodları uduzurdular. Əsasən də hava topları zamanı arxadan futbolçularımızı itələyirdilər. Bu zaman bəzən əldən, bəzən də dirsəkdən istifadə edirdilər. Hesab edirdilər ki, hakim bunları görməyəcək. Lakin referi bütün epizodlara doğru reaksiyalar verdi. Xorvatiyalının göstərdiyi vərəqələr də haqlı idi. Matçın sonlarında rəqibin 2 futbolçusunu eyni anda cəzalandırdı. Bunlardan biri etiraza, digəri isə kobud oyuna görə idi. Millimizin lehinə verilən penalti qərarı da haqlı idi. Sürətli əks-hücum olmasına baxmayaraq, qətiyyətlə 11 metrlik cərimə zərbəsi təyin etdi. Yoviç Monteneqro - Azərbaycan matçının hakimindən daha yaxşı idi. Bu qarşılaşmada referi bütün epizodları doğru yozaraq qərar verirdi. Ötən matçda bu yox idi.
Xorvatiyalının köməkçiləri ilə əlaqəsi də çox yaxşı idi. Fiziki durumu ideala yaxın və hər şey qaydasında idi. Hansısa kobud qayda pozuntusunu gözdən qaçırmadı. Onun səviyyəsi qarşılaşmanın “çəki”sindən üstün idi. Hesab edirəm ki, FİFA və UEFA gələcəkdə bu referiyə güvənəcək”.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR