Sizin reklam burada

Koronovirusa yoluxanların sayı gündən-günə artır

Baxış Sayı:62


Dağlıq Qarabağdakı döyüş əməliyyatları, deyəsən, koronavirusla mübarizəni arxa plana atıb. Daha doğrusu, həmvətənlərimiz artıq bu xəstəliyə əvvəlki qədər ciddi yanaşmır. Nazirlər Kabineti yanında Operativ Qərargahın son iki gündə açıqladığı statistika məhz bu tendensiyadan xəbər verir. Srağagün Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 277 yeni yoluxma faktı qeydə alınıb, 64 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Təəssüf ki, analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Sutka ərzində 6865 test aparılıb.
Dünənki rəqəmlər əvvəlki günlə müqayisədə daha qorxuncdu. Belə ki, ölkədə 369 yeni yoluxma qeydə alınıb, bunun fonunda cəmi 102 nəfər evə buraxılıb. Ölüm sayı da son həftələr üçün ən yüksək həddə - 4-ə çatıb.
Azərbaycanda indiyədək ümumilikdə 42750 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39570-i sağalıb, 616-sı vəfat edib, aktiv xəstə sayı 2564 nəfərdi. Ölkədə son sutka ərzində 6734, ümumilikdə isə 1 milyon 193 min 870 test aparılıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR