Sizin reklam burada

18 komanda qeydiyyat prosesini başa vurub

Baxış Sayı:85


Yusif Vəliyev: “Bakı zonasında onların sayı daha çoxdu”
Region Liqası üzrə İşçi Qrupun üzvü Yusif Vəliyev ötən sayımıza açıqlamasında cari mövsümdə turnirdə çıxış etmək üçün müraciət edən və qeydiyyat prosesini başa vuran komandaların adını açıqlayacağını bildirmişdi. Yusif bəylə dünən yenidən əlaqə saxlayıb, ilkin siyahını öyrənməyə çalışdıq. Ancaq İşçi Qrupun üzvü adları açıqlamadı, sadəcə, sayı bildirməklə kifayətləndi: “Ötən il olduğu kimi, bu dəfə də liqada çıxış etmək istəyən komandalrın sayı 30-dan çoxdu. Bu gün (dünən) qeydiyyat prosesi davam edib və bəzi komandaların nümayəndələri ilə görüşüb müzakirələr aparmışıq. Düzdü, ötən dəfə sizinlə danışanda ilkin siyahını açıqlayacağımı söz vermişdim. Ancaq bu gün müəyyən səbəblərdən bunu edə bilməyəcəm. Yalnız onu deyə bilərəm ki, artıq 18 komandanın qeydiyyatı başa çatıb. Onların hamısı lazımi sənədləri bizə təqdim ediblər. Böyük ehtimalla yaxın bir həftədə qalan iştirakçıların da adları məlum olacaq. Demək olar ki, hər zonada yeni komandalar olacaq. Bakı zonasında isə onların sayı daha çoxdu. Təbii ki, liqaya yeni qoşulmaq istəyənlərə qarşı tələblərimiz daha ciddidi. Hər birindən zəmanət məktubu alınır və alınacaq. Bu olmadan heç bir kollektivi yarışa buraxmayacağıq. Bu məktub həmin bölgənin İcra Hakimiyyəti və ya hansısa şirkət tərəfindən təqdim olunmalıdı. Yenə təkrar edirəm, artıq 18 komandanın 2020/21 “futbol ili”ndə Region Liqasında çıxış edəcəyi dəqiqləşib”.
Bildiyiniz kimi, Vəliyev eyni zamanda AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiridi. Yusif bəy ötəndəfəki söhbətimizdə onu da bildirmişdi ki, assosiasiyanın bayrağı altında keçirilən müxtəlif yaş qrupu üzrə liqalara oktaybrın 17-də start verilməsi nəzərdə tutulub. Ancaq bu məsələdə bir problem var. Belə ki, pandemiya ilə bağlı həftəsonları Bakı və Sumqayıt şəhərlərində ictimai nəqliyyatın işinə qadağa qoyulub. Şimal zonası üzrə oyunların Sumqayıtda, paytaxt zonası üzrə Bakıda keçirildiyini nəzərə alsaq, ictimai nəqliyyatın işləməməsi uşaqların oyunların keçiriləcəyi məkanlara yollanması yönündə ortaya əlavə problemlər çıxara bilər. Bəs görəsən, Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsi bu problemi necə yoluna qoymağı düşünür? Vəliyevin reaksiyası belə oldu: “Biz indiki durumu nəzərə alıb, şimal və paytaxt zonasında təşkil olunacaq liqalarda iştirak edəcək komandaların rəsmiləri ilə bu haqda müzakirə aparmışıq. Yaxın günlərdə bununla bağlı bir daha klub nümayəndələri ilə görüşümüz olacaq. İlkin müzakirələrdə bizə bildiriblər ki, bu yöndə çətinlikləri yoxdu. Ümid edirəm ki, liqalar start götürəndə belə problemlə üzləşməyəcəyik”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR