Sizin reklam burada

Mahir Emrelini İspaniyaya buraxmadılar

Baxış Sayı:82

Mahir Emrelini İspaniyaya buraxmadılar

Zədə üzündən “Qarabağ”a lazımi qədər fayda verə bilməyən, üstəlik, yığmanın toplanışından kənarda qalan Mahir Emreli İspaniyaya yollanmalıydı. Ötən sayımızda bununla bağlı xəbər vermiş, hətta klubun mətbuat katibi Nurlan İbrahimovdan Mahirin niyə məhz İspaniyaya getməsinin səbəbini öyrənmişdik. İbrahimov orda tanıdıqları bacarıqlı həkimin olduğunu vurğulamışdı.
Amma Mahirin Pireney yarımadasına səfəri baş tutmayıb. Əslində uçuş üçün bütün tələblər yerinə yetirilibmiş. Viza hazır, təyyarə bileti hazır. Sadəcə, İspaniyada koronavirusun yenidən kəskin yayılması ölkə rəhbərliyini hava uçuşlarını ləğv etməyə məcbur edib. Qısası, sərhədlər bağlıdı.
Əslində son ana qədər şans olub. İspaniya höküməti ölkəyə giriş üçün üzürlü səbəb istəyir. Mahir üçün də həmin sənəd göstərilib. Lakin zədənin müayinəsi tutarlı əsas kimi qəbul olunmayıb. Belədə Emreli Bakını tərk edə bilməyib. Futbolçunun müayinə və müalicəsi ölkədə davam etdiriləcək. Onun “Makkabi” ilə oktyabrın 22-də keçiriləcək oyuna qədər hazır olub-olmayacağı dəqiq bilinmir. Bu gedişlə çətin hazır ola...
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR