Sizin reklam burada

“CBC Sport” “Roma”nın oyunlarını boykot edib

Baxış Sayı:131


Bir neçə gün əvvəl “Roma” cəbhədə başverənlərlə bağlı Ermənistana dəstək nümayiş etdirib. A seriyasının təmsilçisi içində klubun atributları və idman geyimləri olan 117 paketi düşmən ölkəyə göndərib. Ermənistan milli komandasının üzvü Henrix Mxitaryanın formasını geydiyi paytaxt klubunun baş direktoru Qvida Fieqa yardımla bağlı bunları deyib: “Çətin vəziyyətdə olan uşaqlara, qadınlara və kişilərə kömək etmək istəyirik”.
“Canavarlar”ın bu addımı haqlı olaraq Azərbaycan futbol ictimaiyyətində narazılıqla qaşrılanıb. Bəs görəsən, A seriyasının oyunlarının ölkəmizdə yayın hüququna malik olan "CBC Sport" adekvat addım atacaqmı? "Roma"nın oyunlarını boykot etmək planlaşdırılırmı? Bu sualla telekanalın redaktoru, şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərli ilə əlaqə saxladıq: "CBC Sport” adını çəkmək istəmədiyim futbolçu separatçı açıqlama verdikdən sonra lazım olan addımı atıb. Daxili qərarla "Roma"nın oyunlarının yayını dayandırılıb. Həmin gündən bu komandanın oyunları yayınlanmır və sözügedən futbolçu klubdan ayrılana qədər də yayınlanmayacaq".
AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR