“Hər yerdə iştirak etməyə haqqım da var, hüququm da”Ötən həftə Oqtay Abdullayevin rəhbərlik etdiyi Veteranlar İttifaqının növbəti iclası keçirilib. Budəfəki iclasa Nazim Süleymanovun rəhbərlik etdiyi AFFA Həmkarlar İttifaqının üzvü Samir Ələkbərov da qatılıb. Ona görə də bu xəbər heç də birmənalı qarşılanmadı. Toplantıda iştirakının səbəbini aydınlaşdırmaq üçün Samir bəylə əlaqə saxladıq. O, belə iclaslarda iştirak haqqının olduğunu dedi: “Veteranların iclası idi, dəvət etdilər, mən də getdim. Mən AFFA Həmkarlar İttifaqının olduğu kimi, Veteranlar İttifaqının da üzvüyəm. Hər yerdə iştirak etməyə haqqım da var, hüququm da. İclasın əsas məqsədlərindən biri də orduya dəstək nümayiş etdirmək idi. Futbolun inkişafı ilə bağlı da təkliflər irəli sürüldü. Bu gün hamının fikri cəbhədədi. Bütün futbolçular, mən özüm də qurban olaq orda vuruşan əsgərlərə. Bu gün hər şeyi, o cümlədən futbolu kənara qoyub orduya dəstək olmalıyıq".
AYGÜL