Sizin reklam burada

U-21 nəzəri şansını da Nitrada itirdi

Baxış Sayı:98


Avropa çempionatının seçmə mərhələsi
2-ci qrup
Slovakiya (U-21) - AZƏRBAYCAN (U-21) 2:1 (0:0)

1. David Şipoş
21. Branislav Sluka
6. Martin Şulek (k)
18. İvan Mesik
5. Lukaş Fabiş
9. Miroslav Qono
22. Peter Pokornı
(14. Yan Bernat , 76)
15. David Streleç
(19. Yakub Kadak, 87)
16. Marian Çobot
(13. Tomaş Suslov , 59)
8. David Dyuriş
11. Lübomir Tupta
(10. Ladislav Almasi , 61)
Ehtiyat oyunçular
12. Samuel Petraş
3. Dominik Şpiryak
4. Kristian Herç
7. Patrik Misloviç
20. Matuş Voytko
Baş məşqçi: Yaroslav Kentoş

12. Kamran İbrahimov
21. Əmrə Kaplan
4. Mərt Çəlik
3. Turan Manafov
5. Ömər Buludov
20. Barış Əkinciər
(10. Rövlan Muradov, 82)
8. Səbuhi Abdullazadə
(18. Turan Vəlizadə, 82)
6. Hacıağa Hacılı (k)
23. Ozan Can Kökçü
(7. Süleyman Əhmədov, 90+1)
7. Toral Bayramov
(11. Elvin Cəfərquliyev, 69)
19. Doğukan Öksüz
(9. Muhammed Mustafa Yıldırım, 69)
Ehtiyat oyunçular
22. Nicat Mehbalıyev
2. Rauf Hüseynli
5. Nihad Tamazov
13. Hüseyn Seyliğli
Baş məşqçi: Milan Obradoviç
Qollar: L.Tupta, 61 (1:0). M.Çəlik (66, 1:1). İ.Mesik, 90+4 (2:1).
Vərəqələr: Ə.Kaplan, 30. L.Fabiş, 40. H.Hacılı, 45. Ö.Buludov, 50. M.Çəlik, 66. S.Abdullazadə, 78. O.Can Kökçü, 87 - sarı.
Hakimlər: KRİSTOFER HAGENES, Anders Olav Dale, İsak Elias Başevk, Rohit Saggi (hamısı Norveç).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
8 oktyabr. Nitra. “Nitra” stadionu.
19 (7) qapıya (“çərçivə”yə) zərbə 10 (3)
15 künc zərbələri 5
4 oyundankənar vəziyyət 3
1 vərəqələr (qırmızı) 6
12 qayda pozuntusu 10
Bu, seçmə mərhələnin 2-ci qrupunda Azərbaycan üçün 8-ci, Slovakiya üçün isə 7-ci qarşılaşma idi. Qonşu pillələrdə qərarlaşan rəqiblərin oyunu böyük maraq doğururdu. Yığmamızın doğma meydanda 2:1 hesablı qələbə qazanması intriqanı bir az da artırmışdı. Yaroslav Kentoş komandasını meydana əvəz çıxmaq üçün çıxarmışdı. 4-3-3 taktiki düzülüşü ilə oynayan slovakiyalılar qələbə qazanmaq niyyəti güdürdü ki, matçdan öncə rəqib düşərgədən səslənən fikirlər də məhz bu yöndə idi.
Oyuna sürətli başlayan rəqibin ilk təhlükəli hücumu 4-cü dəqiqədə reallaşdı. Dyuriş cərimə zərbəsindən topu qapıya göndərmək istəsə də, İbrahimov sayıqlığı itirmədi. Start həyəcanını boğan millimiz 15-ci dəqiqədə rəqibə həyəcan yaşatdı. Toral Bayramovun zərbəsinin qarşısını qolkiper aldı. Növbəti təhlükəli vəziyyəti futbolçularımız yaratdı. 26-cı dəqiqədə Öksüzün zərbəsini bu dəfə də qolkiper zərərsizləşdirdi. Bundan sonra ərazi üstünlüyünü ələ alan Slovakiya yığması qapımız qarşısında bir təhlükəli vəziyyət yaratdı. 32-ci dəqiqədə Tuptanın künc nöqtəsindən ötürməsinə Streleç zərbə vursa da, Kamran yenə yerində idi.
İkinci yarıya yığmamız sürətli başladı. 50-ci dəqiqədə Çobot komandamızın hücumu zamanı Bayramova qarşı kobud oynadı və referi onu sarı vərəqə ilə cəzalandırdı. Ozan Canın zərbəsi “canlı sədd”ə dəydi. Qarşılaşmanın ən həyəcanlı anları matçın üçdəiki hissəsi başa çatandan yaşandı. 61-ci dəqiqədə Tupta dəqiq zərbə ilə Kamranı məyus etdi. Qoldan sonra irəli atılan komandamız hesabı bərabərləşdi. 66-cı dəqiqədə Toralın cərimə zərbəsindən ötürməsini Mərt dəqiq tamamladı. Hesab bərabərləşdikdən sonra baş məşqçilər taktiki gedişlərlə oyuna müdaxilə etməyə çalışdılar. Hər iki mütəxəssis hücum və müdafiə xətində dəyişiklik edərək oyunu taleyini həll etmək istəyirdi. Qarşılaşmanın son dəqiqələri olduqca kobud məcrada keçdi. Hakimin oyuna əlavə etdiyi 4 dəqiqədə Suslovun künc zərbəsindən ötürməsi Kadakın qarşısına düşdü. O da öz növbəsində Mesikə ötürmə etdi. Sonuncu əlinə düşən fürsəti qaçırmadı. Qoldan dərhal sonra komandalar arasında gərginlik yaşandı. Ardıcıl ikinci dəfə hakimə etiraz edən Obradoviç ikinci sarıdan sonra qırmızı vərəqə ilə cəzalandırıldı. Beləliklə, Slovakiya Sumqayıtdakı məğlubiyyətin əvəzini çıxdı. Bu yenilgidən sonra yığmamız 5-ci pilləyə yuvarlandı. Tsikldə 8-ci matçına çıxan U-21 Nitrada aldığı məğlubiyyətdən sonra həm də final mərhələsinə yüksəlməklə bağlı nəzəri şansını da itirdi. Yeri gəlmişkən, qrupda daha bir matç keçirilib. Final mərhələsinə vəsiqə uğrunda mübarizə aparan Fransa millisi Lixtenşteyni qəbul edib. Qrupun autsayderi olan “cırtdanlar” iddialı rəqibi qarşısında aciz qalıb. Fransızlar 5 cavabsız qolla hesabına 3 xal yazıb.
1. İsveçrə 6 6 0 0 17-4 18
2. Fransa 6 5 0 1 18-9 15
3. Slovakiya 7 3 0 4 15-18 9
4. Gürcüstan 7 3 0 4 14-10 9
5. AZƏRBAYCAN 8 2 0 6 5-15 6
6. Lixtenşteyn 6 1 0 5 3-16 3
Qeyd edək ki, gənclərimiz oktyabrın 13-də Qoridə gürcüstanlı həmyaşıdları ilə qarşılaşacaq. Hacıağa Hacılı bu oyunu buraxacaq. O, turnirdə 3-cü sarı vərəqəni Slovakiya ilə görüşdə aldığına görə komanda yoldaşlarına kömək edə bilməyəcək. Hacıağa İsveçrə (0:1) və Lixtenşteynlə (1:0) qarşılaşmalarda qarşısında “sarı” görmüşdü. Maraqlıdı ki, bu, onun tsikldə ikinci cəzasıdı. Futbolçu Gürcüstanla (0:3) oyunda ikinci sarıya görə qırmızı vərəqə aldığı üçün də 1 matç buraxıb.
İLKİN SULTANLI

Yeri gəlmişkən…
UEFA 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin ən çox qurtarış edən qapıçılarının siyahısını açıqlayıb. Kamran İbrahimov “top-5”də yer alıb. Belə ki, yığmamızın keçirdiyi 8 görüşdə 32 seyv edən qolkiper bu göstəricidə 4-5-ci yerləri bölüşür. Kamranın şəriki Belarus millisinin qapıçısı Pavel Pavlyuçenkodu. Siyahıya Mirko de Angelis başçılıq edir. San Marino yığmasının qolkiperi 58 qurtarışa imza atıb. Qazaxıstanlı Muxammejan Seysenin hesabında 40 seyv var. İlk “üçlüy”ü Andorra yığmasının üzvü, 33 dəfə fərqlənən Armando Mayer qapayır.

Reaksiyalar
Milan Obradoviç: “Birinci hissədə oyunumuz istədiyimiz kimi alınmadı. Slovakiya millisi öz futbolunu oynadı. Bizim konsentrasiya, xətlərarası əlaqə baxımından çətinliyimiz var idi. Hücum xəttində fəal olmağa çalışırdıq. Bir neçə təhlükəli vəziyyət yarada bildik. İkinci hissədə isə yaxşı pressinq etdik. Daha çox mərkəzdən hücum edirdik, bu isə məni tam qane etmədi, çünki cinahlarda da fəal oynamaq vacibdi. Qol buraxdıqdan sonra oyuna köklənə bildik. Fiziki hazırlığımız buna imkan verdi. Amma beynəlxalq oyunların kasadlığı özünü büruzə verdi. Sonuncu dəqiqədə qol buraxmaqla məğlub olmaq, təbii ki, çox məyusedicidi. Ümumilikdə oyundan tam olaraq və nəticədən razı deyiləm”.
Yaroslav Kentoş: “Qələbədən məmnunam. Bu, asan başa gəlmədi. Oyuna sonradan qoşulan futbolçuların çıxışını çox müsbət dəyərləndirirəm. Onlar qarşılaşmanın axarını dəyişdi. Bəzi epizodlarda sabit çıxış etsək də, “ölü nöqtələr” də oldu. Ehtiyatdan oyuna daxil olan Tomas Suslov ilk qolun yaranmasında pay sahibidi, başqaları da lazım olanı etdi. Onlara meydanda nələri dəyişməli olduqlarını yaxşı izah etmişdik. İndi bizi Fransa gözləyir. Bu, tam fərqli oyun və rəqib olacaq”.
İvan Mesnik: “Final fitindən sonrakı hisslər fantastikdi. İstəyimizə çatdığımız üçün sevincliyik. Rəqibə qarşı yaxşı müdafiə olunduq. Fikrimcə, bütün mövqeləri onlar üçün bağlamışdıq. Qarşılaşma asan keçmədi. Azərbaycanın bizi əziyyətə salacağını bilirdik. Ancaq yenə də arzumuzu reallaşdırmağı bacardıq. Son dəqiqə qolu sevincimi birə-beş artırdı”.
Lübomir Tupta: “Biz bu oyunun asan olmayacağını bilirdik. Azərbaycan millisi Fransaya da çox çətinlik yaradıb. Bu komanda münasib olmayan rəqibdi. Heyətində bəstəboy, sürətli futbolçular var ki, onlarla təkbətək mübarizələr çətindi. Lakin biz bu oyunda xal itirə bilməzdik. Ən vacib olan da qələbə idi ki, bunu da bacardıq. Hesab edirəm ki, Fransa ilə görüşdə rəqibə ağır anlar yaşadacaq və yaxşı nəticə əldə edəcəyik”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR