Sizin reklam burada

Stankoviç “Zirə”ni vahid lider etdi

Baxış Sayı:136


Rəşad Sadıqov “Neftçi” rəsmisinə əsəbləşdi
19. Zirə - Neftçi (Bakı) 1:0 (0:0)

1. Mateus Albino – 5,5
13. Şəhriyar Rəhimov – 5,5
3. Ali Sisey – 5,5
44. Dmitrios Çantakias – 5,5
(5. Kərim Diniyev, 90) – qiymətsiz
2. Sərtan Taşkın – 5,0
8. İlkin Muradov – 5,5
4. Elvin Camalov (k) – 5,5
11. Klesio Bauk – 6,0
21. Hacıağa Hacılı – 5,0
(7. Tural Bayramlı, 81) – qiymətsiz
9. Davit Volkov – 5,5
91. Ruslan Qurbanov – 5,0
Ehtiyat oyunçular
22. Rəşad Əzizli
62. Abdulla Seyidəhmədov
10. Ağabala Ramazanov
6. Ayxan Süleymanlı
17. Kayo Rangel
20. Əli Şirinov
77. Cəlal Hüseynov
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Klesio Bauk

30. Aqil Məmmədov – 5,5
91. Tallison Dias – 5,0
(13. Prins İbara, 90+1) – qiymətsiz
3. Mamadu Mboc – 5,5
6. Voislav Stankoviç – 4,5
26. Ömər Buludov- 5,5
36. Mamadu Kane – 6,0
8. Emin Mahmudov (k) – 5,0
24. Yusuf Laval – 5,0
29. Sabir Buqrin – 5,5
(10. Saman Nərimancahan, 83) – qiymətsiz
7. Namiq Ələsgərov – 4,5
22. Mirabdulla Abbasov – 4,5
Ehtiyat oyunçular
12. Kamran İbrahimov
2. Cabir Əmirli
4. Rener Alves
19. Fəhmin Muradbəyli
20. Mərt Çəlik
27. Fərid Yusifli
37. Vüsal Əsgərov
40. Vüqar Həsənov
45. Əli Mürsəlov
80. İsmayıl Zülfüqarlı
Baş məşqçi: Füzuli Məmmədov
Komandanın ən yaxşısı: Mamadu Kane
Qol: D.Volkov, 90+5 (K.Bauk).
Vərəqələr: D.Çantakias, 16 (qeyri-idman hərəkəti). T.Diaz, 69 (qeyri-idman hərəkəti). T.Bayramlı, 85 (oyunun bərpasını ləngitmək). A.Ramazanov, 90+5 (qeyri-idman hərəkəti). Ə.Şirinov, 90+5 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ELÇİN MƏSİYEV, Pərvin Talıbov, Kamran Bayramov, Rəhim Həsənov (hamısı Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Rüfət Əmirov (Bakı).
3 oktyabr. Zirə. İdman Kompleksinin stadionu, Tamaşaçısız.
Birinci hissəyə 1, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Başqa vaxt olsaydı, bəlkə də “Neftçi”ni asanlıqla qarşılaşmanın favoriti gözündə görmək mümkün olardı. Lakin indiki məqamda məlum durum – “ağ-qaralar”ın qeyri-sabit təsir bağışlaması, “Zirə”ylə eyni xala sahib olub liderlər sırasında qərarlaşmaları, oyunun Zirədə keçirilməsi və ən əsası, meydan sahiblərinin “sukanı arxasında” Rəşad Sadıqovun durması görüşün maraqlı keçəcəyindən xəbər verir, yekun nəticəni sual altına salırdı.
“Qartallar”ın heyətindəki itkilər Füzuli Məmmədovun üzünü güldürməyə bilməzdi. Zədəlilərin yoxluğundan mütləq istifadə etmək lazım gəlirdi ki, nəhayət, Prins İbara ilə Anton Krivotsyuku “11-lik”dən kənar qoyan Məmmədov yetirmələrinə ilk dəqiqələrdən hücuma atılmağı tapşırmışdı. Komandaların güc nisbətindəki fərqə görəydi, yoxsa təcrübədən asılıydı – meydanda diqtə edən tərəf “Neftçi” idi. Əks-hücum taktikasına güvənən qəsəbə təmsilçisi bu cür şans yaxalamırdı deyə, qonaqların da real qol şansı əldə edə bilməməsi oyunun baxımsız alınmasına səbəb olurdu. Nəhayət, 34-cü dəqiqədə sükut pozuldu. Yusufun əla cinah reydindən sonra qapı qarşısına göndərdiyi topu Mirabdullanın tora qovuşdurmasına Albino imkan vermədi. 5 dəqiqə sonra Eminin vuruşu Mateusda qaldı.
İkinci yarıya gözləmədiyimiz halda “Zirə” üstün başlasa da, qol imkanları baxımından kasadlıq davam edirdi. Sadıqovun yetirmələri qapı qarşısına asmalar hesabına nəsə etmək istəyirdisə, cərimə meydançasına daxil ola bilməyən “ağ-qaralar” uğuru uzaqdan zərbələrdə axtarırdı. 76-cı dəqiqədə Kanenin, 4 dəqiqə sonra Buqrinin zərbələri hədəfdən yan keçdi. 88-ci dəqiqədə Namiq cərimə zərbəsindən dirəyi nişan aldı. Artıq hər kəs oyunun qolsuz bərabərliklə başa çatacağını düşünür, heç-heçə təqdirində turnir cədvəlində hansı vəziyyətin yaranacağını götür-qoy edirdi. Və belə bir məqamda səhnəyə Stankoviç çıxdı. Təcrübəli müdafiəçi ötürmədə elə bir səhvə yol verdi ki... Topu ələ keçirən Klesionun onu Davitə ötürməməsi, gürcünün də toru silkələyə bilməməsi futbol adına rəzalət olardı. Lakin onlar bunu bacarıb, meydan sahiblərinin qələbəsində əsas pay sahibi oldular.
Qələbədən sonra “Zirə” turnir cədvəlində vahid liderə çevrildiyi halda, ötən tur “Qəbələ” önündə məğlubiyyətdən son anda qaçan “Neftçi” növbəti yenilgi ilə üzləşib işini xeyli çətinləşdirdi.
HƏBİB

Reaksiyalar
Füzuli Məmmədov: “Məğlubiyyət bizi üzür. Ümumilikdə yaxşı oynadıq. Futbolda belə şeylər olur. Oyuna nəzarət əlimizdə idi, təəssüf ki, futbolda kobud səhvlər bağışlanmır. Yaxşı mübarizə apardıq. Kim səhv edirsə, o da uduzur. Oyunçularımın mübarizə əzmindən, istəkli olmalarından razıyam. Voislav səviyyəsində futbolçuya belə səhv, əlbəttə, təsir edəcək. Paltardəyişmə otağında ona dəstək verdim. Stankoviç xarakterli futbolcudu və ona bu səhv çox təsir etdi. Futbolda belə kobud səhvlər olur. Mən ona dəstək olmalıyam. Stankoviç keyfiyyətli futbolçudu, bu cür səhvlərin təkrarlanmamasına çalışmalıyıq. Bəli, keçirdiyimiz 5 oyundan ikisində məğlub olmuşuq. Etiraf edirəm, “Sumqayıt”a qarşı pis oynamışdıq. Bu gün də məğlub olduq, amma yaxşı oynadıq. Topladığımız xal azdı. Qarşıdakı oyunlardan qalib ayrılıb, rəqiblərimizlə xal fərqini azaltmağa çalışacağıq. Hücum qura bilmirdik? Bilirsiz, “Zirə” arxa xətdə kompakt oynayırdı, səhvlər etmirdi. Çalışırdıq ki, səhvlərindən yararlanaq. Rəqib ağılla müdafiə olunanda hücumçu üçün fərqlənmək çətinləşir. Düşünmürəm ki, hücum xəttimizdə problem var. Sadəcə, “Zirə” yaxşı müdafiə olundu. Komandamızda yeni futbolçuların sayı çoxdu. Çalışacağıq ki, daha yaxşı olaq”.
Rəşad Sadıqov: Oyuna köklənmək çox çətin idi. Bu dəqiqə iş barədə düşünmək, şəxsi həyatla bağlı fikirləşmək hamımız üçün çətindi. Allah ordumuza, xalqımıza, dövlətimizə kömək olsun. İnanıram ki, tezliklə torpaqlarımızı düşməndən azad edəcəyik. Ordumuz uğurla irəliləyir. Allah daim onlara yar olsun. Amma işimizi görməliyik. Oyuna gəlincə, açığı, qarşılaşmanın axarını belə gözləmirdim. “Neftçi” görüşə yaxşı başladı. İlk 10-15 dəqiqədə rəqib üstünlüyü ələ alandan sonra strategiyamızı dəyişdik. Oyunu müdafiədən qurub, rəqibin səhvini gözləməyə başladıq. Amma elə bir səhv buraxmırdılar ki, yüzfaizlik qol vəziyyəti yaradaq. Yalnız matçın sonunda fürsət yaxaladıq ki, bunu da qola çevirə bildik. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Futbol səhvlər oyunudu, kim istifadə edirsə, o da qalib gəlir. Bu gün heç-heçə pis nəticə sayılmayacaqdı. Favoritə qarşı oynayırdıq. Əsas heyətin iki üzvünün xidmətindən məhrum idik. Həm Ağabala Ramazanovun, həm də Kayo Rangelin adını protokola salmaqda məqsəd komandanın yanında olmalarını istəməyimizdən qaynaqlanırdı. Lazar Coceviçlə Rəşad Eyubov da yox idi. “Neftçi” kimi komandayla bərabərlik də yaxşı nəticə sayılmalıdı. Arxayınlıq, eyforiya? Futbolda ya uğur olur, ya da uğursuzluq. Hər ikisində psixoloji problemlə qarşılaşa bilərsən. Uğursuzluq aqressivliyə də səbəb ola, komandanın üzərində gərginlik də yarada bilər. Futbolçularıma da səslənirəm, bu fürsətdən düzgün istifadə etmək lazımdı. Bir-iki xal irəlidə olmaq üstünlük demək deyil. 4-5 turdan sonra hansı eyforiyadan söhbət gedə bilər? Gücümüz çatdığı qədər yaxşı mübarizə aparmalıyıq”.

Gözdən qaçmadı
* Cəsur əsgər və zabitərimizin cəbhə bölgəsində göstərdiyi şücaətə hörmət və dəstək əlaməti olaraq bu oyundan əvvəl də dəstək xarakterli proqram hazırlanmışdı. Dövlət himni səsləndirildi, bu öz yerində. Ən diqqətçəkəni məşqçi və futbolçuların, eləcə də hakimlərin meydana hərbi geyim maykasında çıxmaları idi. Hakimin final fitinə qədər maykalar çıxarılsa da, Rəşad Sadıqovun əynindəki sona qədər qaldı. Bununla yanaşı, tribunalarda iri həcmli Azərbaycan bayrağı və üzərində “Qarabağ Azərbaycandı!” yazılmış parça yerləşdirilmişdi.
* Həmin gün paytaxtda baş tutan yeganə qarşılaşma idi deyə, futbol ictimaiyyətinin Zirəyə axınının səbəbini anlamaq çətin deyildi. Canni De Byazinin köməkçiləri – Covanni Karboni ilə Klaudio Beluççi, eləcə də yerli mütəxəssislər - Arif Əsədovla Dmitri Kramarenko, Milan Obradoviçlə iki köməkçisi, İcraiyyə Komitəsinin üzvlərindən İsgəndər Cavadovla Vaqif Sadıqov, Məşqçilər Komitəsində təmsil olunanlardan Ağasəlim Mircavadov, Şahin Diniyev və Şakir Qəribov, “Zirə”nin prezidenti Orxan Məmmədov oyunu canlı izləyənlər arasında idi.
* Pandemiyaya görə jurnalistlərə oyun protokolunun paylanmaması onsuz da işimizi xeyli çətinləşdirir. Bu azmış kimi, matç günü Zirədəki stadionda internet bağlantısı da yox idi.
* Giriş qapıları önündə polislərə və xidməti maşına rast gəlmək mümkün olsa da, nədənsə tribunada asayişin keşiyində durmaq hərbçilərə tapşırılmışdı. Kənardan elə görünürdü ki, yanğınsöndürən maşında gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarıdı. Sadəcə, oyuna baxmaq üçün tribunaya qalxıblar.
* 37-ci dəqiqədə Hacıağanın yerdə qalmasına “Neftçi” rəsmilərinin birindən reaksiya gəldi: “qalx ayağa!” Həmin şəxsin bu göstərişi Rəşad Sadıqovu özündən çıxarınca, yetirməsinin arxasında duran gənc mütəxəssis üzünü “Neftçi” rəsmisinə tutub, əsəbi tonda dilləndi: “kimə deyirsən ə, dur ayağa, ağıllı olun!” Sadıqovun qəzəbləndiyini görən şəxs susmaqla ağzını açmağa peşman olduğunu göstərdi.
* Rəqibin vurduğu qol zamanı kobud səhvə yol verən Stankoviç heç cür özünə gələ bilmirdi. Serb müdafiəçi hakimin final fitindən sonra bir müddət yerdə qaldı, daha sonra göz yaşlarını silə-silə gənc “Neftçi”lilərin dəstəyi altında paltardəyişmə otağına yollandı.

Yeri gəlmişkən…
Namiq Ələsgərov “Neftçi”nin heyətində 100-cü oyununu keçirdib. “Zirə” ilə səfər matçına qədər 99 oyunda 16 qol vuran yarımmüdafiəçi ağ-qara formada 100-cü dəfə meydana çıxdı. Paytaxt klubunda debütü 2017/18 mövsümündə gerçəkləşən Ələsgərov ölkə çempionatında 84 qarşılaşmada şans qazanıb. O, bu görüşlərdə 13 qol vurub. Ölkə kubokunda 9 oyunda 2 dəfə fərqlənən yarımmüdafiəçi Avropa Liqasında 7 matça çıxıb və 1 dəfə rəqib qapısına yol tapıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR