Səbuhi Səfiyarlı: “Çox istərdim ki, yaxın vaxtlarda Cəbrayıl təmsilçisi doğma rayonda ilk oyununu keçirsin”
Xaqani Məmmədov: “İnşallah, Cəbrayıl stadionunda oyun keçirilsin və mən də həmin görüşdə fit çalım”
Yaşar Abuzərov: “Onda siz jurnalistlər Qarabağ derbilərindən yazarsız”

Srağagün şanlı ordumuz 30 ilə yaxın düşmən tapdağı altında olan Cəbrayıl şəhərini və rayonun 9 kəndini erməni işğalından azad edib. Bu xəbər bütün ölkə vətandaşlarının, xüsusilə də əslən Cəbrayıldan olan insanların sevincinə səbəb olub. Odu ki, Cəbrayıldan olan futbol adamlarının bu xoş xəbərə münasibətini öyrəndik.
Səbuhi Səfiyarlı (futbol agenti): “Adam bilmir nədən başlasın, nədə qutarsın. Çoxdan biz cəbrayıllılar bu xəbəri gözləyirdik. Sentyabrın 27-dən bəri qulağımız səsdə, gözümüz yolda idi. Bir ay əvvəl kimsə desəydi ki, Cəbrayıl azad olunacaq, hardasa inamsızlıq ola bilərdi. Çünki 30 ilə yaxın idi“bu gün, sabah torpaqlar qayıdacaq” sözünü eşidirdik. Ancaq sentyabrın 27-də müzəffər ordumuzun həmlələrini görəndə, cəbhədən yayılan videoları izləyəndə, Ali Baş Komandanımızın inamlı çıxışını dinlıəyəndə, bizdə topraqlarımızın tezliklə geri qayıdacağına inam yarandı. Heç kimdə şübhə qalmadı ki, tezliklə dədə-baba torpağımıza qayıdacağıq. Çox şükür, biz cəbrayıllılar o günü gördük və eyni sevinci işğal altında olan başqa rayonlarımızın əhalisinə də yaşamağı arzulayıram. Ola bilsin, bizim yaşımız o qədər də böyük dövrü əhatə etmir və torpaq nisgilinin nə olduğunu o qədər də hiss etmirik. Ancaq yaşlı nəslin nümayəndələri məcburi köçkün statusu ilə barışmırdılar və qısa vaxtda öz torpaqlarına qayıtmaq arzusu ilə yaşayırdılar. Əslində elə biz - orta yaşlın nümayəndələri də Cəbrayıla qayıdacağımız günü böyük həsrətlə gözləyirik. Yenə deyirəm, şükür Allaha ki, Ali Baş Komandanımızın rəhbərliyi altında şanlı ordumuz, qalib generallarımız və igid əsgərlərimiz bizə o sevinci yaşatdılar. Torpaq həsrəti ilə dünyasını dəyişən ağsaqqal-ağbirçəklərimizə Allahdan rəhmət diləyib, Cəbrayıla qayıdacağımızı günü səbirsizliklə gözləyirik. Bir futbol adamı kimi çox istərdim ki, yaxın vaxtlarda Cəbrayıl təmsilçisi doğma rayonda ilk oyununu keçirsin. Cəbrayıllılar öz doğma komandasının oyununu izləmək üçün stadionun tribunalarını doldursunlar”.
Xaqani Məmmədov (Hakimlər Komitəsinin sabiq rəhbəri): “İnanın, nə deyəcəyimi, sevincimi sizə necə çatdıracağımı bilmirəm. Sentyabrın 27-dən, ordumuzun döyüşə başladığı ilk gündən hər an gözləyirdim ki, Cəbrayılın düşməndən azad olunduğunu elan edəcəklər. Dünən (srağagün) ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev televiziyada bu xəbəri xalqımıza çatdıranda bilmədim sevincimdən gülüm, yoxsa ağlayım. Nəhayət, biz o torpaqlara geri dönürük. Mən orta məktəbi bitirdikdən sonra Cəbrayıldan ayrılmışam. Ancaq bu günə kimi cəbrayıllı günlərimi xatırlayıram, orda keçirdiyim hər saniyəni, hər dəqiqəni, hər saatı xatırlayıram. Uşaqlıq, gənclik xatirələrimi sizinlə bölüşməmi məndən istəsəz, bu dəqiqə heç nəyi yadıma sala bilmərəm. O demək deyil ki, xatirəm yoxdu. Əksinə, doğulub boya-başa çatdığım yurdla bağlı o qədər xatirələrim var ki... Ancaq sizinlə danışan zaman qəhər məni boğur. Allahıma və dövlət başçısına təşəkkür edirəm ki, bizə bu sevinci yaşatdı. Cəbrayıl futbol rayonu olub. Bu gün neçə-neçə futbolçunun adını çəkə bilərəm ki, məhz bu rayonun yetirməsidi. İnşallah, o gün olsun ki, Cəbrayıl stadionunda oyun keçirilsin və mən də həmin görüşdə fit çalım. Onda əminliklə hakim karyerama son verdiyimi deyə bilərəm”.
Yaşar Abuzərov (veteran futbolçu): “Cəbrayılın işğaldan azad olunması ilə bağlı rəsmi xəbər çıxınca, o qədər sevindim, elə hisslər keçirdim ki, bilmirəm onu sizə necə izah edim. Bunu ancaq mənim kimi həmin hissləri yaşayan insanlar başa düşə bilər. Cəbrayılda doğulub boya-başa çatan insan üçün bundan yaxşı xəbər ola bilməz. O topraqları bizə qaytaran hər bir əsgərə, zabitə, başda Ali Baş Komandan İlham Əliyev olmaqla təşəkkür etmək istəyirəm. Bizə geri qayıtmağa icazə verilən gün doğma rayonuma dönməyi planlaşdırıram. Sizə bir etiraf da etmək istəyirəm. Dünən (srağagün) prezidentimiz İlham Əliyev bu xəbəri efirdə səsləndirincə, öz-özümə xəyal etdim ki, yenidən Cəbrayıldayam, rayonda yeni komanda yaradıram və həmin komanda ölkə çempionatında iştirak etmək üçün PFL-ə müraciət edir. Futbol adamı üçün bundan böyük xoşbəxtlik nə ola bilər?! Ordumuzun zəfər yürüşünün davam edəcəyini, işğal altında olan başqa rayonlarımızın da azad olunacağını gözləyirəm. Onda siz jurnalistlər Qarabağ derbilərindən yazarsız”.
RƏŞAD

Son xəbərlər

“Ayaks”ın kapitanı soyğunçuların hücumuna məruz qalıb

“Buraxdığımız kobud səhv matçın taleyini həll etdi” - Rəşad Sadıqov

“Yuventus”dan MY-yə keçməyə yaxındı

"Sabah" 3 qolla 3 xal qazandı - YENİLƏNİB

"Səbail"dən yeni transfer

İkardi “arzuolunmaz futbolçular” siyahısında

Ruslan Qurbanov "Neftçi"yə görə şoka düşüb

"Son çempion kimi əsas məqsədimiz layiqli mübarizə aparmaq idi" - Samir Əliyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

Azər Salahlı əməliyyat olunacaq

"Qarabağ"ın oyunu təxirə salındı

"Kəpəz" Qəbələyə köçdü

Misli premyer-liqasının 3-cü turunun oyunlarının vaxtı müəyyənləşdi

Taekvondoçularımız İslamiadanı 5 medalla başa vurdu

Mövsümün ən yaxşısı adına 3 namizəd

Yığmamız yarımfinalda - İslamiada

PFL-in vitse-prezidenti açıqlandı

"Qarabağ"ın rəqibi "Ferentsvaroş"un futbolçusunu icarəyə götürdü

"Barselona"nın futbolçusu "Valensiya"da

AFFA premyer-liqanın yeni klublarını cərimələdi

Navas PSJ-dən ayrılır

Ermənistan Futbol Federasiyası və "Pünik" Azərbaycana qarşı təxribatla bağlı bəyanat yaydı

Ayxan Abbasov "Turan 100k" layihəsinə qoşuldu - Estafeti onlara ötürdü

UEFA ən az vəsaiti "Neftçi"yə köçürdü

“Tottenhem”in sabiq futbolçusu geri qayıtdı

Kadi Borgesdən "Qarabağ"la bağlı paylaşım

“Neftçi” Azərbaycanın hesabına xal əlavə edə bilmədi

İkiqat Avropa çempionumuz medalsız qaldı - İslam Oyunları

"Kəpəz"dən maraqlı paylaşım - "Tarixi derbi “Neftçi” – “Kəpəz”di!"

"İnter"in futbolçusu "Sassuolo"da

Sterlinq "Mançester Siti"dən ayrılma səbəbini açıqladı

PSJ hücumçusunu göndərdi

"Arsenal"ın futbolçusu İtaliyada

Konfrans Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Avropa Liqasında pleyy-off çütlükləri müəyyənləşdi

"Rapid" - "Neftçi" matçının videoicmalı

"Penaltilərə qalsaydıq, şanslar bərabər olacaqdı" - "Rapid"in hücumçusu

Dünya Çempionatı 2022-də açılış matçının vaxtı dəyişdi

Millimiz bu gün Mərakeşlə qarşılaşacaq

"Mənəvi gücümüzü hiss etdik" - "Rapid"in baş məşqçisi

"Neftçi"nin mübarizə əzmi alqışa layiqdi" - "Rapid"in kapitanı

"Planlaşdırdığımız şeyləri edə bilmədik" - Laurentsiu Regekampf

"Neftçi" mübarizəni dayandırdı - YENİLƏNİB

Pinamontinin yeni klubu bəlli oldu

"Neftçi"də ciddi itki

Bütün xəbərlər