Sizin reklam burada

Heyvanına şükür, ilahi!

Baxış Sayı:167


Replika
“Futbol+”də, ölkəmizin başqa idmanyönlü saytlarında dəfələrlə Ermənistan klublarının adlarına, bu ölkənin yığmasının və komandalarının keçirdiyi beynəlxalq oyunların nəticəsinə rast gəlmisiz. Təbii ki, burda qeyri-adi nəsə yoxdu, sağlam məntiqə söykənərək, Ermənistanı da dünya futbol ailəsinin üzvü sayırıq. Sayırıqsa, nəticələrlə oxucuları tanış etməmək, sadəcə, gülməli olardı.
Amma indi görün hamılıqla psixi xəstəliyə tutulan bu millətin idman yazarları nə işlə məşğuldu? Deməli, Avroliqada qrup mərhələsinin püşkü atılandan sonra Ermənistanın nüfuzlu news.am saytı qrupların tərkibini açıqlayıb. Bütün qruplarda yer alan komandaların adlarını ağıllı-başlı göstəriblər. Növbə I qrupuna çatanda isə “Vilyarreal”dan sonra dırnaq arasında ... qoyub, mötərizədə “Azərbaycan” yazıblar. Bu jestin mənası odu ki, Azərbaycan klubu qrupdadı, ancaq adı “Qarabağ” olduğuna görə yazmırıq.
Əlbəttə, belə hərəkətin heç bir izahı yoxdu. İlk növbədə axmaqlıqdı, ikincisi də qeyri-peşəkarlıq. Guya siz “Qarabağ”ın adını çəkməsəz, komanda qrupda olmayacaq? Yazsaz da, yazmasaz da, “Qarabağ” Avropa mediasında Azərbaycan klubu kimi dəfələrlə xatırlanacaq, hər kəs dolayısıyla bu torpaqların kimə məxsus olduğunu biləcək. Sadəcə, adam 21-ci əsrdə hələ də ibtidai təfəkkürlə yaşayan qonşularının varlığına yanır, belələri ilə eyni cahanı bölüşməsinə görə istər-istəməz heyifsilənir. Bu dəfə “Qarabağ”ın Varşavadakı oyununda təxribat törətmək mümkün olmasa da, belə alçaq addımlarla özlərinə təsəlli vermək istəyirlər, öz aləmlərində “Qarabağ”ı görməzdən gəlirlər. Amma yerlə yeksan etdiyiz, ruhlar şəhərinə çevirdiyiz Ağdamın təmsilçisi hələ çox gözünüzə girəcək, yanıb-yaxılacaq, heç nə edə bilməyəcəksiz. Təkcə döyüş yox, futbol meydanlarında da Azərbaycan təmsilçilərindən zəifsiz, bu artıq dəfələrlə sübut olunub. Odu ki, elə oturduğuz yerdə qalın, bir az da özünüzü rüsvay edin ki, dünya iç üzünüzü görsün. Paxıllıq, nifrət və əclaflıq yağan üzünüzü!
ORXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR