Sizin reklam burada

UEFA azarkeşlər önündə “yaşıl işıq yandırdı”

Title


UEFA-nın bayrağı altında keçirilən oyunlara azarkeşlərin buraxılması qərara alınıb. Qitə futbol qurumunun oktyabrın 2-də yaydığı press-relizdə bu haqda məlumat verilib. Sənəddə qeyd olunub ki, oyunların keçirildiyi arenanın tutumunun 30 faizi həcmində azarkeşlərə tribunları doldurmağa icazə verilə bilər. Ancaq bu məsələdə yerli hakimiyyət strukturlarının da mövqeyi nəzərə alınmalıdı. Yəni hər ölkə sanitar-epidemioloji duruma uyğun addım ata bilər.
Qərardan da göründüyü kimi, ali futbol qurumu Millətlər Liqasının qarşıdakı turlarında stadionlara azarkeşlərin buraxılması yolunda “yaşıl işıq yandırmağı” lazım bilib. Bəs görəsən, sözügedən qərarla bağlı AFFA hansı addım atmağı planlaşdırır? Bu suala cavab tapmaq üçün assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq: “Qitə futbol qurumu qeyd etdiyiniz məsələ ilə bağlı AFFA-ya da məktub ünvanlayıb. Hazırda ölkədəki mövcud durumu nəzərə alıb, müazikərələr apardıqdan sonra qarşıdakı günlərdə bununla bağlı qərarı ictimaiyyətə açıqlayacağıq”.

RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.