Sizin reklam burada

Qərb klubları inamlı başladı

Baxış Sayı:103


Dünən birinci divizionda ilk turun oyunları keçirilib. 10 komandanın mübarizə apardığı turnirin ilk həftəsində 5 qarşılaşma baş tutub. Cümə axşamı reallaşan görüşlər bol qollu alınıb. Premyer-liqaya vəsiqə qazanmağı hədəfləyən “Kəpəz” Bakıda “Keşlə-2”ni top atəşinə tutub. “Sumqayıt-2” - “Qarabağ-2” matçı da yetərincə maraqlı alınıb. Premyer-liqa təmsilçilərinin əvəzedici komandalarının duelində 5 qol vurulub. Dünən baş tutan qarşılaşmalardan ən maraqlısı Zaqatalada keçirilib. Burda yerli komanda son çempion “Turan Tovuz”a uduzub. Gərgin keçən matçın taleyini 1 qol həll edib.
Birinci divizion
1-ci tur
1 oktyabr
Keşlə-2 - Kəpəz (Gəncə) 2:6
Seymur Əsədov, 26. Nurlan Rzazadə, 90+2 - Tural Qürbətov, 24. Nodar Məmmədov, 42-p; 58-p. Ümid Səmədov, 74. Orxan Abdullayev, 89. Fərid Məmmədov, 90+4.
Sumqayıt-2 – Qarabağ-2 (Ağdam) 2:3
Nəbi Məmmədov, 3. Rüstəm Hümbətov, 71 - Nihad Tamazov, 31. Rauf Hüseynli, 51. Daniel Romero, 90+1.
Neftçi-2 (Bakı) - Sabah-2 (Bakı) 1:0
Emin Zamanov, 6.
2 oktyabr
Qaradağ Lökbatan – MOİK (Bakı) 1:1
Tapdıq Əhmədov, 38 - Elvin Nəsibov, 11.
Zaqatala - Turan Tovuz 0:1
Aqşin Muxtaroğlu, 73.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR