Sizin reklam burada

“Sabah” ardıcıl ikinci oyunda xalsız qaldı

Baxış Sayı:86


"Keşlə"nin legionerləri paltardəyişmə otağında rəqs etdilər
17. Sabah - Keşlə 0:2 (0:0)
1. Saşa Stamenkoviç (k) - 4,5
14. Slavik Alxasov - 4,5
(90. Ramil Şeydayev, 58 ) - 4,5
4. Bəhlul Mustafazadə - 4,5
5. Nikola Vuyadinoviç - 4,5
17. Məhəmməd Mirzəbəyov - 4,5
30. Mario Marina - 4,5
19. Təmkin Xəlilzadə - 5,0
29. Ceyhun Nuriyev - 4,5
(23. Amadu Diallo, 78) – qiymətsiz
7. Coşqun Diniyev - 4,5
(77. Veysəl Rzazadə, 58 ) – 4,0
28. Kevin Kubemba - 4,5
18. Xulio Sezar Rodriges - 5,5
Ehtiyat oyunçular
12. Alvaro Vilyet
94. Nicat Mehbalıyev
8. Elşən Abdullayev
15. Ruslan Abışov
13. Filip İvanoviç
11. Ozan Can Kökcü
2. Amin Seydiyev
60. Abbas Ağazadə
Baş məşqçi: Visente Qomes
Komandanın ən yaxşısı: Xulio Sezar Rodriges

1. Stanislav Namaşko - 5,5
19. Azər Salahlı - 5,5
4. Şəhriyar Əliyev (k) - 5,5
21. Miyuşko Boyoviç - 5,5
99. Rafael Məhərrəmli - 5,5
48. Dmitri Klots - 5,5
25. Con Kamara - 6,0
17. Vüsal İsgəndərli - 6,5
(3. Tərlan Quliyev, 90+1) - qiymətsiz
7. Rəhman Hacıyev - 6,0
(14. Turan Vəlizadə, 87) - qiymətsiz
23. Artur Batista - 5,5
11. Silvio Rodriges - 6,0
(16. Alvaro Tavares, 79) - qiymətsiz
Ehtiyat oyunçular
85. Kamal Bayramov
18. Ruslan Əmircanov
2. İlkin Qırtımov
6. Rəşad Sadiqov
8. Tural Axundov
20. Rail Məlikov
22. Şahrux Qadoyev
16. Alvaro Tavares
97. Xəzər Mahmudov
Baş məşqçi: Yunis Hüseynov
Komandanın ən yaxşısı: Vüsal İsgəndərli
Qollar: S.Rodriges, 54 (0:1, R.Hacıyev), V.İsgəndərli, 90+1 (0:2, A.Tavares).
Vərəqələr: R.Hacıyev, 39 (hakimin qərarına etiraz). C.Kamara, 47 (qeyri-idman hərəkəti). M.Mirzəbəyov, 74 (qeyri-idman hərəkəti). Ş.Əliyev, 88 (qeyri-idman hərəkəti). R.Əmircanov, 90+3 (qeyri-idman hərəkəti). A.Diallo, 90+3 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: VÜQAR HƏSƏNLİ, Elşad Abdullayev, Rahil Ramazanov, Orxan Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: Asif Əliyev (Bakı).
Birinci hissəyə 3 dəqiqə, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
2 oktyabr. Masazır. Bank Respublika Arena. Tamaşaçısız.
Oyunun qiyməti: 5,5.
İddialıların duülinə "Keşlə" istəkli başladı. Yunis Hüseynovun komandası cinahlardan hücumlar quraraq rəqibi təzyiq altında saxlamağa çalışırdı. Vüsal İsgəndərli və Rəhman Hacıyevin xüsusi fəallığı "qırmızı-ağlar"a əlavə güc verirdi. Ardıcıl hücumlar qurmasına baxmayaraq, "Keşlə" hesabı aça bilmirdi. Komanda cinahlardan həmlələr təşkil etsə də, son anda dəqiq zərbə vuran futbolçu tapılmırdı. "Sabah" oyunu mərkəzdən qurmağa çalışsa da, Coşqun Diniyevlə Ceyhun Nuriyev gözləniləni vermirdi. Onlar Xulio Sezar Rodrigesi topla istənilən səviyyədə təmin edə bilmirdilər. Təmkin Xəlilzadə ilə Kevin Kubembanın cinahlarda passivliyi də sözünü deyirdi. Əvvəlki oyunlarda müvafiq mövqelərdə yer alan Ozan Can Kökcü və Ramil Şeydayev daha yaxşı təsir bağışlamışdı. Bununla belə, komandaların cəhdlərinə baxmayaraq, ilk hissədə hesab açılmadı.
Fasilədən dərhal sonra “Keşlə” hücumları davam etdirdi. 54-cü dəqiqədə mərkəzdən Rəhman Hacıyevin ötürməsini Silvio Rodriges qəbul etdi. Braziliyalı bir qədər irəliləyərək Stamenkoviçi məyus etdi. Ümumiyyətlə, oyun ərzində mərkəzdə mübarizə aparan Rəhman 5 tur ərzində ən yaxşı oyununu göstərirdi. Hesab açılandan dərhal sonra Visente Qomes 2 dəyişiklik edərək oyunun axarını dəyişdirmək istəsə də, onun bu planı alınmadı. “Keşlə” 5-li müdafiə xəttinə keçmişdi. Con Kamara əsasən 3-cü mərkəz müdafiəçisi kimi çıxış etsə də, əks-hücumlarda yarımmüdafiəçi olaraq oynayırdı. Yunis Hüseynovun əsas fikri “Sabah”ı əks-hücumda cəzalandırmaq idi ki, onun bu istəyi 90-cı dəqiqədə baş tutdu. Alvaro Tavaresin ötürməsini Vüsal İsgəndərli dəqiq zərbə ilə tamamladı. Braziliyalı futbolçunun xəsislik etməməsi diqqəti çəkən məqam idi. O daha rahat mövqedə olan Vüsala ötürmə edərək fərqin artmasına səbəb oldu. Oyuna əlavə olunan son 5 dəqiqədə tərəflər fərqlənə bilmədi. Beləliklə, qarşılaşma “Keşlə”nin 2:0 hesablı qələbəsi ilə başa çatdı. İspaniyalı mütəxəssisin komandası isə ardıcıl ikinci matçda meydanı xalsız tərk etdi.

Gözdən qaçmadı
*"Sabah" oyuna ön hissəsində "Karabakh is Azerbaijan" (Qarabağ Azərbaycandı) yazısı həkk olunan forma ilə çıxşmışdı. Formanın arxa hissəsində isə Ermənistan ordusunun açdığı atəş nəticəsində həlak olan 13 yaşlı futbolçu Şəhriyar Qurbanovun ad-soyadı yazılmışdı.
* "Keşlə"nin futbolçuları meydana əllərində "Qarabağ Azərbaycandı!" pankartı ilə çıxmışdısa, stadionun müxtəlif yerlərində "Şəhidlər ölməz, vətən bölünməz!", "Zəfər sədalarınız burdan eşidilir" və "Qarabağ Azərbaycandı!" pankartları asılmışdı.
* Vüsal İsgəndərli ikinci qolu vurduqdan dərhal sonra Tərlan Quliyevlə əvəzləndi. Yunis Hüseynov köməkçilərinə "mən Vüsalı yox, Klotsu çıxarın demişdim", - deyə qışqırdı.
* 90+3-cü dəqiqədə Xulio Sezar Rodrigeslə mübahisə edən Şəhriyar Əliyevi Ruslan Əmircanov təhqir etdi. Hakim Vüqar Həsənli müdafiəçini sarı vərəqə ilə cəzalandırdı.
* Baş məşqçilərin mətbuat konfransı bitdikdən sonra "Keşlə"nin əcnəbi futbolçuları paltardəyişmə otağında musiqi sədaları altında rəqs edirdilər. "Futbol+"in əməkdaşı klubun inzibatçısına "Qarabağda əsgərlərimiz ölür, bunlar burda toy-bayram edir" deyərək etiraz edib, musiqinin kəsilməsini tələb etdi.

Reaksiyalar
Yunis Hüseynov: "İlk növbədə əsgərlərimizə uğurlar arzulayıram. Hamımız əsgərik, hamımız döyüşə hazırıq. Bu gün əzmkar oyun göstərərək qələbə qazandıq. İnanıram ki, belə davam edəcəyik. Qarşıdakı 15 günlük vaxtdan maksumum istifadə etməyə çalışacağıq. Rəhman həqiqətən yaxşı təsir bağışladı. Onu bunadək məcburiyyətdən cinaha qoymuşduq. Rəqibə qarşı oyundan asılı olacaq. Kim özünü hansı tərəfdən yaxşı göstərəcəksə, onu da həmin mövqedə oynadacağıq".
Visente Qomes: "Qarşılaşma bərabər səviyyədə keçdi. Sadəcə, əks-hücumlar oyunun taleyini həll etdi. Biz yararlana bilmədik, rəqib yaxşı istifadə etdi və qələbə qazandı. Həftə ərzində baş tutan məşqlərin gedişinə baxıram. Fərqli heyətə səbəb zədəlilərin olmasıdı. Əlbəttə, biz idman adamıyıq, bizim və ölkəmizin mövqeyi bəllidi, Azərbaycanı dəstəkləyirik. Müharibə hər zaman can itkisinə səbəb olur".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR