“Bunun nəticəsində onlar ordumuzun qarşısında diz çökəcəklər, yalvaracaqlar”Son günlərin əsas mövzusu Qarabağdı. Bir neçə gündü cəbhə bölgəsində Ermənistan silahlıları və Azərbaycan ordusu arasında baş verən döyüşlər bütün ölkəni bir araya gətirib. Hazırda idmandan və başqa məsələlərdən daha vacib olan məhz döyüş, Qarabağdı.
Cəbhə bölgəsində davam edən hadisələr, döyüşlər barədə “İnter”in (hazırkı “Keşlə”) sabiq direktoru Alı Alıyev fikirlərini bölüşmək istədi. Ordumuzun uğurlu hərbi əməliyyatlarından qürurlanan Alıyev Azərbaycanın əzəli torpaqlarını qaytarmağın vaxtı gəldiyini dedi: “Bugünlərdə bütün əsgərlərimizi dəstəkləyirəm, onların hər birini alqışlayıram, uğur diləyirəm. Bununla yanaşı, Ali Baş Komandan İlham Əliyevə müraciət etmək istəyirəm. Bütün idmançıların, idman ictimaiyyətinin də bu fikirdə məni dəstəkləmələrini gözləyirəm. Bakı Şəhər Baş İdman İdarəsinin fikirlərinə də qoşuluram, əsgərlərimizin yanındayıq, lazım olsa, biz özümüz də döyüşə gedərik. Əsas odu ki, ermənilərin Qarabağdan kökünü kəsək. Doğma, qədim torpağımız olan İrəvanı Ermənistandan tələb edək. Rusiya kanallarının birində göstərilir ki, ermənilər azərbaycanlılarla döyüşmək üçün yola düşür. Bu onu göstərir ki, başverənlər artıq müharibədi. Bəs biz niyə öz qədim torpağımızı almağa çalışmayaq? Onlar dinc əhalimizi hədəf alır, öldürür, artilleriya atəşinə tutur, kəndlərimizi, şəhərlərimizi məhv edir. Ancaq biz yalnız erməni əsgərlərini öldürürük, niyə? Ermənilər bizi düşmən hesab edirsə, biz də onlarla düşmən kimi davranmalıyıq. Ali Baş Komandandan xahiş edirəm, əmr versin, bütün bölgələrimizdən Ermənistan deyilən əraziyə hücuma keçək, hansı ki, bu bölgəni sovet hakimiyyəti, 11-ci Qızıl ordu yaradıb. İki əsrdi ermənilər bizi öz doğma yurdumuzdan rusların dəstəyi ilə çıxarırlar. Artıq bəsdi, bunu dayandırmağın vaxtı gəlib. Prezidentin də dediyi kimi, artıq ermənilərə “dur” deyən tapılıb. Bəli, düşmən dayanmalı və zəbt etdiyi bütün torpaqlardan çıxmalıdı. Ona görə təklif edirəm ki, hərtərəfli hücuma keçək. Naxçıvanda olan ordumuz İrəvana doğru hərəkət etsin, eyni zamanda digər bölgələrimizdən hücuma keçməliyik. Bunun nəticəsində onlar ordumuzun qarşısında diz çökəcəklər, yalvaracaqlar. Onları bu vəziyyətə salmaq üçün dinc yaşayış məntəqələrini dağıtmalıyıq, hədəf almalıyıq. Ermənilər hansısa türkün öldürülməsi ilə fəxr edirsə, biz də onların kökünü kəsməliyik. Müharibə müharibədi, düşmənçilik düşmənçilikdi. Ali Baş Komandandan xahiş edirəm, bu göstərişi versin. 35 yaşadək yox, 35 yaşdan yuxarı olan insanlar orduya cəlb edilsin, çünki bizim gənc nəslimizə heç nə olmasın, yaşlı nəsil onların cavabını daha yaxşı verər. Ermənilər mikrobdu, həşəratdı. Onların kökünü birdəfəlik kəsməliyik ki, Qafqazda bir nəfər də erməni tapılmasın. Bu qara yaranı kəsib atmalıyıq, çünki əks halda bir müddət sonra yenidən baş qaldıracaqlar. Onları indiki Ermənistanın ərazisindən çıxarmalıyıq, qoy harda yer tapırlar, gedib yaşasınlar. Ora bizim dədə-baba yurdumuzdu. Erməniləri ordan çıxarıb, özümüz köçməliyik ora. Dədə-babalarımızın ruhunu şad etməliyik. Ordumuzla da, dövlətimizlə də fəxr edirik, hər kəs onların yanındadı”.
AYGÜL