Sizin reklam burada

“Keşlə” məğlubiyyətlə “ASK Arena”da tanış oldu

Baxış Sayı:141


15. Keşlə - Zirə 2:3 (1:1)
1. Stanislav Namaşko - 4,5
19. Azər Salahlı - 4,5
21. Miyuşko Boyoviç - 4,5
4. Şəhriyar Əliyev - 4,5
2. İlkin Qırtımov (k) - 4,0
14. Turan Vəlizadə - 4,5
25. Con Kamara - 5,0
7. Rəhman Hacıyev - 4,5
(23. Artur Batista, 46) - 5,0
48. Dmitri Klots - 5,0
(16. Alvaro Tavares, 80) - qiymətsiz
17. Vüsal İsgəndərli - 5,0
11. Silvio Rodriges - 5,5
Ehtiyat oyunçular
85. Kamal Bayramov
3. Tərlan Quliyev
18. Ruslan Əmircanov
6. Rəşad Sadiqov
8. Tural Axundov
20. Rail Məlikov
99. Rafael Məhərrəmli
97. Xəzər Mahmudov
Baş məşqçi: Yunis Hüseynov
Komandanın ən yaxşısı: Silvio Rodriges

1. Mateus Albino - 5,0
13. Şəhriyar Rəhimov - 5,0
12. Lazar Corceviç - 4,5
(3. Ali Sisey, 34) - 5,0
44. Dmitrios Çantakias - 5,5
2. Sərtan Taşkın - 5,0
4. Elvin Camalov (k) - 5,5
11. Klesio Bauk - 6,5
21. Hacıağa Hacılı - 5,0
(7. Tural Bayramlı, 56) - 5,5
8. İlkin Muradov - 5,0
17. Kayo Rangel - 5,0
(91. Ruslan Qurbanov, 64) - 4,5
9. Davit Volkov - 6,0
Ehtiyat oyunçular
22. Rəşad Əzizli
62. Abdulla Seyidəhmədov
14. Rəşad Eyubov
5. Kərim Diniyev
20. Əli Şirinov
6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Klesio Bauk
Qollar: S.Rodriges, 10 (1:0, V.İsgəndərli). K.Bauk, 21 (1:1, D.Çantakias). D.Klots, 55 (2:1, A.Batista). K.Bauk, 69 (2:2, İ.Muradov). D.Volkov, 80-p. (2:3).
Vərəqələr: L.Corceviç, 23 (hakimin qərarına etiraz). Ş.Əliyev, 76 (qeyri-idman hərəkəti). Ş.Rəhimov, 74 (qeyri-idman hərəkəti). İ.Qırtımov, 90+2 (qeyri-idman hərəkəti). A.Batista, 90+2 (qeyri-idman hərəkəti). D.Çantakias, 90+2 (qeyri-idman hərəkəti). A.Sisey, 90+3 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Rahil Ramazanov, Cavanşir Yusifov, Namiq Bəkirov (hamısı Bakı).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: Mübariz Hüseynov (Gəncə).
26 sentyabr. Bakı. ASK Arena. Tamaşaçısız
İlk hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Ötən tur “Sabah”a uduzan Rəşad Sadıqovun komandası çempionatın yeganə məğlubiyyətsiz klubu olan “Keşlə”nin qonağı idi. Paytaxt derbisindən öncə hər kəs Yunis Hüseynovun yetirmələrinin qələbə qazanacağını düşünsə də, hadisələr tam fərqli məcrada cərəyan etdi.
Qarşılaşmaya istəkli başlayan “Keşlə” ardıcıl hücumlar quraraq ilk hissənin əvvəlində hesabı açmağı bacardı. Komandanın ən fəal üzvlərindən olan Vüsal İsgəndərli ideal ötürmə ilə Silvio Rodrigesi zərbə mövqeyinə çıxardı. Braziliyalı fürsətdən istifadə edərək komandasını önə çıxardı. Qoldan sonra rahatlaşan Yunis Hüseynovun yetimələri üstünlüyü əldən verdilər. Topa daha çox nəzarət edən “qartallar” cinahlardan rəqib qapısı önündə təhlükə yaratmağa çalışırdılar. 21-ci dəqiqədə onların istəyi baş tutdu. Çantakiasın cərimə meydançasına ötürməsini Bauk dəqiq baş zərbəsi ilə tamamladı. İlk hissənin sonlarına kimi “Zirə” hesabı xeyrinə dəyişməyə yaxın olsa da, Namaşkonun inamlı oyunu buna mane oldu.
Fasilədən dərhal sonra “Keşlə” oyuna nəzarəti öz əlinə almağa başladı. Qəsəbə təmsilçisinin heyətində Rəhman Hacıyevi əvəzləyən Artur Batista sol cinahda “Zirə”nin müdafiəsinə əməlli-başlı problem yaradırdı. Elə 55-ci dəqiqədə braziliyalı təkbaşına reyd edərək Dmitri Klotsa ötürmə etdi. Sonuncu dəqiq zərbə ilə hesabı komandasının xeyrinə dəyişməyi bacardı.
“Keşlə”nin üstünlüyü yenə uzun çəkmədi. Hacıağanın yerinə Tural Bayramovun meydana çıxması oyunun axarını 180 dərəcə dəyişdi. Topa daha çox nəzarət edən “Zirə”nin futbolçuları istəklərinə 69-cu dəqiqədə çatdılar. İlkin Muradovun cərimə meydançasına ötürməsini Bauk başla tamamladı - 2:2. Qoldan dərhal sonra “Zirə” hesabı xeyrinə dəyişməyə cəhdlər etdi. Rəşad Sadıqovun yetirmələri cinahlardan hücum quraraq rəqib qapısı önündə təhlükələr yaradırdı. Baukun xüsusi fəallığı “qartallar”ın xeyrinə oldu. Şəhriyar Əliyevin 79-cu dəqiqədə cərimə meydançasında ona qarşı kobud oynaması “Keşlə”nin əleyhinə penalti ilə nəticələndi. Topun arxasına keçən Volkov yekun hesabı müəyyənləşdirdi.
Ümumilikdə gərgin keçən qarşılaşmada “Zirə” qələbə qazanaraq turnir cədvəlində “Sumqayıt”la birgə şərikli liderliyə yiyələndi. Rəşad Sadıqovun gənc və istəkli kollektivinin bu gedişlə çoxlarına başağrı olacağı şübhə doğurmur. Gözləyək, görək nə olur...
İLKİN SULTANLI

Gözdən qaçmadı
* “Zirə” hesabı bərabərləşdirdikdən sonra qolun ötürməsini verən Çantakias qaçaraq Rəşad Sadıqovu qucaqladı. Gənc mütəxəssis ilk dəfə hansısa qoldan sonra belə emosional şəkildə sevinirdi.
* “Keşlə” hesabı xeyrinə dəyişdikdən sonra klubun mətbuat xidmətinin rəhbəri Murad Axundov sevincini komandanın qapıçılar üzrə məşqçisi Camaləddin Əliyevi qucaqlamaqla qeyd etdi.
* Dubl edərək hesabı bərabərləşdirən Klesio Bauk qol epizodu zamanı başından zədə aldı. Onun sıraya dönməsinin çox vaxt aparması Rəşad Sadıqovu özündən çıxardı. O, həkimlərin üstünə qışqıraraq “tez həll edin, a kişi”, - deyə bildirdi.
* Klesio meydana qayıdarkən “Zirə” əks-hücuma keçirdi. Bu zaman onun meydana qayıtmasına icazə verən Rəvan Həmzəzadənin qərarına “Keşlə”nin bütün ehtiyat oyunçular skamyası etiraz etdi.
* Ümumiyyətlə, oyun ərzində ehtiyat oyunçular skamyasında olan Rəşad Sadiqov və Kamal Bayramov hakim Rəvan Həmzəzadənin qərarlarına sərt şəkildə etiraz edirdilər. Onlar fikirlərini kobud şəkildə ifadə etməkdən də çəkinmirdilər.
* 76-cı dəqiqədə Rəşad Sadıqovun köməkçisi Eltun Yaqublu texniki zona qaydalarını pozduğuna görə sarı vərəqə ilə cəzalandırıldı.

Reaksiyalar
Rəşad Sadıqov: "Çox gərgin və maraqlı oyun oldu. Çempionatda əzmkar oyunların şahidi oluruq. Bəlkə də son zərbələrdə dəqiq oynadığımız üçün qələbə qazandıq. Futbolçular oyun üçün darıxıblar. Düşünürəm ki, hər iki komanda yaxşı oyun sərgilədi. Klesio Bauk da penalti vuran futbolçulardandı. Bauk, Volkov və Ruslan Qurbanova penaltiləri həvalə edirik, məşqlərdə onlar yerinə yetirir. Qarşılaşmadan əvvəl qərar vermişdim ki, Davit vuracaq. Qərarı dəyişmək riskli olardı. Hamı qələbə üçün mübarizə apardı və meydanda öz işlərini gördülər. Heyətdə 14-15 oyunçu var ki, onların hamısına şərait yaradacağıq. Mənim üçün hələ ki əsas və ehtiyat heyət yoxdu. Hamıya şans verməyə çalışırıq. Elə oyunçular var ki, zədədən yeni qayıdıb, elələri də var ki, pandemiyadan sonra oynamayıb. Çalışıram ki, futbolçulara qarşı ədalətli olum. Ali Sesayı da bu gün müdafiədə dəyişmək riskli olardı. Kimisə fərləndirmək istəmirəm. Hamı mübarizə apardı və meydanda etibarlı çıxış etdi".
Yunis Hüseynov: "Bugünkü matçda qələbə qazanmaq istəyirdik, amma alınmadı. Rəqibi təbrik edirəm. Hesabda irəli çıxdıq, amma sanki qol vurandan sonra futbolçularda nəsə çatmırdı və arxaya oturdular. İlk üç matçda qol buraxmamışdıq, müdafiə xətti bu gün zəif çıxış etdi. Heç nədən qapımızda qollar gördük. Qarşıda oyunlarımız var. Bu o demək deyil ki, hər şey qurtardı. Çalışıb hər şeyi düzəltməli və işləməliyik. Rəqib cinahdan qollar vurdu. Bunu kim fikirləşə bilərdi? Futbolda hər şey olur. Müdafiəçilər zəif oynadı ki, onlar da başla qollar vurdu. Zəif oynadıq ki, məğlub olduq. Tərcübəli futbolçumuz isə penaltiyə səbəb oldu. Heç vaxt narazı olmamışam. Həddən artıq aqressivlik olanda futbolçu “yana” bilər. Bəlkə də çox istəkli olduqları üçün zəif çıxış etdilər. Bu gün, ümumiyyətlə, oyundan razı qalmadım. Qarşılaşmanın axarı məni qane etmədi. Düşünürəm ki, penaltimiz verilmədi, top rəqibin əlinə dəymişdi. Yan xətt hakimi rəqibin əks-hücumu zamanı zədələnən oyunçunu meydana buraxdı. Hakimlik normal idi, hamıda səhvlər olur. Bizim komanda əks-hücumda yaxalandı, yan xətt hakimi futbolçunu cinahdan oyuna atdı. Mənə elə gəlir ki, belə şeylər olmamalıdı. Komanda olaraq qarşıdakı matçlarda ciddi dəyişiklik etməyə çalışmalıyıq".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR