Sizin reklam burada

“Neftçi” “Qəbələ”nin əlindən son anda qaçdı

Baxış Sayı:109


16. Neftçi (Bakı) – Qəbələ 1:1 (0:1)
30. Aqil Məmmədov – 5,0
5. Anton Krivotsyuk – 4,0
6. Voislav Stankoviç – 5,0
3. Mamadu Mboc – 5,0
26. Ömər Buludov – 4,5
(2. Cabir Əmirli, 76) – qiymətsiz
36. Mamadu Kane – 5,5
8. Emin Mahmudov (k) - 5,0
24. Yusuf Laval – 5,0
10. Saman Nərimancahan – 4,5
(29. Sabir Buqrin, 60) – 5,0
7. Namiq Ələsgərov – 4,5
13. Prins İbara – 4,0
(22. Mirabdulla Abbasov, 74) – 4,0
Ehtiyat oyunçular
12. Kamran İbrahimov
4. Rener Alves
19. Fəhmin Muradbəyli
20. Mərt Çelik
27. Fərid Yusifli
40. Vüqar Həsənov
45. Əli Mürsəlov
80. İsmayıl Zülfüqarlı
91. Tallison Diaz
Baş məşqçi: Füzuli Məmmədov
Komandanın ən yaxşısı: Mamadu Kane

1. Anar Nəzirov (k) - 5,5
8. Qismət Alıyev – 5,5
28. Murad Musayev – 5,5
2. Vinko Medimoreç - 5,5
13. Yurgen Qoxa – 5,5
(11. Asif Məmmədov, 83) – qiymətsiz
77. Merab Qiqauri – 5,5
55. İdris İnqilablı – 5,0
23. Rafael Utriq – 5,5
26. Stefan Vukçeviç – 4,5
10. Rövlan Muradov – 6,0
70. Ülvi İsgəndərov – 5,0
(99. Ceyms Adeniyi, 72) – 5,0
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
4. Sadiq Quliyev
6. Kamal Mirzəyev
7. Roman Hüseynov
9. Ehtiram Şahverdiyev
14. Cavid Hüseynov
17. Yaovi Akakpo
22. Rodriqo Qattas
71. Rüfət Əhmədov
74. Yusif Nəbiyev
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Rövlan Muradov
Qollar: R.Muradov, 32 (0:1). S.Buqrin, 90+4 (1:1).
Sarı vərəqələr: M.Qiqauri, 4 (qeyri-idman hərəkəti). R.Utriq, 45 (qeyri-idman hərəkəti). E.Mahmudov, 56 (qeyri-idman hərəkəti). Ö.Buludov, 62 (qeyri-idman hərəkəti). R.Muradov, 77 (oyunun bərpasını ləngitmək). M.Abbasov, 90 (hakimin qərarına etiraz) – sarı.
Hakimlər: RƏHİM HƏSƏNOV, Namiq Hüseynov, Eyyub İbrahimov, Fərid Hacıyev (hamısı Bakı).
Hakim-inspektor: İmanxan Sultani (Bakı).
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev (Bakı).
27 sentyabr. Mərdəkan. Dalğa Arena. Tamaşaçısız.
Birinci hissəyə 1, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Turun ilk iki oyun günündə elə nəticələr qeydə alınmışdı ki, Azərbaycan futbolu ilə səthi maraqlananların belə, Mərdəkandakı qarşılaşmanın necə keçəcəyini və hansı hesabla başa çatacağını gözləməsi anlaşılan idi. Lakin sentyabrın 27-si səhər saatlarında cəbhə bölgəsindəki hərbi əməliyyatlar nəticəsində şanlı ordumuzun torpaqlarımızın bir hissəsini dığaların əsarətindən xilas etməsi ilə bağlı aldığımız xəbər nə futbol barədə düşünməyə imkan verirdi, nə çempionat, nə də başqa nəsə. Amma işimizdi və məcbur idik deyə, hər an Qarabağdan gələ biləcək xoş xəbər arzusu ilə “Dalğa Arena”nın yolunu tutduq.
Stadionda da eyni vəziyyət idi. Futbol bir qıraqda qalmışdı, hər kəs günboyu yaşananlardan bəhs edir, arzu və diləklərini dilə gətirirdi. Hakimin start fitindən əvvəlki 10 dəqiqədə təşkilatçıların stadionda yaratdığı 10 dəqiqəlik ab-hava adamı əyninə hərbi forma geyib ön cəbhəyə yollanmağa səsləyirdi. Məhz cəbhədə yaşananlara görəydi, yoxsa çempionatın intriqası buna məcbur edirdi, Mərdəkandakı qarşılaşma da elə müharibə şəraitində başladı. Kombinasiyalı oyun, düşünülmüş hücumlar, qol vəziyyətləri – bunların heç biri heç kimin yadına düşmürdü. Komanda üzvləri sanki döyüş meydanındaymış kimi amansız mübarizələrdən çəkinmir, sərt və kobud oyun qapıçıların işini asanlaşdırmışdı.
Real qol vəziyyətləri yaşanmadığından, ümid standart vəziyyətlərə və uzaqdan zərbələrə qalırdı ki, “Neftçi” heyətində ucaboy futbolçuların olmasına rəğmən, ilk yarım saat ərzində 4 korneri boşa verincə, qonaqlar meydan sahiblərinə qol vurmağın yolunu göstərdilər. Rövlan Muradov cərimə zərbəsindən elə bir qola imza atdı ki… Görüntüsünə baxmasaz, təsvir etmək mənasızdı…
Buqrinin dəqiq zərbə ilə uzaq küncə vurduğu qol Rövlanınkından daha baxımlıydı, ya yox – demək çətindi. Zövqlər müzakirə olunmur. Əli qələbə bir tərəfə, 1 xaldan belə üzülən, kor-koranə hücumlara atılan “ağ-qaralar” biabırçılıqdan qurtulduqlarına görə oyuna sonradan qoşulan Sabirə minnətdar olmalıdı. Bərabərlik qolu olmasaydı, “Neftçi”nin həm turnir cədvəlindəki mövqeyi, həm də komandadaxili vəziyyət pisləşəcəkdi.
Böyük əksəriyyətin çempionatın ən zəif iki komandasından biri kimi qəbul etdiyi “Qəbələ” 4-cü oyunda 3-cü dəfə heç-heçə oynadı ki, Elmar Baxşıyev buna görə meydanda can qoyan futbolçulara təşəkkür etməlidi. Bu gün bölgə təmsilçisi “ac ol, kişi ol” devizi ilə meydana çıxır və nəsə etməyə çalışır. “Neftçi”nin sinəsi özündən qabaq gedən oyunçuları isə oyuna rəqibin adına uyğun hazırlaşır. “Qalatasaray”ın qapısına yol tapan, “Qarabağ”ı məğlub edən kollektivin “Qəbələ” ilə matçda məğlubiyyətdən son saniyələrdə qaçmasının başqa adı yoxdu.
HƏBİB

Reaksiyalar
Elmar Baxşıyev: “Bu gün futboldan danışmaq ikinci plana keçir. Öncə ordumuzun qələbəsi münasibətilə dövlətimizi və xalqımızı təbrik edirik. İnanırıq ki, qarşıdakı günlərdə ordumuz bizi yenə sevindirəcək və bizim olan torpaqlarımızı geri qaytaracağıq. Matça gəlincə, maraqlı oyun alındığını deyə bilərəm. Hər iki komanda hücum futbolu sərgilədi. Komandamın göstərdiyi futboldan məmnunam. Oyundan-oyuna daha baxımlı futbol nümayiş etdirəcəyik. Rəqibin adından asılı olmayaraq, hər oyuna diqtə etmək, 3 xal qazanmaq üçün çıxırıq. Bu gün də bura 3 xal dalınca gəlmişdik. 1 xal oldu, eybi yox. Futbolçuların əməyini dəyərləndirməliyik. Hakimlik? Məncə, normal idarəçilik oldu. Mənim işim komandamın oyununa qiymət verməkdi. Son saniyələrdə qol buraxmağımızı arxayınlıq və ya yorğunluq ilə əlaqələndirə bilmərəm. Sadəcə, “Neftçi” tempi artırdı. Ona görə səhv etdik və qol buraxdıq... Adeniyi uzun müddət futboldan kənarda qalmışdı. Tanıdığımız oyunçudu, bu gün bizimlə olduğuna görə şadıq. Ona güvənirik”.
Füzuli Məmmədov: “Komandanı hər nə qədər qarşılaşmaya lazımi şəkildə kökləməyə çalışsaq da, istədiyimiz oyunu, arzuladığımız əzmkarlığı görə bilmədik. Bu gün rəqib bizdən daha istəkli idi. Top itkilərimiz çox oldu. Yaxşı hazırlaşa bilməmişdik... Anton pis oyunçu deyil. Düzdü, bu gün də səhvləri oldu. Gərək özü də oyuna ciddi hazırlaşa, məsuliyyətli ola. Uşaq deyil ki. Zəif oynayacaq, ehtiyatda qalacaq. İbara yorulmuşdu. Hələ tam formasını yığmayıb. İki hücumçu ilə oynaya bilərdik. Lakin bu bir az risk olardı. Hətta 1 xaldan da məhrum ola bilərdik. Ona görə də hücumçunu hücumçu ilə əvəzlədik. O ki qaldı Buqrinə, son matçlarda zəif oynamışdı. Belə davam etsə, start heyətində meydana çıxa bilər. Düşünürəm ki, oyundan-oyuna daha yaxşı çıxış edəcəyik. Məşqlərdə topla oynamağa üstünlük veririk. Amma oyun fərqlidi. Bəzən məşqlərdə etdiyimizi oyunda reallaşdıra bilmirik. Rəqibin adından asılı olmayaraq, hər matça ciddi yanaşmaq lazımdı, qələbəni daha çox istəmək lazım gəlir. Bu gün qələbə qazanmaqla turnir cədvəlində lider ola bilərdik. Bunu futbolçulara da demişdik. Sadəcə, tam köklənə bilmədilər. Çempionatın bütün qarşılaşmaları mübarizə şəraitində keçir. Kim daha yaxşı mübarizə aparsa, o da qələbə qazanacaq. Futbolçuları cəzalandırmaq? Cəza versək, bu, oyunçuların ziyanına ola bilər. Oyunları təhlil edirik, səhvlərini göstəririk, amma yenə də meydanda səhvlər edirik”.

Gözdən qaçmadı
* Oyun günü səhər saatlarında cəbhə bölgəsində hərbi əməliyyatların aparılması nəticəsində Azərbaycan ordusunun bir neçə kəndi və yüksəklikləri ələ keçirməsinə AFFA və PFL rəhbərliyi, eləcə də “Neftçi”ylə “Qəbələ” rəsmiləri biganə qalmamışdı. Hələ futbolçular meydana çıxmamış diktor stadiondakıları başverənlər haqda məlumatlandırdı. Futbolçular meydana ayaq basandan sonra isə “Biz birlikdə güclüyük” pankartı açıldı. Birlik və sevincin göstəricisi kimi Azərbaycan himninin səsləndirilməsi lap yerinə düşdü. Ən gözəli yerli futbolçuların vəziyyəti legionerlərə başa salmasıydı. Bir sözlə, matçın əvvəli hansısa futbol oyununu yox, sanki bir qrup vətəndaşın döyüşə hazırlıq prosesini xatırlatdı ki, kifayət qədər xoş görüntü kimi yaddaşlarda qalacaq.
* Təsadüfdən idi, yoxsa zərurətdən, hər iki komandanın üzvləri, eləcə də hakimlər briqadası meydana cəm halında çıxmaqla bir növ çempionatın Əsasnaməsinə edilmiş əlavənin bəndini pozmuş oldular. Çünki yeni qaydalara görə öncə meydan sahibi komanda ota ayaq basmalıdı, daha sonra qonaqlar.
* Oyunun start fitinin 3 dəqiqə gec çalınması isə yuxarıda qeyd olunanlara görə idi.
* Rəhim Həsənovun start fitindən əvvəl Füzuli Məmmədov meydan sahibi komandanın baş məşqçisi kimi qonaq həmkarı Elmar Baxşıyevə yaxınlaşıb, “xoş gəlmisiz” elədi. Həmin an Füzuli bəyin qardaşı, eyni zamanda Baxşıyevin köməkçisi Xaqani Məmmədov də ordaydı ki, vaxtilə çiyin-çiyinə futbol oynamış Məmmədov qardaşlarının bu dəfə məşqçi kimi əl sıxması hər fürsətdə görə biləcəyimiz görüntü deyildi.
* Futbolçular isinmə hərəkətlərini yerinə yetirərkən Stiven Jozef-Monrozun zədəsini sağaltdığını, hətta “11-lik”də meydana çıxacağını düşünənlər vardı. Sən demə, bu, “Neftçi”yə gəldiyi gündən uzun və yaşıl saçla görməyə alışdığımız Yusuf Laval imiş. “24 nömrə” saçını kəsdirib deyə, uzaqdan Stiveni xatırladırdı.
* Rövlan Muradov qol vurandan sonra dərhal mərkəzi tribunaya tərəf qaçıb əsgər salamı ilə yadda qaldı. Ardınca sanki kimsə yadına salıbmış kimi “Qəbələ”nin ehtiyat oyunçular skamyasına tərəf gəlib, Tərlan Əhmədlini qucaqladı və komanda yoldaşına “nə demişdim sənə” sualını verdi.
* 74-cü dəqiqədə oyuna qoşulan Mirabdulla Abbasov ölkə çempionatında yubiley - 100-cü matçına çıxdı. Ancaq yubiley oyununda heç nə ilə yadda qalmadı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR