Sizin reklam burada

İlk, özü də əzmkar qələbə

Baxış Sayı:89


14. Səbail (Bakı) – Sabah (Bakı) 2:1 (0:1)
96. Nikolas Hagen – 5,5
3. Turan Manafov – 5,0
16. Peyman Keşavarz – 5,5
55. Adil Nağıyev – 5,5
34. Ürfan Abbasov – 5,5
22. Əfran İsmayılov - 5,5
(99. Bahadur Həziyev, 77) – qiymətsiz
8. Lema Mabidi – 5,5
(17. Elçin Rəhimli, 60) – 5,5
14. Rahid Əmirquliyev (k) – 5,5
9. Florian Kadriu – 5,5
(28. Məqsəd İsayev, 88) – qiymətsiz
27. Hendrik Ekşteyn – 6,0
11. Rauf Əliyev – 6,5
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
26. Kamal Qurbanov
5. Vüqar Bəybalayev
13. Əli Sadıxov
19. Elgün Nəbiyev
77. Ədilxan Qarəhmədov
29. Amil Yunanov
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Rauf Əliyev
1. Saşa Stamenkoviç (k) – 5,0
14. Slavik Alxasov – 5,0
13. Filip İvanoviç – 4,5
5. Nikola Vuyadinoviç – 5,0
2. Amin Seydiyev – 5,0
11. Ozan Can Kökcü – 5,0
(19. Təmkin Xəlilzadə, 56) – 5,0
10. Yevgeni Koçuk – 5,0
(29. Ceyhun Nuriyev, 63) – 5,0
30. Mario Marina – 5,0
(28. Kevin Kubemba, 81) – qiymətsiz
7. Coşqun Diniyev – 5,0
90. Ramil Şeydayev – 5,5
18. Xulio Sezar Rodriges – 6,0
Ehtiyat oyunçular
12. Alvaro Vilyet
94. Nicat Mehbalıyev
4. Bəhlul Mustafazadə
15. Ruslan Abışov
17. Məhəmməd Mirzəbəyov
Baş məşqçi: Visente Qomes
Komandanın ən yaxşısı: Xulio Sezar Rodriges
Qollar: R.Şeydayev, 27-p. (0:1). Ə.İsmayılov, 56-p. (1:1). R.Əliyev, 71 (2:1, P.Keşavarz).
Vərəqələr: M.Marina, 15 (qeyri-idman hərəkəti). T.Manafov, 26 (qeyri-idman hərəkəti). O.Kökcü, 32 (qeyri-idman hərəkəti). F.Kadriu, 33 (qeyri-idman hərəkəti). Ə.İsmayılov, 56 (oyunun bərpasının ləngidilməsi). H.Ekşteyn, 80 (qeyri-idman hərəkəti). T.Xəlilzadə, 87 (qeyri-idman hərəkəti). C.Diniyev, oyundan sonra (qeyri-idman hərəkəti) – sarı.
Rəsmi şəxsə göstərilən sarı vərəqə: V.Kovalyov, 86 (hakimin qərarına etiraz).
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Kamran Bayramov, Tural Qurbanov (hamısı Bakı).
Hakim-inspektor: Zöhrab Qədiyev (Bakı).
AFFA nümayəndəsi: Elgiz Abbasov (Masallı).
26 sentyabr. Bakı. “ASCO Arena”. Tamaşaçısız.
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Komandaların start heyəti ilə bağlı iki sürpriz məqam var idi. Müəyyən fasilədən sonra “Səbail”ə dönən Ekşteynin Bahadur Həziyevi ehtiyatda oturdub, sabiq komandası ilə oyuna start heyətində başlaması kimi, Bəhlul Mustafazadənin əvəzində Filip İvanoviçin ilk “11-lik”də görünməsi də radikal qərar sayıla bilərdi. Son hesaba baxanda hansı məşqçinin qərarının özünü doğrultduğu aydın olacaq. Təbii ki, mən də reportajda yardım edəcəm.
Bəribaşdan onu da deyim ki, oyunun əvvəlini izləyən və sonda tablodakı hesabı görən istənilən adam çaşqınlıq içində ola bilər. Axı “Sabah” oyuna elə fəal başladı ki, hər kəs bu komandanın növbəti qələbəni qazanmaqla liderliyini möhkəmləndirəcəyini düşünürdü. Artıq 2-ci dəqiqədə kollektiv pressinqdən sonra topu ələ keçirən Ramil bir qədər də irəliləyib, cətimə meydançasının qövsü üzərindən qapı dirəyini nişan aldı. Bundan sonra da nominal qonaqlar hücumları davam etdirir, meydan sahibləri isə onlara cavab verməyə çalışırdılar. 11-ci dəqiqədə Rahid, 14-cü dəqiqədə Turan Stamenkoviçin qoruduğu qapıya qüvvətli zərbə endirsə də, qapıçı və müdafiəçilər hesabın bərabərləşməsinə inkan vermədi. 21-ci dəqiqədə Ramilin yenə eyni mövqedən zəif zərbəsindən sonra qolun yetişdiyini güman etmək olardı. Amma ədalət naminə deyim ki, Turanın Xulio Sezara qarşı kobudluğuna görə təyin olnan penalti yetərincə şübhəli idi. Hagen Şeydayevin zərbəsindən sonra ayağı ilə topa toxunsa da, qolu əngəlləyə bilmədi. Visente Qomes yetirmələrini oyundan qopmamağa çağırsa da, görünür, qol onları çox arxayınlaşdırdı. Hissənin sonlarında artıq Ekşteynin fəal oyunu sayəsində “dənizçilər” təşəbbüsü ələ almışdı. Məsələn, 42-ci dəqiqədə Rauf Ekşteynlə Əfranın qurduğu kombinasiyanı qolla tamamlamağa borclu idi. Amma topu qapının yanından vurdu.
Fasilədə baş məşqçilərinin yetirmələrinə hansı təlimatlar verdiyini bilməsəm də, bildiyim odu ki, artıq “Səbail” diqtə edir, “Sabah” isə seyrçi rolu ilə kifayətlənirdi. Turanın 47-ci, Ekşteynin 49-cu dəqiqədə Raufla “divar ötürməsi”ndən sonra zərbə mövqeyinə çıxması da “Sabah”ı ayıltmadı. 55-ci dəqiqədə meydan sahiblərinin növbəti hücumu penalti ilə nəticələndi. Ürfan gözəl ötürmə ilə cərimə meydançasına şığıyan Raufu tapdı, İvanoviçin isə onu kobudluqla dayandırmaqdan başqa yolu qalmadı. Stamenkoviçlə yersiz dialoqun hesabına sarı vərəqə alan Əfran penaltidən hesabı bərabərləşdirdi. Bu qol artıq rəqibin məğlubedilməz olmadığını anlayan “Səbail”i daha da həvəsləndirdi. Visente Qomes isə oyunun axarını dəyişməyin yolunu Təmkini meydana buraxmaqda gördü. Bu dəyişiklik müəyyən canlanmaya səbəb olsa da, şəxsən mən Koçukun Ceyhunla əvəzlənməsini anlaya bilmədim. “Səbail”in 2-ci qolunu da çox gözləmək lazım gəlmədi. 71-ci dəqiqədə meydan sahibləri korner yerinə yetirərkən adi “ev tapşırığı”na əl atdı. Əfran topu cərimə meydançasının qövsü üzərinə göndərdi, Peyman da dəqiq baş ötürməsi ilə Raufu təkbətək çıxardı. Hücumçu bir qədər iti bucaq altında olsa da, Stamenkoviçi məyus etməkdə çətinlik çəkmədi. Visente Qomesin məğlubiyyətin artıq yaxın olduğunu anlamasına daha 10 dəqiqə getdi və ispan çalışdırıcı 81-ci dəqiqədə “Zirə” ilə oyunun qəhrəmanlarından Kubembanı “döyüşə atdı”. Sonluq “tələbələr”in hücumları, qapı önünə asmalar ilə müşayiət olunsa da, hesab dəyişmədi. Beləliklə, “Sabah” vahid liderliyi ələ keçirmək şansını qaçırdısa, “Səbail” cari mövsümdəki ilk, özü də əzmkar qələbəsini qazandı.

Gözdən qaçmadı
* 86-cı dəqiqədə Elçin Məsiyev “Sabah”ın ehtiyat oyunçular skamyasına – Kovalyovu cəzalandırmaq üçün yaxınlaşanda Təmkin ondan xəbərsiz oyuna kornerdən başladı ki, buna görə sarı vərəqə ilə cəzalandı.
* Elə həmin kornerin davamında daha maraqlı hadisə baş verdi. Hagen topu oyuna daxil edərkən ləngiməklə Visente Qomesi özündən çıxardı və o, hamının eşitdiyi tərzdə ingiliscə 13-ə qədər saydı.
* Oyundan sonra meydanda ara qarışdı. Məğlubiyyətlə barışa bilməyən Coşqun topu sərt zərbə ilə “Səbail”in ehtiyat oyunçular skamyasına tərəf vurdu. Bu kobudluğun Aftandil Hacıyevə yönəldiyini düşünən Elçin Rəhimli Diniyevlə münasibətləri aydınlaşdırmağa çalışdı. Yaxşı ki qarşılıqlı söyüşlər əlbəyaxa davaya keçmədi.
* 2-ci hissəyə artırılan 4 dəqiqə bitsə də, hakim final fitini səsləndirməyə tələsmir, bu da “Səbail” düşərgəsini özündən çıxarırdı. Lap sonda Rauf özünü saxlaya bilmədi: “Ay kişi, səhər açılır e, bizi səhərə qədər oynadacaqsan...”

Yeri gəlmişkən...
Əfran İsmayılov ölkə çempionatında 40-cı qolunu vurdu. O həm də qolsuzluq seriyasına son qoydu. Ötən mövsüm fərqlənməyən futbolçu sonuncu dəfə 2019-cu il fevralın 16-da “Sumqayıt”ın üzvü kimi “Keşlə”nin qapısına yol tapmışdı.
İlk qolunu 2008/09 mövsümündə “Turan”da vuran Əfran Tovuz təmsilçisində 2, “Qarabağ”da 22, “Bakı”da 8, “Sumqayıt” və “İnter”də (indiki “Keşlə”) 3, “Xəzər Lənkəran”da 1 dəfə fərqlənib. Yarımmüdafiəçi premyer-liqada 10-cu dəfə penaltidən qol sevinci yaşadı. Maraqlıdı ki, o, 10 zərbədə yüzfaizlik dəqiqlik nümayiş etdirib.

Reaksiyalar
Visente Qomes: “Bu gün çox pis oynadıq. Oyunumuzdan narazıyam. Əslində 1-ci qoldan sonra oyunun taleyini həll edə bilərdik. “Səbail” hesabı bərabərləşdirəndən sonra bizdən daha üstün oynamağa başladı. Bəhlulda həftə ərzində bəzi narahatlıqlar var idi. Ona görə də bu oyunda meydana çıxmamasına qərar verdik. İdarəçilik haqda heç nə demək istəmirəm. Onlara bu oyuna görə təşəkkür edirəm. Açıq demək istəyirəm ki, istədiyimiz oyunu göstərə bilmədik. Bu oyuna baxandan, təhlil edəndən sonra hansısa nəticəyə gəlmək olar”.
Aftandil Hacıyev: “Önəmli 3 xal qazandıq. Bu komandaya bir qədər vaxt lazımdı. Çünki bəzi futbolçular hələ istədiyimiz formadan uzaqdı. Heyətə gec qoşulanlar, zədəlilər var. Bu gün futbolçular əzmkarlıq göstərdi və tapşırıqları maksimum yerinə yetirməyə çalışdılar. “Sabah” kimi rəqibə qalib gəlmək xoşdu. Ekşteynin gələn kimi start heyətində görünməsi? Peşəkar tərəfdən yanaşsaq, əlbəttə, düzgün addım deyildi. Sadəcə, dönəndən sonra bəzi psixoloji problemlərinin olduğunu dedi. Futbolçu da insandı. Komandaya qəbul etməyim onun peşəsinə hörmət olsa da, cəzasız qalmayacaq. Baxmayaraq ki, bu gün meydanda ən yaxşılardan idi, vətənində fərdi məşqləri davam etdirirmiş. Əvvəlki oyunlarda həmin mövqedə oynayan Bahadur Həziyev meydanda ən çox qaçanlardan olsa da, 3 məğlubiyyətdən sonra xala ehtiyac duyduğumuz belə vacib oyunda ona bir qədər çətin olardı”

Oxşar xəbərlər
SON XƏBƏRLƏR