Futbol üzrə ölkə çempionatında 4-cü tur elə başlayıb, elə başa çatdı ki, adam bilmir kimdən yazsın, hansı məqama toxunsun... Həftəsonu keçirilən matçların baxımlı alınmasının başlıca səbəbi yüksək məhsuldarlıq idi. Təsəvvür edin, buna qədər baş tutan turların hər birində 8 qol vurulmuşdusa, bu dəfə qol sayı həmişəkindən az qala iki dəfə çox oldu – 4 oyuna 14 top. Bu da səbəbsiz deyil. Çünki 8 komandanın hər biri rəqib qapısına yol tapmağı bacardı. Məhsuldarlıqdan söz düşmüşkən, “Sumqayıt”a bir ay əvvəl qoşulan Əli Qurbaninin ardıcıl 3-cü görüşdə fərqləndiyini və 4 topla bombardirlərin siyahısına başçılıq etdiyini də vurğulamaq yerinə düşər.
Təəccüb doğuran məqam həm də favoritlərin qələbəyə həsrət qalması oldu. Statistika və komandaların güc nisbəti ilə danışmalı olsaq, “Qarabağ”ın, “Neftçi”nin, eləcə də “Sabah”ın bu turda qalib gələrək turnir cədvəlinin üst pillələrində qərarlaşacaqları gözlənilirdi. Lakin zəif gözündə gördüklərimiz onlara bu imkanı vermədilər.
Turun həmişə rast gələ bilməyəcəyimiz tərəflərindən biri də geridönüşlər idi. Belə ki, matçda ilk qolu vuran komandalardan heç biri qələbə hesabını qorumağı bacarmadı. Buna qədər keçirilən turların hər birində bir heç-heçə qeydə alınmışdısa, bu dəfə iki bərabərlik oldu.
Avroliqa macərası başlamamış bitən və bununla da adamlarda “hanı ötənilki “Sumqayıt” gileyini doğuran “kimyaçılar” təəccübləndirməkdə davam edir. Ayxan Abbasovun ortabablardan qurduğu kollektiv ardıcıl 3-cü görüşdə qələbəyə yaxın idi. “Neftçi”ylə “Səbail”i xalsız qoyan “Sumqayıt”a “Qarabağ”ı da yenməyə təcrübəsizlik mane oldu. Buna baxmayaraq, “gənclik şəhəri” təmsilçisi top fərqinə görə turnir cədvəlinə başçılıq edir. Ağdamlıların durumu isə təəccüb və maraq doğurur. Ardıcıl 6 ilin çempionu yeganə qələbəsini cari mövsümün açılış turunda “Sabah” üzərində qazanıb. Ondan sonrakı 3 qarşılaşmanın birində məğlub olub, ikisini heç-heçə başa vurublar.
Deyəsən, Rəşad Sadıqov “əkdiyi ağacın bəhrəsini görməyə” başlayıb. Yayda “Zirə”yə baş məşqçi təyin olunan yığmanın sabiq kapitanının qısa müddətdə nə ilə yadda qalacağı müzakirə mövzusu idi. Ötən tur “Sabah”a boyun əyən qəsəbə təmsilçisinin “Keşlə” ilə görüşdə yenik duruma düşməsinə rəğmən, meydanı 3 xalla tərk etməsi tura rəng qatdı. Sadıqov nəinki yaşda və təcrübədə onu qat-qat üstələyən Yunis Hüseynovla dueldən qalib ayrıldı, bu, eyni zamanda “Keşlə”nin çempionatdakı ilk yenilgisi idi. “Qırmızılar” buna qədər keçirdiyi 3 matçda qapısında cəmi 1 top görmüşdüsə, bu dəfə 3-nü birdən buraxdı.
“Qarabağ”ın iki cəbhədə mübarizə apardığı və xal itkilərini sıraladığı vaxtda çempionluq yolundakı əsas rəqibinin bundan yararlanacağını düşünənlər yanıldı. Bakılılar sanki uğurun bir turdan bir qazanılacağına söz verib. Adamlar “Səbail”i udub, “Sumqayıt”a uduzur, sonra da “Qarabağ”ı məğlub edib, “Qəbələ” ilə matçda son dəqiqə qoluna sevinir. “Ağ-qaralar” əllərində olan xalları sağa-sola dağıtmaqla məşğuldu. Halbuki bölgə təmsilçisi üzərində qazanılanacaq qələbə Füzuli Məmmədovun yetirmələrini turnir cədvəlinin vahid lideri edəcəkdi. O ki qaldı “Qəbələ”yə, “qırmızı-qaralar” əllərində olan imkanın maksimumunu etməyə çalışır. 4 matçın yalnız 1-də məğlub olan qəbələlilər “Zirə”ylə qarşılaşmada olduğu kimi, bu dəfə də hesabı açıb, davamını gətirə bilmədilər.
“Səbail” heyətinə görə ən zəiflərdən sayılsa da, maraqlı komanda təsiri bağışlayır. Əvvəlki 3 oyunun hamısında 1:2 uduzan bayıllılar bu dəfə eyni hesabla qələbə qazandılar. Və bu qələbənin sayəsində sonuncu pilləni “Qəbələ”yə “təhvil verdilər”. Əvəzində “Sabah” ardıcıl 2 oyundakı “quru” hesablı qələbələrdən sonra məğlubiyyət acısı yaşadı. Yığma üzvlərindən və bacarıqlı legionerlərdən qurulmuş “tələbələr”in mövsümün sonunda hansı pillədə qərarlaşacağını indidən proqnozlaşdıra bilməsək də, bu gedişlə işlərinin çətin olacağı dəqiqdi. Bu qələbə ilə Aftandil Hacıyev həm də Visente Qomesdən yığmadakı sabiq komanda yoldaşları – Elmar Baxşıyevlə Rəşad Sadıqovun (“Qəbələ”ylə “Zirə”nin baş məşqçiləri) qisasını almış oldu.
Azərbaycan premyer-liqası
1-ci dövrə, 4-cü tur
25 sentyabr
Qarabağ – Sumqayıt 2:2
26 sentyabr
Səbail – Sabah 2:1
Keşlə - Zirə 2:3
27 sentyabr
Neftçi – Qəbələ 1:1
1. Sumqayıt 4 2 1 1 6-4 7
2. Zirə 4 2 1 1 6-6 7
3. Neftçi 4 2 1 1 5-5 7
4. Sabah 4 2 0 2 6-4 6
5. Qarabağ 4 1 2 1 5-4 5
6. Keşlə 4 1 2 1 3-3 5
7. Səbail 4 1 0 3 5-7 3
8. Qəbələ 4 0 3 1 2-5 3
Bombardirlər: Əli Qurbani (Sumqayıt) – 4, Namiq Ələsgərov (Neftçi) – 3.
Növbəti turun oyunları: 2 oktyabr – Sabah – Keşlə; 3 oktyabr – Qəbələ - Sumqayıt, Zirə - Neftçi; 4 oktyabr - Qarabağ – Səbail.
HƏBİB

Son xəbərlər

Yunan-Roma güləşində yeni rekord

"Barselona"nın futbolçusu "Mançester Yunayted"də

"Qarabağ"ın səhmləri satışa çıxarıldı

Millimiz Andorraya uduzdu

"Qarabağ" ikinci yoldaşlıq oyununda da bərabərə qaldı - YENİLƏNİB

Güləşçilərimiz Avropa çempionatında daha 2 medal qazandı

Paralimpiyaçılarımızdan daha 4 medal

Güləşçimiz Avropa çempionatının finalında

"Çelsi" Rafinyanı transfer edir

Gənclər və İdman Nazirliyində kollegiya iclası keçirilib

"İstədiyimiz oyunçuların komandaya qoşulacağına inanıram" - Elmar Baxşıyev

"Qalatasaray" məşhur hücumçunu transfer edir

"Barselona" Levandovski üçün israrlıdı - Məbləği artırdı

"Qarabağ"ın oyunundan fotolar

"Zirə" məğlub oldu - YENİLƏNDİ

Lanqle İngiltərəyə gedə bilər

Region Kubokunun qalibi bəlli oldu - YENİLƏNDİ

"Qəbələ"nin sabiq üzvünün yeni klubu bəlli oldu

“Turan Tovuz” üçün şad xəbər: 1-i gəldi, 3-ü yoldadı

"Sumqayıt"da "yarpaq tökümü" davam edir: bu dəfə idman direktoru getdi

"Neftçi" ilə 2 illik müqaviləyə imza atan Regekampf indi də ...

"Cavab matçını evdə keçirməyimiz yaxşıdı" - Veşoviç

"Qarabağ" Almaniya klubu ilə bacarmadı - YENİLƏNİR

"Lex" heyətini gücləndirdi

"Turan Tovuz" "Neftçi"dən bu futbolçunu icarəyə götürdü

Portuqaliya Azərbaycana rəqib oldu

Baş məşqçi israr edir, Türkiyə klubu Ovusudan əl çəkmir

Transfer dosyesi - YENİLƏNİR

"Sabah"ın daha bir üzvü "Turan Tovuz"da

"Tam hazır olmasaq belə, döyüşəcəyik" - "Aris"in baş məşqçisi

Polad Həşimovun xatirəsinə həsr olunan ölkə birinciliyi başa çatıb

"Qarabağ"ın rəqibində gərginlik: baş məşqçi narazıdı

Kişilərdən ibarət milli komanda təlim-məşqlərə start verdi

"Neftçi" Türkiyədə 3 yoxlama oyunu keçirəcək

"Sabah"ın üzvü "Turan Tovuz"da - RƏSMİ

“Qəbələ”nin rəqibi təcrübəli hücumçusunu itirdi

"Sabah" qapıçı problemini necə həll edəcək? - AÇIQLAMA

"Bu hazırlığın faydasını gələcək oyunlarda görəcəyik" - Millinin baş məşqçisi

Krivotsyuk "Visla"ya lazım olmadı

Mahir Emreli oyunundan narazıdı

"Qarabağ"ın rəqibinin ilk qələbəsi

Azərbaycan Maltaya uduzdu

Mahir Emreli fərqləndi, "Dinamo" darmadağına sevindi - VİDEO

''Yuventus'' Türkiyə yığmasının forvardı ilə maraqlanır

Favr “Nitsa”ya qayıtdı, Qaltye isə Parisə yollanır

Bütün xəbərlər