Sizin reklam burada

“Qarabağ” ardıcıl 4-cü oyunda qələbəyə həsrət qaldı

Baxış Sayı:131


13. Sumqayıt – Qarabağ (Ağdam) 2:2 (0:0)
13. Aydın Bayramov – 6,5
7. Tellur Mütəllimov – 5,5
5. Camalləddin Xocaniyazov – 6,0
3. Vurğun Hüseynov (k) – 6,0
14. Elvin Bədəlov – 5,5
18. Süleyman Əhmədov – 6,0
14. Murad Xaçayev – 5,5
(8. Səbuhi Abdullazadə, 65) – 5,0
6. Vüqar Mustafayev – 6,0
97. Xəyal Nəcəfov – 6,0
(22. Cavid İmamverdiyev, 74) – 5,0
10. Rəhim Sadıxov – 6,0
(4. Kərəm Sultanov, 89) – qiymətsiz
9. Əli Qurbani – 6,0
Ehtiyat oyunçular
71. Hüseynəli Quliyev
21. Adəm Həmati
19. Nurlan Quliyev
30. Nəbi Məmmədov
88. Cavid Quliyev
20. Rüfət Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Aydın Bayramov
1. Şahruddin Məhəmmədəliyev - 5,5
77. Vild-Donald Gerye – 5,5
55. Bədavi Hüseynov (k) – 5,0
81. Kevin Medina – 5,0
30. Abbas Hüseynov – 5,0
(5. Maksim Medvedev, 68) – 5,5
8. Uroş Matiç – 5,0
(18. İsmayıl İbrahimli, 60) – 5,0
2. Qara Qarayev – 5,5
44. Elvin Cəfərquliyev – 5,0
(22. Musa Qurbanlı, 60) – 5,0
19. Filip Ozobiç – 6,0
6. Patrik Andrade – 5,5
7. Kvabena Ovusu – 5,5
Ehtiyat oyunçular
12. Emil Balayev
27. Toral Bayramov
66. Cavid Bayramov
24. Nihad Tamazov
21. Rauf Hüseynli
99. Hüseyn Hüseynzadə
29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Filip Ozobiç
Qollar: Ə.Qurbani, 52 (1:0, R.Sadıxov). C.Xocaniyazov, 54 (2:0, R.Sadıxov). O.Kvabena, 58 (2:1, F.Ozobiç). F.Ozobiç, 90+5 (2:2).
Vərəqələr: V.Mustafayev, 42 (qeyri-idman hərəkəti). İ.İbrahimli, 65 (qeyri-idman hərəkəti). Ə.Qurbani, 90+5 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: KAMAL UMUDLU, Pərvin Talıbov, Müslüm Əliyev, Rövşən Rəcəbov (hamısı Bakı).
Hakim-inspektor: Ruhulla Kərimov (Bakı).
AFFA nümayəndəsi: Erkin Hüseynov (Bakı).
25 sentyabr. Sumqayıt. Kapital Bank Arena. Tamaşaçısız.
Yalnız ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.
Yəqin dünən axşam ekran qarşısında əyləşib bu matçı izləyənlər futboldan ləzzət aldılar. Son illərin dəyişməz çempionu ötən bazar “Neftçi”yə uduzduğundan çoxları elə düşünürdü ki, Qurban Qurbanovun yetirmələri acığını “Sumqayıt”dan çıxacaq və meydandan qalib ayrılacaq. Əslində ilk 10 dəqiqə də bundan xəbər verirdi. Hakimin start fiti səslənən kimi ağdamlılar Aydının qapısı önündə real qol şansı qazandılar. 25-ci saniyədə Ovusu “kimyaçılar”ı məyus etməyə yaxın olsa da, zərbəsi dəqiq alınmadı. 10-cu dəqiqəyə qədər sumqayıtlılar nəinki rəqibin cərimə meydançasına yaxınlaşa, heç mərkəzi də keçə bilmədilər. Ancaq vaxt ötdükcə meydan sahibləri oyunda bərabərlik yaratmağı bacardılar və 15-ci dəqiqədə Xəyal az qala hesabı açacaqdı. Onun təkbətək zamanı topu Şahruddinin başı üzərindən atmaq cəhdi alınmadı. İlk yarının qalan dəqiqələrində qonaqlar ərazi üstünlüyünə yiyələnsə də, “ağ-göylər”in müdafiəçilərinin intizamlı oyunu fonunda heç nə edə bilmədilər.
Fasilədən sonra komandalar meydanda daha şən, daha açıq futbol sərgilədi. 52-ci dəqiqədə meydan sahibləri əks-hücumda qonaqları məyus etdi. Xəyal meydanın mərkəzində bir hərəkətlə rəqibin iki futbolçusunun arasından çıxıb sağ cinahla irəliləyən Rəhimə ötürmə etdi. O da öz növbəsində bir qədər irəliləyib qapıya paralel ötürmə edincə “Sumqayıt”ın “vuran ayağı” Əli müdafiəçiləri qabaqlayaraq 4-cü matçında 4-cü qolunu vurdu. “Köhlən atlar” qolun şokundan ayılmamış ikinci dəfə mərkəzə dəvət olundular. 54-cü dəqiqədə Xocaniyazov Rəhimin kornerdən cərimə meydançasına asmasını dəqiq tamamladı. Ancaq çox keçmədən, daha dəqiq desək, 58-ci dəqiqədə qonaqlar qollardan birinin əvəzini çıxmağı bacardılar. Hesab arasında fərq azalınca “Qarabağ” daha böyük qüvvə ilə irəli atıldı. Uduzmağı planlaşdırmayan ağdamlılar ətdən çəpər çəkmiş “Sumqayıt”ın müdafiə xəttini yarmağa çalışırdı. Daha texnikalı və səviyyəli oyunçulara malik qonaqlar yalnız 5-ci uzatma dəqiqəsində istəyinə çatdı. Yeri gəlmişkən, meydan sahibləri xal qazandıqlarına görə qapıçıları Aydına minnətdar olmalıdılar. Bayramov neçə dəfə komandasını real qoldan xilas etməklə komanda yoldaşlarının alqışını qazandı. “Qarabağ” isə “Molde” ilə oyunu da nəzərə alsaq, ardıcıl 4-cü oyunda qələbəyə həsrət qaldı.
RƏŞAD

Gözdən qaçmadı
* Dünən turda bir oyun olduğundan istər əsas yığmanın, istərsə də U-21-in məşqçilər korpusu tam heyətlə Sumqayıta təşrif buyurmuşdu. Onlarla yanaşı, Məşqçilər Komitəsinin üzvləri də oyunu tribunadan izləyirdilər. Yeri gəlmişkən, qonaqlar, demək olar ki, maska taxmamışdılar.
* Oyunun gedişində Aydın Bayramov iki dəfə zədələnib yerdə qalınca “Sumqayıt”ın mühafizə xidmətinin rəhbəri Elnur İbişov əsəblərini cilovlaya bilməyərək, tribunadan “Qarabağ”ın futbolçularına əsəbi şəkildə narazılıq etdi. Həmin an Qara Qarayev meydandan üzünü İbişova tutaraq, “Elnur, bilərəkdən etmirlər” söylədi. Futbolçunun dediklərini dinləyən mühafizə xidmətinin rəhbəri “demirəm ki, bilərəkdən edirlər. Sadəcə, bir qapıçımız var. Onu da “sındırsalar”, qapıda kim duracaq? Buna görə narahatam” söyləyincə tribunadakılar güldü.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR