Sizin reklam burada

“İnStat” gedir, “WhyScout” gəlir!

Baxış Sayı:74

“İnStat” gedir, “WhyScout” gəlir!

AFFA De Byazinin təklifini bəyəndi
Azərbaycan klubları üçün premyer-liqanın oyunlarında futbolçuların statistikasını hazırlayan “İnStat” şirkəti ilə müqavilənin müddəti gələn yay bitəcək. Əldə etdiyimiz məlumata görə, “İnStat”ı başqası əvəz edəcək. Belə ki, “WhyScout” şirkəti ilə AFFA növbəti mövsümlər üçün əməkdaşlığa başlayacaq. Bu işbirliyi milli komandanın baş məşqçisi Canni De Byazinin istəyi əsasında həyata keçiriləcək. İtaliyalı mütəxəssis aşağı yaş qruplarındakı futbolçuların potensialına daha yaxşı bələd olmaq üçün belə addım adılmasını vacib sayıb.
Platformada 1-ci divizion və U-19 liqasının ötənmövsümkü oyunlarının video-təhlili mövcuddu. Bu da gənc və perspektivli futbolçuların əcnəbi skautlar tərəfindən izlənilməsi üçün çox vacibdi. Yeni anlaşmaya əsasən gələn ildən U-17, U-19, 1-ci divizion və premyer-liqadakı oyunların video-təhlillərini və futbolçuların statistikasını “WhyScout” təmin edəcək. Şirkət həmçinin “CBC Sport” telekanalı ilə də əməkdaşlıq edəcək.
“WyScout” dünyanın aparıcı analitik platforması olan ABŞ-ın “Hudl” holdinqinin bir hissəsidi. Kampaniya artıq 5 ildi fəal şəkildə futbol klublarımıza öz məhsullarını təqdim edir. Həmçinin TV, internet və çap mediası nümayəndələri üçün faydalı ola biləcək təhlillər təklif edir. Demək olar ki, bütün idman növləri üzrə video-təhlil və skautinq xidməti göstərən şirkətin AFFA ilə yanaşı, başqa federasiyalarımızla da əməkdaşlığı nəzərdə tutulub.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR