Sizin reklam burada

UEFA “Qarabağ”ın taleyini almanlara tapşırdı

Baxış Sayı:70


Polşa çempionu 30 futbolçu sifariş edib
“Qarabağ”la “Legiya”nın oktyabrın ilk günündə qarşılaşacağı əvvəldən məlum olsa da, oyunun başlama saatında qeyri-müəyyənlik vardı. Artıq bu suala da aydınlıq gəlib. Alman referi start fitini Bakı vaxtı ilə saat 22.00-da səsləndirəcək.
Bəziləri cütün taleyini iki oyunun həll edəcəyini düşünsələr də, belə deyil. İki görüşdən ibarət duellər Çempionlar Liqasının pley-offuna şamil edilir, Avroliqanın yox. Odu ki, Varşavadakı matç həlledici olacaq. Qalib gələn tərəf birbaşa qrup mərhələsində oynamaq imkanı qazanacaq.
Hər nə qədər maraqlı olsa da, UEFA-nın Hakimlər Komitəsi Avroliqanın 3-cü təsnifat mərhələsinin oyunlarından dərhal sonra pley-offda matçlarını idarə edəcək hakimlər briqadasının adını açıqlayıb. “Legiya” ilə “Qarabağ”ın mübarizəsində meydanda yaşananlara almanlar nəzarət edəcək. Baş hakim Tobias Ştiler olacaq, yan xətdə ona Kristian Qittelmann və Rafael Foltin kömək edəcək. Dördüncü hakim funksiyasını isə Daniel Şlager yerinə yetirəcək.
“Qarabağ”ın futbolçu qıtlığından əziyyət çəkdiyi dönəmdə polşalılar UEFA-ya göndərilən iştirak ərizəsində 30 oyunçunun adını göstərib ki, onlardan 6-sı hücumçudu: qapıçılar - 1. Artur Boruç, 33. Radoslav Çyerznyak, 35. Çezar Mista; müdafiəçilər - 2. Yosip Yuranoviç, 3. Mateuş Holovniya, 4. Mateuş Vyeteska, 5. İqor Levçuk, 15. Ariel Mosor, 25. Filip Mladenoviç, 34. İnaki Astiz, 35, Nikodem Niski, 41. Pavel Stolarski, 44. Vilyam Remi, 55. Artur Enceyçik; yarımmüdafiəçilər: 7. Domaqoy Antoliç, 8. Valerian Qviliya, 11. Joel Valensiya, 14. Mixal Karbovnik, 17. Mateuş Çolevyak, 22. Pavel Vşolek, 24. Andre Martins, 67. Bartoş Kapustka, 77. Radoslav Tselemenski, 99. Bartoş Sliş; hücumçular - 9. Tomaş Pehart, 20. Xose Kante, 21. Rafael Lopes, 28. Şimon Vlodarçik, 39. Matsey Rosolek, 82. Lukinyas.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR