Sizin reklam burada

AFFA hərracda 25 manata satılan kuboku qeydiyyata almayıb

Baxış Sayı:103


Firuz Abdulla: “Kuboku kimin götürməsi və kimin satması barədə məlumatsızam”
Xəbər verdiyimiz kimi, ötən günlərdə “feysbuk”da “Auksion Azərbaycan” adlı səhifə 76-cı hərracına 8-12 iyun 2010-cu il tarixlərində Moldova Futbol Federasiyasının Kişinyov şəhərində təşkil etdiyi U-17 yığmaları arasında beynəlxalq turnirdə 4-cü yeri tutan komandaya verilən kuboku çıxarmışdı. Aidə Yunusova adlı şəxs 25 manat ödəməklə məhsula sahib olmuşdu.
Məsələ ilə bağlı ötən sayımızda AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya müraciət etmişdik. Qurum rəsmisi prosesdən xəbərdar olmadığını, araşdırma apardıqdan sonra rəsmi mövqe bildirəcəklərini söyləmişdi. Firuz bəyin məsələ ilə bağlı fikirləri belə oldu: "Fotosunu gördüyünüz (redaksiyamıza göndərib) həmin turnirdə, amma başqa illərdə U-17 yığmamızın qazandığı kuboklardı. 2011-ci ildə komanda birinci, 2012-də isə ikinci yeri tutub. Hər iki kubok hazırda AFFA-dadı və rəsmi şəkildə qeydiyyat sistemində əksini tapıb. Hərracda satıldığı deyilən kubok isə, ümumiyyətlə, heç bir qeydiyyat sənədində yoxdu. Bilirsiz ki, dördüncülük mükafatçılara aid olan pillə deyil. Kubok heç bir sənəddə əks olunmadığına görə vaxtilə onun AFFA-ya daxil olması ilə bağlı hansısa məlumat da yoxdu. Kuboku kimin götürməsi və kimin satması barədə məlumatsızam. Hansısa şəxsin adının bu məsələdə hallanması ilə bağlı əsasım da yoxdu".
Ölkə futbolunda daha bir gülməli hadisəyə şahid oluruq. Federasiyanın muzeyini bəzəməli olan kubok hərracda satılır. AFFA isə həmin turnirdə qazanılan kubokun qeydiyyata alınmadığını və bu səbəbdən də hərraca necə çıxarıldığını bilmir. Bir sözlə, federasiyada qeydiyyata alınmayan hər şey itə, hətta sonradan satıla da bilər. İllərdi futbolumuza xərclənən milyonların hara getdiyini bilmədiyimiz kimi, AFFA da bu qurumun muzeyində durmalı olan əşyanın necə satılmasından xəbərdar deyil. Gülməlidi, deyilmi?
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR