Sizin reklam burada

Müəyyən sayda azarkeşin stadiona buraxılması mümkündü?

Baxış Sayı:99


Protokolun paylanılmamasına İşçi Qrup qərar verib
Koronavirus pandemiyasına görə Azərbaycan premyer-liqasının təşkilində bəzi dəyişikliklər baş verib. Son 3 turda bunun şahidi olduq. Diqqətimizi çəkən iki məqam üzərində dayanacağıq: oyundan öncə jurnalistlərə protokolların paylanılmaması və stadionlara azarkeşlərin buraxılmaması.
Protokolların paylanılmaması həqiqətən də qəribədi. Çünki klublarımızın avrokubok qarşılaşmalarında jurnalistlərə kağızda protokollar paylanılır. Amma ölkədaxili yarışda bu baş vermir. Halbuki əvvəllər bu məsələdə problem olmurdu. Hazırkı addım koronavirusun yayılmasının qarşısının alınması üçün atılıbsa, niyə Avropa Liqasının və ya Çempionlar Liqasının görüşlərində də qadağa tətbiq olunmur? PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevin suala cavabı belə oldu: “Premyer-liqanın keçirilməsi ilə bağlı mövsümün əvvəlində xüsusi İşçi Qrup yaradılmışdı. Burda bir çox məsələlər müzakirə olunmuşdu. Təkcə təşkilatçılıqla bağlı məqamlar yox, hər şey müzakirəyə çıxarıldı. Bilirsiz ki, İşçi Qrupda həkim də yer alırdı. Ümumi müzakirələrdən sonra qərara alındı ki, təmas olmasın deyə, protokolların paylanılması dayandırılsın. Bəli, Çempionlar Liqası və Avropa Liqasındakı oyunlarda protokollar verilir. Biz də buna uyğun paylaya bilərik. Amma ilk turdan oyun haqda məlumatları, protokolu həm sosial şəbəkə hesablarımızda, həm də rəsmi saytımızda açıqlayırıq. Sadəcə, çap olunan varinat jurnalistlərə verilmir və məncə, bu, böyük problem deyil”.
Qurum rəsmisi azarkeşlərin stadiona buraxılıb-buraxılmaması məsələsinə də aydınlıq gətirdi: “UEFA tövsiyə edirdi ki, bu məsələ yerli qanuna uyğun həll olunmalıdı. Azərbaycanda isə hələ karantin rejimi davam edir. Operativ Qərargahın məsələ ilə bağlı hələ ki bir qərarı yoxdu. Hətta 10 nəfərdən artıq şəxsin qapalı məkanlarda toplaşmasına belə icazə verilmir. Gələcəkdə yaxşılaşmaya doğru irəliləyiş olsa, bizdə də virusa yoluxanların sayında azalma baş versə, oyunlara azarkeşlər buraxıla bilər. Bu gün bir çox ölkələrdə müəyyən sayda fanatlar oyunu arenadan izləyə bilirlər. Ona görə ki, həmin ölkələrdə virusa yoluxma sayı getdikcə azalır. Avropa Liqasının və Çempionlar Liqasının təsnifat mərhələsi oyunları da azarkeşsiz keçirilir. Ümid edək ki, bizdə də azalma olsun və rahat şəkildə azarkeşləri stadionlara buraxmağa başlayaq”.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR