Sizin reklam burada

“Keşlə” azlıqda qalan rəqibin müqavimətini qıra bilmədi

Baxış Sayı:151


9. Qəbələ - Keşlə (Bakı) 0:0
1. Anar Nəzirov (k) – 5,5
8. Qismət Alıyev – 5,5
2. Vinko Medimoreç – 5,5
13. Yurgen Qoxa – 5,5
55. İdris İnqilablı – 5,5
11. Asif Məmmədov – 5,5
(14. Cavid Hüseynov, 65) – 5,0
77. Merab Qiqauri – 5,5
32. Nikolas Raysel – 4,5
23. Rafael Utriq – 6,0
10. Rövlan Muradov – 5,5
(7. Roman Hüseynov, 65) – 5,5
26. Stefan Vukçeviç – 5,5
(28. Murad Musayev, 70) – 5,5
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
4. Sadiq Quliyev
20. Faiq Hacıyev
71. Rüfət Əhmədov
9. Ehtiram Şahverdiyev
17. Yaovi Akakpo
19. Samir Qurbanov
22. Rodriqo Qattas
70. Ülvi İsgəndərov
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Rafael Utriq

1. Stanislav Namaşko – 6,0
19. Azər Salahlı – 5,5
4. Şəhriyar Əliyev – 5,5
21. Miyusko Boyoviç – 5,5
2. İlkin Qırtımov (k) – 5,5
25. Con Kamara – 5,5
(16. Alvaro Tavares, 46) – 5,5
14. Turan Vəlizadə - 5,5
17. Vüsal İsgəndərli – 6,0
48. Dmitri Klots – 5,5
7. Rəhman Hacıyev – 6,0
11. Silvio Rodriges – 5,5
Ehtiyat oyunçular
85. Kamal Bayramov
3. Tərlan Quliyev
8. Tural Axundov
18. Ruslan Əmircanov
20. Rail Məlikov
6. Rəşad Sadiqov
99. Rafael Məhərrəmli
97. Xəzər Mahmudov
Baş məşqçi: Yunis Hüseynov
Komandanın ən yaxşısı: Rəhman Hacıyev
Vərəqələr: N.Raysel, 21 (qeyri-idman hərəkəti). R.Utriq, 32 (qeyri-idman hərəkəti). M.Boyoviç, 69 (qeyri-idman hərəkəti). S.Rodriges, 79 (qeyri-idman hərəkəti). A.Tavares, 89 (qeyri-idman hərəkəti). V.İsgəndərli, 89 (qeyri-idman hərəkəti). R.Muradov, 90+1 (hakimin qərarına etiraz, meydandan kənarda) – sarı. N.Raysel, 67 (hakimin qərarına etiraz) – qırmızı (ikinci sarı).
Hakimlər: RƏŞAD ƏHMƏDOV, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəhim Həsənov (hamısı Bakı).
Hakim-inspektor: Əmrah İbrahimov (Bakı).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
19 sentyabr. Qəbələ. Şəhər stadionu. Tamaşaçısız.
İkinci hissəyə 2 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Gözəl hava, əla qazon, çempionluq uğrunda mübarizə aparan komandanın mövqelərini bərpa etmək istəyən yenilənmiş rəqibə qarşı dueli... Bəs ümidlər nə dərəcədə doğruldu, yəni bu “Keşlə” “qızıl” uğrunda yarışmağa qadirdimi?
Oyun başlayan kimi təşəbbüsü ələ keçirməyə çalışan qonaqlar ilk 10 dəqiqədə hedabı açmağa yaxın oldu. 6-cı dəqiqədə pressinqdən sonra topu ələ keçirən Vüsal İsgəndərli daha yaxşı zərbə endirə bilərdi. 4 dəqiqə sonra isə gözəl reydi elə bərbad zərbə ilə bitirdi ki, adamın onun əziyyətinə heyfi gəldi. Tədricən özünə gələn “Qəbələ”nin ilk zərbəsi 17-ci dəqiqəyə təsadüf etdi. Onda da Rövlanın 25 metrdən zərbəsi düz qapıçının üstünə getdi. Cəmi iki dəqiqə sonra meydan sahibləri korner yerinə yetirdi. Rafaelin gözəl baş zərbəsini inamlı təsir bağışlayan Namaşko eyni gözəlliklə dəf etdi. “Qəbələ” əsasən cinahlardan hücumlar qurur, İdrislə Rövlanın qərarlaşdığı sağ cinah daha fəal görünürdü. Qarşılıqlı uzaqdan zərbələr də öz yerində. Məsələn, 30-cu dəqiqədə Rəhmanın təxminən 30 metrdən zərbəsindən sonra Anar iki cəhddə topu tutdusa, az sonra Qiqaurinin və Rövlanın zərbələri zamanı da Namaşko yerində idi.
“Keşlə” 2-ci hissəyə dəyişikliklə başladı ki, bu da anlaşılan idi. Kamaranın mərkəzdəki oyunundan narazı qalan Yunis bəy hücumu gücləndirmək üçün Tavaresi oyuna qoşdu. Braziliyalı meydana çıxan kimi hesabı aça bilərdi. Amma Rəhmanın yerinə yetirdiyi künc zərbəsindən sonra topu qapının bir neçə santimetrliyindən vurdu. 52-ci dəqiqənin tamamında Alvaresin cərimə meydançasının qövsü üzərindən növbəti zərbəsi zamanı Anar topu çətinliklə tirin üzərindən aşırdı. Bir qədər sonra “Qəbələ”nin qapıçısı və müdafiəçiləri birgə səylərlə əvvəl Rəhmanın, ardından Silvio Rodrigesin zərbəsini qapı xəttindən çıxardılar. Qonaqların təzyiqi artırdığını görən Elmar Baxşıyev çıxış yolu kimi ikili dəyişikliyə əl atdı. Məhz yenilərdən birinin – Romanın 66-cı dəqiqədəki ötürməsindən sonra Rafael qapıya başla zərbə endirdi, Namaşko gücsüz olsa da, tir qonaqları qoldan xilas etdi. Elmar bəyin oyunun sonrakı bölümü ilə bağlı hansısa taktiki gedişləri var idisə də, 67-ci dəqiqədə Raysel heç nədən “qırmızı” almaqla bütün planların üzərindən xətt çəkdi. Aydın məsələ idi ki, Baxşıyevin növbəti əvəzləməsi hesabı qorumağa xidmət edəcəkdi. Vukçeviçin Muradla əvəzlənməsini başa düşsək də, “Keşlə”nin son 25 dəqiqədə böyük qüvvə ilə irəli atılacağına, Yunis bəyin meydana daha bir hücumçu buraxacağına dair ümidlərimiz puça çıxdı. “Laçi” ilə Avroliqa oyununu da nəzərə alsaq, 4 oyunda yalnız bir qol vuran komanda və onun baş məşqçisi, görəsən, nəyin sayəsində çempion olmaq istəyir?
HUŞƏNG

Reaksiyalar
Yunis Hüseynov: “Maraqlı oyun getdi. İlk yarıda komandamdan narazı qaldım. Ancaq ikinci hissədə dönüş yaratdıq. Bu gün qələbə qazanmaq istəyirdik, qol imkanlarımız da oldu. "Qəbələ" bizə qarşı çox yaxşı oynadı. Qələbə dalınca gəlmişdik, ancaq xal itirdik. Qarşıda ağır oyunlarımız var. Heç vaxt arzulamamışam ki, 10 nəfərlə qalan komandaya qarşı oynayım. Bu zaman özümdə narahatlıq olur. Kamaranın əvəzlənməsinə gəlincə, taktiki gediş idi. Hücumameyilli oyunçu buraxdıq. Yeni transferimizə imkan yaratdıq. Ona görə yalnız bir dəyişiklik etdim ki, ehtiyatda qalanlar hamısı müdafiəçilər idi. Yalnız bir gənc hücumçu var idi. Xəzər Mahmudov özünü itirə bilərdi. Oyunumuz da pis getmirdi. Bu zaman niyə əvəzləmə edəsən?! Bir hücumçu almaq fikrimiz var. Hazırda danışıqlar gedir. Alınsa, bir həftəyə gələcək. Ancaq onu da nəzərə alaq ki, qol da buraxmamışıq. Bəli, futbolun gözəlliyi qoldu. Ancaq göz dəyməsin, qol da buraxmırıq”.
Elmar Baxşıyev: “Lider komandaya qarşı oynayırdıq. "Keşlə" heyətinə görə ön pillədə gedə biləcək komandadı. "Sabah"la uğursuz matçdan sonra komandamızı qələbəyə hazırlamışdıq. Buna nail olacağımıza inanırdım. Komandamdan çox razıyam. İstədiyim komandanı meydanda görürəm. Hücum planında daha məzmunlu oyun nümayiş etdirəcəyimizə inanıram. Raysel bizim üçün vacib futbolçulardan biridi. Qırmızı vərəqəni futbolun emosiya oyunu olmasıyla əlaqələndirərdim. Yenə də onunla söhbətimiz olacaq. Ümid ediirk ki, gələcəkdə belə hal təkrarlanmayacaq. Hər hissədə fərqli “Qəbələ” gördüz? Komanda azlıqda olsa da, rəqibə heç bir mövqedə boşluq vermədi. Problem hazırlıqda deyil. İlk yarıda dominant futbol oynamağa çalışdıq, pressinq edirdik. Bu mənada ikinci hissədə komamdanın dayanması nornaldı. Yeni transferimiz Rafael 2 gündü sıralarımıza qoşulub. Ona vaxt lazımdı ki, heç olmasa, komanda yoldaşlarının adlarını bilsin”.

Gözdən qaçmadı
* Qəbələ səfəri Yunis Hüseynov üçün yenə uğurlu olmadı. O, indiyə qədər başqa komandaların çalışdırıcısı kimi də bu rayona təşrif buyurub. Məsələn, "Xəzər Lənkəran"la Qəbələ səfərində 0:6 uduzmaqla 16 illik məşqçilik karyerasında ən ağır məğlubiyyətlərdən birini alıb. Daha sonra "Kəpəz"lə Qəbələ səfərində də böyük hesabla uduzub - 0:3.
* Oyunu istədiyi kimi alınmayan Vüsal İsgəndərli fasilədə Yunis Hüseynova oksigen çatışmazlığından əziyyət çəkdiyini bildirdi ki, Qəbələnin dəniz səviyyəsindən yüksəkliyini nəzərə alsaq, qonaq futbolçuların problemlə üzləşməsi təbiidi.

Maraqlıdı…
* “Keşlə” mövsümün startında ardıcıl 3-cü “quru” oyununu keçirdi. “Sumqayıt” üzərində 1:0 hesablı qələbədən sonra Yunis Hüseynovun yetirmələri “Qarabağ” və “Qəbələ” ilə qolsuz heç-heçə edib. Mövsümün ilk üç oyununda qapısını toxunulmaz saxlamaq “Keşlə” üçün ən yüksək göstəricidi. Bakılılar indiyədək iki dəfə bu rekord nəticəyə imza atıb. 2006/07 və 2010/11 mövsümlərində ilk üç matçı “quru” keçirən paytaxt təmsilçisinin seriyası 4-cü turda qırılıb. Onlar növbəti turda da meydanı qol buraxmadan tərk etsə, klub rekorduna imza atacaq.
Xatırladaq ki, əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da oynamış “Keşlə” 1999/2000 mövsümündən güclülər dəstəsində mübarizə aparır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR