Sizin reklam burada

“Neftçi” "Başakşəhər”in müdafiəçisini icarəyə götürdü

Baxış Sayı:84


“Neftçi” növbəti transferini reallaşdırıb. Paytaxt təmsilçisi türkiyəli mərkəz müdafiəçisi Mərt Çeliklə güclənib. 20 yaşlı futbolçu ilə ikiillik müqavilə bağlanıb. Çelik icarə əsasında “Neftçi”də çıxış edəcək və 20 nömrəli formanı geyinəcək. Müqavilə ilə "Başakşəhər”ə məxsus olan Mərt U-21 millimizin üzvüdü.
Gənc futbolçu klub televiziyasına açıqlamasında seçiminə aydınlıq gətirib: “Türkiyənin yeni çempionundan Azıərbaycanın köklü klublarından olan “Neftçi”yə gəldiyimə görə çox xoşbəxtəm. “Neftçi” Türkiyədə və dünyada tanınan komandadı. Burda olmaqdan çox məmnunam. “Neftçi” ilə çempionluq yaşamaq istəyirəm, ilk məqsədim budu. İnşallah, azarkeşlərimizlə və komandamızla bu mövsüm çempion olub, növbəti ildə Çempionlar Liqasında iştirak etmək istəyirik. Məni klub prezidenti, idman direktoru və baş məşqçi çox yaxşı qarşıladı. Mən də onları məmnun etmək üçün meydanda ən yaxşısını etməyə çalışacam, buna şübhə etməsinlər. “Neftçi” Azərbaycanın ən köklü klublarındadı. Bu klub gənclərə diqqət göstərir, onlara kömək edir. “Neftçi”ni seçmək səbəblərimdən ən əsası bu klubun gənclərə olan qayğısıdı. Burda olduğum üçün həqiqətən çox xoşbəxtəm”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR