Sizin reklam burada

İlk yarıya sığan qollar həlledici oldu

Baxış Sayı:157


10. Sumqayıt – Səbail 2:1(2:1)
13. Aydın Bayramov – 5,5
7. Tellur Mütəllimov – 5,5
3. Vurğun Hüseynov (k) – 5,5
5. Camaləddin Xocaniyazov – 5,5
14. Elvin Bədəlov – 5,5
18. Süleyman Əhmədov - 5,5
(21. Adəm Həmati, 87) – qiymətsiz
97. Xəyal Nəcəfov – 5,0
(33. Eltun Turabov, 71) – 5,0
6. Vüqar Mustafayev – 5,5
10. Rəhim Sadıxov – 5,5
17. Murad Xaçayev – 5,0
(20. Rüfət Abdullazadə, 77) – qiymətsiz
9. Əli Qurbani – 6,0
Ehtiyat oyunçular
71. Hüseynəli Quliyev
4. Kərəm Sultanov
19. Nurlan Quliyev
30. Nəbi Məmmədov
88. Cavid Quliyev
8. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Əli Qurbani

96. Nikolas Hagen – 5,0
3. Turan Manafov – 4,5
(16. Peyman Keşavarz, 60) – 4,5
55. Adil Nağıyev – 4,5
34. Ürfan Abbasov (k) – 4,5
28. Məqsəd İsayev - 4,0
17. Elçin Rəhimli – 4,5
(77. Ədilxan Qarəhmədov, 67) – 4,5
22. Əfran İsmayılov - 4,5
8. Lema Mabidi – 4,5
(20. Ruslan Hacıyev, 84) – qiymətsiz
9. Florian Kadriu – 5,0
99. Bahadur Həziyev – 4,5
11. Rauf Əliyev – 5,5
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
26. Kamal Qurbanov
5. Vüqar Bəybalayev
19. Elgün Nəbiyev
13. Əli Sadıxov
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Rauf Əliyev
Qollar: S.Əhmədov, 10 (1:0, T.Mütəllimov). R.Əliyev, 22 (1:1, Ə.İsmayılov). Ə.Qurbani, 33 (2:1, V.Hüseynov).
Vərəqələr: Ə.Qurbani, 25 (qeyri-idman hərəkəti). X.Nəcəfov, 37 (qeyri-idman hərəkəti). A.Nağıyev, 62 (qeyri-idman hərəkəti). R.Əliyev, 74 (qeyri-idman hərəkəti). P.Keşavarzi, 79 (qeyri-idman hərəkəti). R.Hacıyev, 85 (hakimin qərarına etiraz). V.Mustafayev, 88 (qeyri-idman hərəkəti). E.Turabov, 90+1 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: ORXAN MƏMMƏDOV, Elşad Abdullayev, Vüqar Bayramov, Rauf Allahverdiyev (hamısı Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev (Bakı).
19 sentyabr. Sumqayıt. Kapital Bank Arena. Tamaşaçısız
Birinci hissəyə 2, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
İlk yarı triller filmlərini xatırlatdı. Hər iki komanda sürətli oyunla açıq futbola üstünlük verməyi lazım bilmişdi. Artıq 4-cü dəqiqədə meydan sahibləri təhlükəli hücumla yadda qaldılar. Xəyal iki cəhddə Qurbanini qapıçı ilə təkbətək çıxarmaq istəsə də, istəyinə çata bilmədi. Və məsuliyyəti üzərinə götürüb müdafiəni özü yarmağa qərar verincə, yerdə qaldı. Ancaq baş hakim şübhəli qərar verməklə oyunu davam etdirdi. Halbuki Nəcəfov Turanın müdaxiləsindən sonra özünü saxlaya bilməyərək yerə yıxılmışdı. 6 dəqiqə sonra meydan sahibləri hesabı açmağa müvəffəq oldular. Tellurun sol cinahdan cərimə meydançasına asmasını müdafiəçilərin nəzarətsiz qoyduğu Süleyman bir toxunuşla qapıya göndərdi. Ancaq meydan sahiblərinin qol sevinci uzun çəkmədi. 12 dəqiqə sonra Rauf Əfranın kornerdən asmasını başla dəqiq tamamladı. Bu epizodda Vurğunun mövqe səhvinə yol verdiyini vurğulamaq lazımdı. Təcrübəli müdafiəçi hava mübarizəsinə yüksəlməkdə ani ləngidi ki, Əliyev də bundan maksimum yararlandı. 32-ci dəqiqədə tablodakı hesab növbəti dəfə dəyişdi. Raufun vurduğu qolda səhvə yol verən Vurğun hücuma dəstək olmaq üçün rəqibin cərimə meydançasına gəlib çıxmışdı. Vurğun komanda yoldaşının asmasından sonra sinəsi ilə topu Əlinin önünə atdı. Ürfan ayağını uzadaraq ötürmənin qarşısını almaq istəsə də, “kimyaçılar”ın “vuran ayağı” ağıllı oynayaraq başı ilə “mərmi”ni öz hərəkəti istiqamətinə yönəldib, uzaq küncü dəqiq nişan aldı. İlk yarının qalan dəqiqələri də Ayxan Abbasovun yetirmələrinin üstünlüyü şəraitində keçdi. “Kimyaçılar” “dənizçilər”i öz qapısına doğru sıxışdırıb təhlükəli həmlələrlə ekran qarşısında oturan azarkeşlərinə qol sevinci yaşamağa çalışırdılar. Ancaq 42-ci dəqiqədə sumqayıtlılar qapısında qol görmədiyinə görə qapı dirəyinə minnətdar olmalıdılar. Kadriu 3 müdafiəçinin əhatəsindən çıxıb uzaq küncü nişan alsa da, top dirəyə tuş gəldi. Geri dönən topu isə Bədəlov meydandan çıxardı.
İlk yarıdakı məhsuldarlığı nəzərə alıb, fasilədən sonra daha çox qol görəcəyimizi düşünmək olardı. Ancaq ilk hissədə vurulan qollar oyunun yekun hesabını müəyyənləşdirdi. Düzdü, ikinci 45 dəqiqə də maraqlı alındı, hər iki komanda hücuma keçməkdən çəkinmirdi. Bununla belə, nə meydan sahibləri, nə də qonaqlar yüzfaizlik qol vəziyyəti yaratdılar.
RƏŞAD

Reaksiyalar
Aftandil Hacıyev: “Baxımlı, ilk yarıda sürətli oyun oldu. Matçın çox hissəsi maraqlı keçdi. Birinci hissədə buraxdığımız səhvlər nəticəyə təsir etdi. Rəqib haqda isə yalnız xoş sözlər deyə bilərəm. Hər bir rəqibə çətinlik yaradan komandadı. Matçboyu yetərincə qol vəziyyəti yarada bilsək də, istifadə edə bilmədik. Heyət hələ tam komlektləşməyib, bəzi futbolçular isə optimal formaya düşməyib. Gənclərə də inamımız böyükdü. Ümid edirəm ki, qarşıdakı oyunlarda onlar özlərini daha yaxşı tərəfdən göstərə biləcəklər. Əlbəttə, nəticə bizi razı salmaya bilər. Amma hansı komanda ilə yola çıxdığımızın fərqindəydik. "Səbail" yaşayarsa, gənclərlə təcrübəlilərin vəhdətindən komanda quracağıq. Hazırda komandanın gələcəyi üçün təhlükə yoxdu. Amma çox yüksək səviyyəli klublarımızın dağıldığını nəzərə alaraq bunu deyirəm. Hendrik Ekşteynə gəlincə, o komandadan ayrıldığına görə peşmandı. Klubda qalıb-qalmayacağına gələn həftə aydınlıq gələcək”.
Ayxan Abbasov: “Hər tur eyni sözü deyirəm. Hər oyuna məğlub olmamaq üçün çıxırıq. Hədəfimiz budu. Uduzmamaq üçün də mübarizə aparmalısan. Hədəfimiz var ki, gənc futbolçular yetişdirək, onları Azərbaycan futboluna bəxş edək. Hədəfimiz odu ki, yaxşı mübarizə aparıb, yuxarı pillələrdə olaq. Bizim oyun üslubumuz var. Həmati universal futbolçudu. Yeri gələndə yarımmüdafiədə də, müdafiədə də oynaya bilir. Ümumilikdə komandamızda yaxşı rəqabət var. Məsələn, Rüfət Abdullazdə bu gün oyuna yaxşı qoşuldu, qol imkanları yaratdı. Komandaya yeni futbolçuların qoşulmasına gəlincə, hələ bir şey yoxdu. Son olaraq Cavid İmamverdiyevi transfer etdik. Onun potensialına inanıram, hətta milli komandaya da düşə bilər. “Transfer pəncərəsi” açıqdı, çox şey ola bilər. Çox oyunçu təklif edirlər, sistemimizə uyğun gələn olsa, nəsə ola bilər”.

Gözdən qaçmadı
* Canni De Byazi də başının dəstəsi ilə Sumqayıta təşrif buyurmuşdu. Yığmanın çalışdırıcısı matçboyu “kimyaçılar”ın prezidenti Riad Rəfiyevlə dayanmadan söhbət etdi. Onlardan bir qədər aralı oturan köməkçisi Arif Əsədov isə söhbətə müdaxilə etmədən meydanda gedən mübarizəni izləyirdi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR