Sizin reklam burada

Legionerlərimiz üçün uğursuz həftəsonu

Baxış Sayı:102


Almaniyanın 2-ci bundesliqasında 2020/21 mövsümünə start verilib. Dmitri Nazarovun formasını geydiyi “Ertsgebirge” səfərdə “Vürtsburger Kikkers”ə 3:0 hesabıyla qalib gəlib. Oyuna start heyətində başlayan milli üzvü 75-ci dəqiqədə əvəzlənib.
Ukrayna premyer-liqasında 3-cü turun oyunları keçirilib. Pavel Paşayevli “Aleksandriya” doğma meydanda “Vorskla” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlub ayrılıb – 0:2. Paşayev görüşü əvəzlənmədən keçirib, 56-cı dəqiqədə sarı vərəqə alıb. “Aleksandriya” 3 xalla 14 kollektiv arasında səkkizincidi.
Çexiyanın 2-ci divizionunda 4-cü turun oyunları çərçivəsində Fərid Nəbiyevli “Viktoriya” da növbəti matçına çıxıb. Jijkov təmsilçisi doğma meydanda “Hradeç Kralove”yə 0:2 hesabı ilə yenilib. Fərid 64-cü dəqiqədə oyuna qoşulub. 12 xala malik “Viktoriya” 2-ci pillədə qərarlaşıb.
Estoniya çemponatında 21-ci turun oyunları reallaşıb. Nurlan Novruzovun şərəfini qoruduğu “Narva Trans” doğma meydanda “Tulevik”ə uduzub (0:1). Nurlan 71-ci dəqiqədə meydana çıxıb. “Narva Trans” 10 komandalı çempionatda 20 xalla 7-ci yerdədi.
Latviyanın 1-ci liqasında 11-ci turun oyunları çərçivəsində Vüqar Əsgərovlu “Super Nova” səfərdə “Rezekne” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlub ayrılıb - 1:2. Cari mövsümdə 3 qol vuran Əsgərov zədəli olduğuna görə bu görüşün iştirakçısı olmayıb. 14 xalı olan “Super Nova” 9 kollektiv arasında beşincidi.
Moldova çempionatında 10-cu turun oyunları keçirilib. Amit Quluzadənin formasını geydiyi “Milsami” səfərdə “Petrokub”u 2:1 hesabıyla üstələyib. Amit meydanda yaşananları sona qədər ehtiyatdan izləyib. 20 xala malik “Milsami” 10 komanda arasında 4-cü pillədə qərarlaşıb. Rüfət Dadaşovun şərəfini qoruduğu “Finiks Rayzinq” ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib. “San Dieqo Loyal”la ev qarşılaşması rəqibin 3:2 hesablı qələbəsiylə bitib. Rüfət oyunu əvəzlənmədən keçirib. 26 xal toplayan “Finiks Rayzinq” B qrupunda liderdi.
Şimali Makedoniya çempionatında 6-cı turun oyunları gerçəkləşib. Elvin Yunuszadəli “Şkupi” də növbəti matçına çıxıb. Adı çəkilən komanda doğma meydanda “Renova”ya qalib gəlib - 4:3. Elvin 90 dəqiqə meydanda olub. “Şkupi” 13 xalla 12 kollektiv arasında ikincidi.
İspaniya sequndasında 2-ci turun oyunları keçirilib. Eddi İsrafilovun “Albasete”si doğma meydanda “Ponferradina” ilə bacarmayıb (0:2). İsrafilov oyunu əvəzlənmədən başa vurub. Hesabında xal olmayan “Albasete” 22 iştirakçı arasında sonuncudu.
Türkiyənin 1-ci liqasında 2-ci turun oyunları keçirilib. Araz Abdullayevin yeni transfer olunduğu “Boluspor” səfərdə “Adana Dəmirspor”la münasibətləri aydınlaşdırıb. Tərəflər qalibi müəyyənləşdirə bilməyib – 1:1. Araz debüt matçına 70-ci dəqiqədə çıxıb. “Boluspor” 1 xalla 18 komanda arasında 13-cü yerdədi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR