Sizin reklam burada

Fanatları “Qarabağ”a görə bir araya gəlməyib

Baxış Sayı:122


Həm Larnakada keçirilən “Qarabağ” - “Molde”, həm də Bakı Olimpiya Stadionunda baş tutan “Neftçi” - “Qalatasaray” oyunu koronavirus üzündən azarkeşsiz keçirildi. Bizi maraqlandıran klublarımıza könül verən fanatların bu görüşləri bir yerdə izləyib-izləməmələridi. “İmarət” Azarkeş Qrupunun idarə heyətinin üzvü Elnur Quliyev qrup şəklində toplaşmadıqlarını bildirdi: “Xeyr, azarkeş qrupu olaraq “Molde”ylə oyun üçün toplaşmamışdıq. Lakin “İmarət”in keçmiş üzvləri və Bakıda qalan Ağdam sakinləri 5-10 nəfərlik qruplar şəklində toplaşaraq oyunu izləyiblər”.
“Qarabağ”ın digər azarkeş qrupu “Qarabağ Ordu”nun üzvləri də bir araya gəlməyib.
“Forza Neftçi”nin rəhbəri Sübhan Əliyevin sözlərinə görə isə qrup üzvləri oyunu birlikdə izləyib: “Qrup şəklində toplaşıb, komandanı dəstəklədik. Biz “Neftçi”ni TV-dən dəstəkləməyə öyrəşməmişik. Gözümü açandan tribunalardayıq. Bir az çətin gəlir, açığı, ayaqlaşa bilmirik. Məcburiyyətdən bu yolu seçirik. Ab-hava əla idi. Qaydalara uyğun ara məsafəsini qorumuşduq. Təəssüf ki, sonluq pis alındı. Komandanı bərbad vəziyyətə qoyublar. Söhbət təkcə “Qalatasaray”la oyundan getmir. Bu oyun bizim üçün adi görüş idi. Çempionatda “Zirə”, “Sumqayıt”la oyun necədisə, bu da elə. Bizim üçün rəqibin böyüyü-kiçiyi yoxdu. Turu keçmək lazım idi, alınmadı. Bəstələrdə də dediyimiz kimi, bizim üçüb Avropa, çempionat fərq etmir, dərdimiz “Neftçi”di. Komandanın bugünkü çıxışından zərrə qədər də razı deyilik. “Neftçi” adına layiq oyun oynamır. Komandanın nəticələri göz qabağındadı, baxımlı futbol yoxdu. Məsələ təkcə baş məqşçiylə bağlı deyil. Transferlərin gözlənilən səviyyədə olmamasını klubun başbilənlərindən soruşmaq lazımdı”.
AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR