Sizin reklam burada

Mahirlə Zubir “Qarabağ”ı ÇL-dən kənara atdı

Baxış Sayı:168


Çempionlar Liqası
3-cü təsnifat mərhələsi

Qarabağ – Molde (Norveç) 0:0, p. – 5:6
1. Şahruddin Məhəmmədəliyev
77. Vild-Donald Gerye
(44. Elvin Cəfərquliyev, 114)
81. Kevin Medina
55. Bədavi Hüseynov
5. Maksim Medvedev (k)
2. Qara Qarayev
(18. İsmayıl İbrahimli, 77)
8. Uroş Matiç
10. Abdulla Zubir
19. Filip Ozobiç
(6. Patrik Andrade, 82)
7. Ovusu Kvabena
11. Mahir Emreli
(30. Abbas Hüseynov, 106)
Ehtiyat oyunçular
12. Emil Balayev
22. Musa Qurbanlı
27. Tural Bayramov
Baş məşqçi: Qurban Qurbanov
1. Andreas Linde
28. Kristoffer Haugen
11. Martin Ellinqsen
6. Stian Qreqersen
20. Henri Uinqo
16. Etzaz Hussayn
(15. Tobias Kristensen, 120)
17. Fredrik Aursnes
14. Erlinq Knudtzon
(22. Ola Brünhildsen, 68)
7. Maqnus Eykrem (k)
(99. Ohi Omoyjuanfo, 79)
19. Eyrik Hestad
10. Leke Ceyms
(30. Matis Bolli, 98)
Ehtiyat oyunçular
12. Aleksandro Kraninks
5. Şeriff Sinyan
27. Markus Pedersen
Baş məşqçi: Erlinq Mo
Hussayn 102-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Penalti seriyası: O.Omoyjuanfo – 0:1. U.Matiç – 1:1. F.Aursnes – 1:2. M.Medvedev – 2:2. E.Hestad – 2:3. P.Andrade – 3:3. T.Kristensen – 3:4. K.Medina – 4:4. M.Ellinqsen – 4:5. Ş.Məhəmmədəliyev – 5:5. K.Haugen – 5:6. B.Hüseynov – 5:6 (qapıçı).
Vərəqələr: K.Medina, 50. V-D.Gerye, 67. E.Hussayn, 83. P.Andrade, 86. E.Hestad, 89 – sarı.
Hakimlər: SRCAN YOVANOVİÇ, Uroş Stoykoviç, Milan Mihayloviç, Novak Simoviç (hamısı Serbiya).
Hakim-inspektor: Mihalis Arquru (Cənubi Kipr).
UEFA nümayəndəsi: Adonis Prokopiu (Cənubi Kipr).
16 sentyabr. Larnaka. AEK Arena. Tamaşaçısız.
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub, əlavə vaxtın hər hissəsinə 2 dəqiqə əlavə olunub.
17 (7) qapıya (“çərçivə”yə zərbə) 8 (3)
4 korner 2
13 qayda pozuntusu 13
8 ofsayd 2
3 vərəqə 2
“Qalatasaray”ın Bakıya səfəri müəyyən mənada bu oyunu kölgədə qoysa da, “Molde” ilə matçın əhəmiyyəti haqda uzun-uzadı danışmağa ehtiyac yox idi. Azərbaycan çempionunun norveçlilərlə dueldən qalib ayrılması Avroliqanın qrupunu təmin etməsi, Çempionlar Liqasının qrupunun qapısını aralaması anlamına gələcəkdi. Avropanın mötəbər klub turnirinin qrupunda oynamaq isə hər fürsətdə ələ düşmür. Bunu Qurban Qurbanov başda olmaqla heyətdəki hər bir futbolçu dərindən dərk edirdi.
Maraqlıdı ki, həssas məqam təkcə bu deyildi. Futbolçular “Tofiq Bəhramov”un yox, “AEK Arena”nın qazonuna ayaq basmağın səbəbini göz önünə gətirəndə cuşa gəlməli, məhz bu məqamdan yapışıb əlavə motivasiya qazanmalıydı. Çünki “Qarabağ”ı Cənubi Kiprə yollanmağa “Molde” məcbur etmişdi. Bakıya səfər etməmək üçün hər cür vasitəyə əl atan, yekunda cığallıq hesabına istəyinə çatan norveçliləri peşman etmək üçün qalib gəlmək lazım gəlirdi.
Xayme Romeronun oyunda iştirak edə bilməməsi, Mahir Emrelinin meydana iynə gücünə çıxması hər nə qədər ürəkaçan olmasa da, oyunun Cənubi Kiprdə keçirilməsi komanda üzvlərini ruhlandırmaya bilməzdi. Çünki bu ölkə bizimkilər üçün düşərlidi. “Neftçi” Nikosiyadakı qələbə sayəsində Avroliqanın qrupuna vəsiqə qazanmışdı, “Qəbələ” illər öncə “Apollon”la heç-heçə oynamışdı, “Qarabağ” özü ötən yay GSP stadionunda APOEL üzərində qələbəyə sevinmişdi və ən nəhayət, milli 8 gün öncə Cənubi Kipr yığmasını səfərdə məğlub etmişdi. Deməli, həm də Larnakanın havası ağdamlılara əlavə enerji verməliydi.
Mərhələnin taleyini bir oyunun həll edəcəyini nəzərə alsaq, komandaların ilk dəqiqələrdən ehtiyatlı davranacağını gözləyirdik. Ağlımıza gəlməzdi ki, Norveç kimi ölkənin çempionu, Çempionlar Liqasının qrupunu hədəfləyən “Molde” bizimkilərdən bu dərəcədə çəkinib, ilk hissə boyunca bütün gücü ilə müdafiə olunacaq. Təkcə oyunlarına nəzər yetirməklə də adamların Bakıya gəlməkdən boyun qaçırmasının səbəbi bəlli oldu. Larnakada 10 nəfərlə arxada “oturan” rəqib görün Respublika stadionunda nələr edərdi...
Odu ki, “Qarabağ” oyuna nəzarət edir, topu meydanın hər yerində fırladırdı. “Molde” isə sanki “Barselona”ya qarşı oynayırmış kimi, diqqəti müdafiəyə ayırıb, qol şansını əks-hücumlarda axtarırdı. İlk yarıda bir dəfə künc zərbəsi yerinə yetirdilər və bir epizodda Şahruddinin tərəddüdlü çıxışından sonra qapıya yaxınlaşdılar, başqa heç nə.
Əvəzində ağdamlılar bir neçə dəfə hesabı açmağa yaxın idi. 42-ci dəqiqədə Zubir Mahirin pleymeykersayağı ötürdüyü topa dəqiq zərbə vura bilsəydi, mükəmməl qol alınacaqdı. Buna qədər isə Qaranın zərbəsi qapının üstündən keçmiş, Ovusunun başla vuruşunda azacıq dəqiqlik çatmamışdı.
İlk yarıda gördüklərimizdən sonra ağdamlıların fasilədən sonra fırtına kimi əsəcəyini və 90 dəqiqənin tamamında mərhələnin taleyini həll edəcəyini düşünürdük. Belə baxanda, qələbəyə yaxın olan tərəf elə Qurbanovun yetirmələri idi. 57-ci dəqiqədə Zubir əlinə düşən əla imkanı dəyərləndirsəydi, 75-ci dəqiqədə Mahir Ovusunun yaratdığı şansı qolla tamamlasaydı, sonluq fərqli olacaqdı. Lakin imkanların sağa-sola xərclənməsi, üstəlik, “köhlən atlar”ın son 15-20 dəqiqədə yorğun görünməsi oyunu əlavə yarım saata “sürüdü”. 95-ci dəqiqədə Mahir əlinə düşən növbəti yüzfaizlik qol fürsətini də boşa verməklə həm matçı televizor qarşısında izləyənlərin əsəblərini tarıma çəkdi, həm də komanda yoldaşlarının. Ağdamlılar imkanları dəyərləndirə bilməməyin cəzasını rəqibin penalti qolu ilə çəkə bilərdi. Geryenin cərimə meydançası daxilində Ohiyə qarşı kobudluğundan sonra serb hakimin qapımıza təyin etdiyi haqlı 11 metrlik cərimə zərbəsindən Hussayn yararlana bilmədi. Daha doğrusu, Şahruddin topun istiqamətini düzgün müəyyənləşdirdi.
İş penaltilərə gedincə psixoloji cəhətdən daha hazırlıqlı olan və üstün olacaqlarına inanan norveçlilər 6:5 hesabı ilə qalib gəlib, ÇL-in pley-offuna yüksəldi. “Qarabağ” isə Mahir kimi forvardla ÇL-in qrupuna düşməyin mümkünsüzlüyünü əvvəldən bilməliydi. İki əla imkanı qaçıran və penalti nöqtəsinə yaxınlaşmağa cürət etməyən Zubir də çətin anda xilaskar rolunu oynamağı bacarmadı. Belə rəqiblə oyunun taleyi 90 dəqiqədə həll olunmalıydı.
HƏBİB

Gözdən qaçmadı
* Oyun Larnakada keçirilsə də, meydan sahibi funksiyasını “Qarabağ” yerinə yetirirdi. Təşkilatçılığa cavabdehlik daşıyan klub rəhbərliyinin ideyası mütləq qeyd olunmalıdı. Meydanın ətrafındakı bannerlərdə “Azərsun”la yanaşı, “Qarabağ Azərbaycan” sözləri yazılmışdı ki, Cənubi Kiprdə yaşayan və oyunu izləyən ermənilərlə ermənipərəstlərə bundan ağır sillə ola bilməzdi.
* “Qarabağ”la “Molde”nin “atışıb” stadionun icarə haqqını arena rəhbərliyinə ödədiyini isə Larnakaya səfər etmiş həmkarımız Rüstəm Əfsərli dedi.
* Uzaq Skandinaviyadan gələn və isti hava şəraitində çətinlik çəkən norveçlilərin hakimlər briqadasına xüsusi müraciətindən sonra Yovanoviç 31-ci dəqiqədə su fasiləsinə imkan yaratdı.
* Bu, Patrik Andradenin “Qarabağ”da debüt oyunu idi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR