Sizin reklam burada

Birinci divizion oktyabrın ilk həftəsində start götürəcək

Baxış Sayı:158


Premyer-liqada artıq 2-ci tur arxada qalsa da, birinci divizionun nə vaxt start götürəcəyi hələ məlum deyil. Heç yeni mövsümdə aşağı dəstədə neçə komandanın mübarizə aparacağı da dəqiqləşməyib. Çempionat nə vaxt başlayacaq, çempionluq uğrunda neçə komanda mübarizə aparacaq? Bu suallara cavab tapmaq üçün PFL-in texniki-idman şöbəsinin rəhbəri Elgiz Abbasovla əlaqə saxladıq: “Divizionda çıxış edəcək komandalarla hər gün əlaqə saxlayırıq. Demək olar ki, hamısı məşqlərə başlayıb, yoxlama görüşlərində qüvvələrini sınayırlar. Yeni qaydalarla bağlı yeni məsələləri onlara göndərmişik. Əsasnamə, Əsanaməyə əlavə divizion təmsilçilərinə çatdırlıb. Klub rəhbərləri ilə pandemiya dönəmində hansısa problemlə üzləşməmək baxımından danışıqlarımız davam edir. Komanda sayı, püşkatma, çempionatın neçə dövrədən ibarət olacağı ətrafında isə müzakirələr gedir. Bununla bağlı yaxın 3-4 gündə ictimaiyyətə geniş açıqlama veriləcək”.
“Birinci divizion nə vaxt start götürəcək” sualına isə Abbasov belə cavab verdi: “Çempionatı oktyabrın ilk həftəsində başlamağı planlaşdırmışıq. Digər suallara da yaxın günlərdə aydınlıq gələcək”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR