Sizin reklam burada

AFFA azarkeşlərə müraciət etdi

Baxış Sayı:107

AFFA azarkeşlərə müraciət etdi

AFFA "Neftçi" - "Qalatasaray" oyunu ilə bağlı azarkeşlərə müraciət edib. Qurum fanatları qaydalara riayət etməyə çağırıb: "Hər iki komandanın ölkəmizdə çoxlu azarkeşinin olduğu nəzərə alınaraq, bir daha bildiririk ki, COVID-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət olunması vacibdi. "Qalatasaray"ın Bakıya gəlişi zamanı hava limanında, komandanın qalacağı otelin qarşısında, məşq edəcəyi və oyunun keçiriləcəyi stadionun ətrafında, eləcə də başqa müvafiq məkanlarda azarkeşlərin kütləvi toplaşması yolverilməzdi. DİN, AFFA və "Neftçi" koronavirusa yoluxma hallarının artım riskini nəzərə alaraq, azarkeşləri Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət etməyə çağırır. Azarkeşlər sevimli komandalarına çatdırmaq istədikləri mesajları videoya çəkərək “CBC Sport” telekanalına göndərə bilər. Həmin videomesajlar kanalda, oyun günü Bakı Olimpiya Stadionunun monitorlarında nümayiş etdiriləcək".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR