Sizin reklam burada

BOS Azərbaycan - Türkiyə qardaşlığına dair pankartlarla bəzədilib

Baxış Sayı:113


Həm azərbaycanlı, həm də türkiyəli azarkeşlər tərəfindən maraqla gözlənilən “Neftçi” - “Qalatasaray” duelinin hər anı media nümayəndələri üçün önəmlidi. Dünən baş tutan oyunöncəsi məşqdə və mətbuat konfransında da maraqlı hadisələr yaşandı.
* Bakı Olimpiya Stadionuna yaxınlaşanda “Bakı Media Mərkəzi”nin maşınlarını gördük. Qurum dövlət səviyyəli tədbirlərin və beynəlxalq yarışların yayınına nəzazət edir. Bu həm ölkə hakimiyyətinin, həm də AFFA-nın yayının daha peşəkar təşkili üçün “Neftçi”yə yardım göstərməsinin əyani sübutudu.
* Oyun tamaşaçısız keçirilsə də, “Neftçi” Azərbaycan - Türkiyə qardaşlığını nümayiş etdirən pankartlar stadionu bəzəyib. Flaqmanın, “Qalatasaray”ın, Azərbaycan və Türkiyənin bayraqları oturacaqların üzərinə sərilib. Həmçinin ümummilli lider Heydər Əliyevin, ölkə prezidenti İlham Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün və hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan - Türkiyə qardaşlığı ilə bağlı sitatlarından ibarət pankartlar hazırlanıb.
* “Qalatasaray”ın mətbuat konfransının və məşqinin başlamasına 1 saat qalmış 6-7 nəfər fanklub üzvləri olduğunu bildirərək, stadiona daxil olmaq istəsə də, mühafizə xidmətinin əməkdaşları onların bu arzularının reallaşmasına imkan vermədilər.
* Hər iki komandanın baş məşqçilərinin mətbuat konfransı yetərincə maraqlı alındı. Fatih Terimin Azərbaycan dilini dəqiq anlaya bilməməsi açıq-aşkar hiss olunurdu.
* Terimin mətbuat konfransında iştirak edən media nümayəndələrinin sayı Füzuli Məmmədovla müqayisədə daha çox idi. Bir çox jurnalistin “Neftçi”nin çalışdırıcısının fikirlərini dinləməyə səbri çatmadı.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR