Sizin reklam burada

Bir millətin iki takımı

Baxış Sayı:137

Bu gün Azərbaycan futbolu tarixində ən möhtəşəm qarşılaşmalardan birinə şahidlik edəcəyik. Afişaya baxın: "Neftçi" Bakı - "Qalatasaray" İstanbul!
Bir zamanlar UEFA kuboku yoluna çıxanda Bakıda içində yer olmayan türk restoranlarının pəncərələrindən, basabasdan pəncərələrinə yaxınlaşa bilməyəndə, televizoru görmək üçün həmin restoranların qarşısındakı ağaclara çıxıb oyunlarını izlədiyimiz, Popesku "Arsenal"ın qapısına həlledici penaltini qola çevirib kuboku qazananda TRT-nin şərhçisi Levent Özçəliklə bərabər ağladığımız, bu zəfəri küçələrə axışıb bayram etdiyimiz "Qalatasaray"ı, nəhayət, Azərbaycanda qonaq edəcəyik.
Dünən "Neftçi" TV-nin qonağı olarkən dediyim fikri bir daha təkrarlamaq istəyirəm: bir millətin futbolunun iki "İmperator"u - mərhum Böyükağa Hacıyevin Kiprdə "bura qəlbimizin üstündə türk bayrağı ilə gəlmişik" sözləri, Fatih Terimin püşk "Neftçi"ni çıxaranda verdiyi reaksiya bu matçın iki qardaşın görüşü olduğunu və sonda dostluğun qalib gələcəyinə ən gözəl sübutdu. "Qalatasaray" rəsmisi Abdurrahim Albayrak və "Neftçi" rəhbərliyi də bu oyunla bağlı çoxlu dostluq- qardaşlıq mesajları veriblər.
Təəssüf doğuran məqam oyunun pandemiya səbəbindən azarkeşssiz keçməsidi. Fatih Terim dünən oyundan əvvəlki mətbuat konfransında bunu nəzərə alaraq pandemiyadan sonra "Qalatasaray"ın bir daha Bakıya gələcəyini dedi.
Bir millətin iki takımının görüşündə qələbə Uca Türk Millətinin olacaq!
Hər iki komandamıza uğurlar!
Sonda "Neftçi"nin "Qalatasaray"dan örnək götürməli olduğu ən önəmli məqama diqqət yetirmək istəyirəm. "Qalatasaray"ın 100-ə yaxın futbol məktəbi var. Bu məktəblər bütün Türkiyəni və 6 başqa ölkəni əhatə edir. "Neftçi" Azərbaycanın hər şəhərində və hər rayonunda belə akademiyalar açmalıdı. Klubun və futbolumuzun gələcəyi bu yoldan keçir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR