Sizin reklam burada

“Qarabağ” 1600 manat ziyana düşdü

Baxış Sayı:116


Sentyabrın 15-də AFFA İntizam Komitəsinin iclası keçirilib. Toplantıda premyer-liqanın 2-ci turunda baş verən qayda pozuntuları müzakirə mövzusu olub və müvafiq qərarlar qəbul edilib.
“Keşlə” – “Qarabağ” oyununda qonaqlar AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri (texniki zonada 1 boş oturacaq və ya bunun qədər məsafə qaydasına riayət etmək) yerinə yetirmədiyinə görə 800 manat cərimələnib. Ağdamlılar stadiona gecikdiyinə görə əlavə 800 manat da ziyana düşüb.
“Neftçi” – “Sumqayıt” görüşündə Anton Krivotsyuk qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, “ağ-qaralar”ı 200 manat ziyana salıb. “Səbail” – “Zirə” matçında qonaqlar 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə 800 manat “tərləməli olacaq”.
“Sabah” – “Qəbələ” qarşılaşmasında Slavik Alxasov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, paytaxt təmsilçisi 200 manat cərimələnib. Qonaqlar isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə 800 manat cərimə ödəməli olacaq.
Beləliklə, klublara ümumilikdə 3600 manat cərimə kəsilib. Nəticədə mövsümün əvvəlindən cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 6600 manata çatıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR