Sizin reklam burada

Elçin Məmmədov ittihamlarla razılaşmadı

Baxış Sayı:175


Xəbər verdiyimiz kimi, Kamran Qədirov ad-soyadlı sabiq yan xətt hakimi Futzal Oyun Qaydaları adlı kitabın tərcüməçisi olduğunu iddia edərək, redaksiyamıza məktub ünvanlayıb. Qədirov AFFA-nın nəşr etdirdiyi kitabda müəllif hüquqlarının pozulduğunu bildirib. O, federasiyadan və Hakimlər Komitəsindən yanlışlığı düzəltməyi tələb edib. Məsələ ilə bağlı AFFA Hakimlər Komitəsində çalışan Elçin Məmmədovla əlaqə saxladıq. Sabiq referi Kamran Qədirovun iddiasının əsassız olduğunu söylədi: “Yazını qəzetinizdə oxumuşam. Kamran Qədirovun fikrini araşdırmamış vermisiz. Mən də iddia edə bilərəm ki, siz ABŞ-da bomba partlatmısız. Kamran Qədirovun iddiaları mənim cümləm kimi əsassızdı. O, məktubda qeyd edib ki, 2014-cü ildə tərcümə etmişəm kitabı, amma həmin vaxt Futzal Oyun Qaydaları çap olunmayıb. Şəkil olaraq isə mənim, Cavid Cəlilov, Anar Fərəcov və Mahal Məmmədovun adı olan qrafiki qoymusuz. Kamran Qədirovun, ümumiyyətlə, bizim tərcümə etdiyimiz kitaba aidiyyatı yoxdu. Kitab AFFA-dan götürülüb və yeni qaydalara uyğun tərcümə olunub. Kamran Qədirov Elçin Səmədlini oğurluqda ittiham edir, amma özü kitabı tərcümə etməsini təsdiqləyə bilmir. Elçin Səmədli mənə tərcüməsinin 4 variantını göndərib. Dünən Kamrana zəng etmişdim. Ondan niyə belə etdiyini soruşdum, ortaya konkret fakt qoymasını istədim. Mənə heç nəyi sübut edə bilmədi. Hətta üzr istəyərək, Elçin Səmədlinin onun kitabının tərcüməsini oğurladığını bildirdi. Onun iddia etdiyi 2018-ci ildə nəşr etdiyi kitabdı. Sizin qəzetdə göstərdiyiniz isə 2019-cu ildəkidi və buna Kamranın heç bir aidiyyatı yoxdu”.
Elçin Məmmədovun söylədiklərindən bunu başa düşdük ki, ortada müzakirəyə açıq mövzu var. Bu üzdən məsələni aydınlaşdırmaq üçün hər iki tərəfi - həm Kamran Qədirovu, həm də Elçinləri redaksiyamıza dəvət edirik. Gəlin, məsələni birgə aydınlaşdıraq!
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR