Sizin reklam burada

Qısa xəbərlər

Baxış Sayı:94

Qısa xəbərlər

// Yığmanın və "Qrasshopper"in futbolçusu Renat Dadaşov Avstriyada əməliyyat olunub. 21 yaşlı hücumçu bu haqda “instaqram” hesabında paylaşım edib: "Həyatda eniş-yoxuşlar olur. Bunlar onun bir parçasıdı. İlk mərhələ geridə qaldı. Əvvəlkindən daha çox çalışmalı olduğum vaxt gəlib çatdı. Asan heç nə yoxdu. Amma bunlar məni öldürmür, əksinə, daha da güclü edir. Ailəm, dostlarım və komanda yoldaşlarım sağ olsunlar. Hər gün mənə dəstək olurlar. Həmçinin tibb işçilərinə də təşəkkür edirəm. Yenidən güclü olmaq üçün çox çalışacam. Tezliklə görüşənədək!"
// “Səbail” heyətini yeni futbolçu ilə gücləndirib. Paytaxt təmsilçisi “Sabah”dan Arsen Ağcabəyovu icarəyə götürüb. U-21 yığmamızın da şərəfini qoruyan 20 yaşlı müdafiəçi cari mövsümün sonuna qədər Aftandil Hacıyevin cərəncamında olacaq.
// “Qarabağ”dan ayrılandan sonra klubsuz qalan Araz Abdullayevin yeni komandası rəsmən müəyyənləşib. Ötən sayımızda xəbər verdiyimiz kimi, milli üzvü Türkiyənin 1-ci liqa təmsilçisi “Boluspor”a transfer olunub. Klubun mətbuat xidməti tərəflər arasında “1+1” illik müqavilə bağlandığı haqda xəbər pasylaşıb. Araz daha öncə Yunanıstanda “Panionios” və “Anortosis”də legioner həyatı yaşayıb.
// AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov və vitse-prezident Rauf Əliyev Kolumbiyanın ölkəmizdəki səfiri Antonio Dimate Kardenasla görüşüb. Sentyabrın 15-də baş tutan görüşdə iki ölkənin futbol qurumları arasında qarşılıqlı əməkdaşlıq, gənclərdən ibarət komandalar arasında yoldaşlıq oyunlarının keçirilməsi barədə fikir mübadiləsi aparılıb. Tərəflər əməkdaşlığın perspektivlərini də müzakirə ediblər.
// 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində millimizin Gürcüstanla keçirəcəyi oyunun başlama vaxtı müəyyənləşib. Oktyabrın 13-də Qori şəhərindəki Tengiz Burcanadze adına stadionda keçiriləcək oyunun start fiti Bakı vaxtı ilə 19.00-da səslənəcək.
// Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət yığma yoxlama oyununu keçirib. Bakı Olimpiya Stadionunun ehtiyat meydanında “Keşlə-2” ilə baş tutan qarşılaşma 1:1 hesabıyla başa çatıb. U-19-un heyətində Fərid Yusifli fəqlənib.
// "Səbail"in mətbuat katibi Törə Əhmədova klubdan ayrılıb. Xanım funksioner bunu AFFA-nın mətbuat xidmətindəki işlərinin çoxluğuyla əlaqələndirib. "Səbail" rəhbərliyi onun müraciətini müsbət cavablayıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR