Sizin reklam burada

Gülağa Tənhadan Zeynəb Məmmədyarovaya şok məktub

Baxış Sayı:182


“120 min dollarlıq kostyumda doğma atan və komanda üzvləri səni tanımadılar!”
Şair, xeyriyyəçi, iş adamı Gülağa Tənha ilə hazırda Sumqayıt bələdiyyəsində sədr müavini kimi çalışan Zeynəb Məmmədyarovanın uğursuz evliliyi bu ölkədə az qala hər kəsə məlumdu. Onların ailə həyatı ilyarım sürüb və bu evlilikdən Elton adlı oğulları dünyaya gəlib. Şahmat üzrə beynəlxalq dərəcəli qrossmeysterə ünvanladığı məktuba yer verməklə, təbii ki, Gülağa bəyi ideallaşdırmaq fikrində deyilik. Amma azərbaycanlı idmançıların obrazının, dünyagörüşünün xarakterik cəhətlərini açmaq baxımından aşağıdakı məktub çox ibrətamizdi. Onu da nəzərinizə çatdıraq ki, Zeynəb xanım Gülağa bəydən sonra ailə qurduğu Ülfət Tanrıverdiyevdən də 2017-də ayrılıb.
“Əfsuslar olsun ki, cəmiyyətdə kişi ilə qadın arasında fərq yoxdu. Hər ikisi uzun sac saxlayır, şalvar geyir və ən nəhayət, şirin-mənasız mövzularda ağızdolusu qeybət qırmağı xoşlayırlar... Belə ikiayaqlı canlılara qulaq asanda elə təsəvvür edirəm ki, təfəkkürü və mədəniyyəti olmayan sovet dövrünün ucqar kənd fermasının sağıcıları öz müdürlərinin qeybətini qırırlar ...
Cəmiyyətdə şahmatcı kimi böyük hörmətə malik olan Zeynəb Məmmədyarovanın belə səviyyəsiz və məntiqsiz debatlarda iştirakı təkcə onun övladları və özü ücün deyil, eyni zamanda Azərbaycan şahmatı ücün fəlakətdi! Şahmat üzrə dünya çempionunun, yuxarıda qeyd etdiyimiz kimi, kənd fermasının sağıcısı səviyyəsinə enməsi yolverilməzdi!!
Zeynəb, əzizim, axı mən sənə həmişə deyirdim - yenə də deyirəm! Sən şahmat ustasısan. Şahmat barədə daniş! Ailə isə müqəddəsdi! Əsl kişi üçün ən müqəddəs yer onun ailəsidi! Ailə mövzusunu hec kimlə müzakirə etmə! Bu gün cəmiyyətdə yaranan söz-söhbətlərin səbəbkarı sən və səndən də dünyagörüşü məhdud olan - arvad kimi qeybət qıran kişilərindi!
Tanış olduğumuz ilk günlər idi... Sumqayıtdan Bakıya gedirdik. Şəhriyar irəli oturacaqda sürücü ilə söhbət edirdi. Biz isə ikimiz arxa oturacaqda bir-birimizin nəfəsini duyaraq, səninlə ailəmizin xoşbəxt gələcəyindən danışırdıq... Sən əllərimi öz əllərinlə elə bərk özünə sıxmışdın ki, elə bil məni itirməkdən qorxurdun. Mən isə sənin titrəyən əllərindən öpüb, qulağına pıcıldadım. Əzizim, narahat olma, artıq sənin problemlərin yoxdu! Çünki sənin səni səndən də çox sevən Gülağa Tənha kimi kişin var! Bu gün yenə də əllərindən öpərək təkrar edirəm: əzizim, narahat olma, artıq sənin problemlərin yoxdu! Çünki sənin səni səndən də çox sevən oğlunun atası Gülağa Tənha kimi kişin var!
Əfsuslar olsun ki, mən sənə istədiyim qədər vaxt ayıra bilmirəm. Ətrafında kişilik anlayışlarından uzaq olan alfonslar səndən öz çirkin məqsədləri üçün istifadə edirlər... Onlar ücün pul namus və ləyaqətdən daha önəmlidi! Belə cılız canlılar barədə mənə danışdıqların yaddaşıma həkk olunub. Sənin dediklərinə onu əlavə edə bilərəm ki, belə canlıların ilk məhəbbəti üstündə palan olan dördayaqlı canlı olub... Sənə olan sevgi isə həmin məhəbbətin kulminasiyasıdı. Öz tələblərini həll edirlər – “sonra isə səni minib gedirlər”... Onlar sənin kimi tanınmış Azərbaycan xanımına layiq deyillər!
Xatırlayırsanmı, Dubayda sənə aldığım həyatındakı ilk dikdaban qadın ayaqqabısını? Sizin dava-dalaş, məhkəmə yolu ilə böldüyünüz və zəlalət içində yaşadığınız evdən də qiymətli idi... Elə həmin gün yarışdan əvvəl sənin xoşbəxt görünməyin naminə aldığım 120 min dollarlıq kostyumda doğma atan və komanda üzvləri səni tanımadılar! O gün şahmatda uduzmağına baxmayaraq, sən dünyanın ən xoşbəxt xanımı idin... Çünki sənin qayğına qalan Gülağa Tənha kimi həyat yoldaşın var idi. Çox əfsuslar olsun ki, bu gün sənə brend deyib, tərifləyənlər sənə aldığım ayaqqabı qiymətində olan ev üstündə bütün Azərbaycanda səni rüsvay edirlər! Əzizim, ayaqqabılarından ucuz ev üstündə səni təhqir edən alfonslar adına layiq deyillər!
Onları Sumqayıtın qətran zavodunda, qətran çənində xac suyuna salıb müsəlman etmək lazımdı ki, bəlkə onda boş başları qətranla dola, qadınla üstündə palan olan dördayaqlı canlı arasındakı fərqi duyalar!
Gülağa Tənhanın var–dövləti sənə və sənin üç balana qurbandı! Razı olmaram ki, mənim “sarı gülüm” - oğlumun anası Allahdan savayı kimsədən asılı olsun! Azərbaycanda və dünyanın ən səfalı guşələrində yüzlərlə mənzil, ev və villalarımız var.
Yaşa! Qəm-qüssəsiz, xoşbəxt yaşa! Həyatını mənalı yaşa, xoşbəxt ol! Sənin xoşbəxtliyin elə mənim xoşbəxtliyim deməkdi!
Əzizim, sənin xoşbəxt və qüssəsiz günlərindən bir anı xatırlamaq yerinə düşərdi. Bizim toyumuz ərəfəsində möhtərəm prezidentimiz İlham Əliyev cənabları sənə Bakının mərkəzində, Səməd Vurğun kücəsində beşotaqlı mənzil bağışladı. Gülağa Tənha isə həmin mənzilə yarım milyon dollardan çox pul xərcləyib, sənin ücün brend İtaliya mebeli, brend qablar aldı... Hətta səninlə birgə secdiyimiz sarı rəngli əl-üz dəsmalları da yadımdadı! Bax onda sən sözün əsil mənasında xoşbəxt idin - BREND idin!
Sən məhkəməyə ərizə yazıb, məndən xəbərsiz ayrılanda, 6 aylıq körpəmizi atasız qoyanda, mən heç nə demədim. Evdən çay içdiyim stəkanı da götürmədim! Bütün var - dövlətimi sənə - oğluma qurban etdim! Çünkü mənim var- dövlətim, xoşbəxtliyim sən və atasız qalmış, hələ danışa bilməyən, “dilsiz” balam idi. Bax əsl “kefkom” kişi belə olar…
Əzizim, yer kürəsində səni layiqincə qiymətləndirən, həmişə qayğına qalan, şıltağlığına dözən bir alicənab kişi var! O da sənin ilk məhəbbətin - bulaq suyu kimi şəffaf və saf sevginin şahidi olan, əbədi ürəyində yaşatdığın və səni əbədi ürəyidə yaşadan, səni səndən də çox sevən və həmişə çətin anlarda qayğına qalan Gülağa Tənhadı!”

Oxşar xəbərlər
SON XƏBƏRLƏR