Sizin reklam burada

Ramin Musayev daha 4 il kreslosunda oturacaq

Baxış Sayı:157


Dünən AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti postuna növbəti seçki keçirilib. Seçkidə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL prezidenti Ramin Musayev və klub nümayəndələri iştirak ediblər. Tədbirdə “Qarabağ”ı direktor Əmrah Çəlikəl, “Neftçi” və “Qəbələ”ni müvafiq olaraq prezidentlər Kamran Quliyev və Fariz Nəcəfov, “Keşlə” və “Sabah”ı baş menecerlər Eldəniz Yusubov və Nəsimi Musayev, “Zirə” və “Səbail”i icraçı direktorlar Cahangir Məmmədov və Fərəc Əliyev təmsil ediblər. “Sumqayıt”ı təmsil etməli olan nümayəndə tədbirdə iştirak edə bilməsə də, rəsmi məktubla seçimini hazırkı prezidentin lehinə edib.
Nəticələrə əsasən PFL-in hazırki prezidenti Ramin Musayev növbəti 4 ildə də eyni postda fəaliyyət göstərəcək. Belə ki, klub nümayəndələri yekdilliklə onun yenidən seçilməsinə səs veriblər.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR