Sizin reklam burada

Şeydayevdən nəcib addım

Baxış Sayı:120


Ramil Şeydayev yenə futbolsevərlərin alqışını qazanıb. 24 yaşlı hücumçu futbolçu dostlarının da köməyi ilə topladığı butsları Region Liqasında mübarizə aparan komandaların ehtiyacı olan oyunçularına verəcək. Ramil bu barədə “feysbuk”dakı paylaşımında qeyd edib: "Region Liqası futbolçularına salam! Sizin üçün kiçik hədiyyələr hazırlamışıq. Bunlar bustlardı. Təkcə bizim yox, başqa klublardan olan futbolçular da mənə bunu etməyə kömək ediblər. İlk olaraq Region Liqasının iki komandası üçün butslar toplamışıq. Birinci Kürdəmir təmsilçisi, digəri də hansısa bir komanda olacaq. Onu düşünüb müəyyənləşdirəcək və göndərəcəyik. Əlbəttə, gələcəkdə də bu cür butslar toplayıb Region Liqasında çıxış edən komandalara kömək etməyə çalışacağıq. Hamınıza yeni mövsümdə uğurlar arzulayırıq!".
Xatırladaq ki, Ramil Şeydayev əslən Kürdəmirdəndi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR